"Azərxalça" — Səhmləri Azərbaycan dövlətinə məxsus olan Açıq Səhmdar Cəmiyyət. İdarə Heyətinin sədri 2021-ci ildən Emin Səlhab oğlu Məmmədovdur.
Tarixi
"Azərxalça"nın tarixi XX əsrin birinci yarısından başlayır.
Azərbaycan Respublikası Prezidentinin 5 may 2016-cı il tarixli Sərəncamına əsasən "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edilmiş, əvəzində "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.
Fəaliyyəti
Cəmiyyət Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Rəhbərlik
Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
2021-ci il yanvarın 9-da “Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradov həbs edilib. 1 gün sonra o, vəzifəsindən azad edilib.
Korrpusiya
2021-ci ilin yanvarında “Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləmiş Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Həmçinin bax
- Azər-ilmə
- Vidadi Muradov (xalçaçı)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərxalça haqqında məlumat. Azərxalça nədir? Azərxalça nə deməkdir?