Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zikkurat — Mesopotamiyada Şumer memarlığına xas olan 3, 5, 7 mərtəbəli pilləli məbəd. Zikkuratın yuxarı pilləsində kiçik ibadətgah yerləşirdi.

Zikkurat

  • Ana Səhifə
  • Vikipediya
  • Zikkurat

Zikkurat — Mesopotamiyada Şumer memarlığına xas olan 3, 5, 7 mərtəbəli pilləli məbəd. Zikkuratın yuxarı pilləsində kiçik ibadətgah yerləşirdi.

Ur şəhərinin Zikkuratı. İraq.
Çoğa Zənbil, İran

Zikkuratdan səma cisimlərini müşahidə etmək üçün rəsədxana kimi də istifadə edirdilər.

Mesopotamiyada özünəməxsus məbəd memarlığı üslubu var idi. Orada yaşayan müxtəlif xalqlar məbədlərini, bir birinin üstündə qurulan kəsik piramidalardan və ya terraslardan ibarət olan, uca qüllə formasında inşa edirdilər.

Əslində onlar, kvadrat və ya düzbucaq formalı, irihəcmli (hündürlüyü və divarlarının eni 90 metrə çatan), çox möhkəm süni təpəliklər idilər. Məbədin ən uca yeri tanrıların məkanı hesab edilirdi. Bu cür tikililərə "Zikkurat" (müqəddəs dağ) deyirlər və onların ən qədim nümunələri e.ə. IV minillikdə inşa edilmişdir. Sonuncu zikkuratlar e.ə. VI əsrdə Babilistan çarları tərəfindən inşa edilmişdir.

Əvvəl zikkuratlar bir terraslı, e.ə. III minillikdən başlayaraq isə çox terraslı şəkildə inşa edilirdi. Onlar müxtəlif rənglərlə boyanırdılar. Bir terrasdan başqasına pilləkanlar vasitəsi ilə qalxmaq olardı. zikkuratlar gildən və kərpicdən inşa edilirdi. Bəzilərinin üzərində çoxlu pəncərələr, qapılar var idi.

İlk zikkuratlar Mesopotamiyada şumerlər tərəfindən inşa edilmişdir. Onlar tanrılara ibadəti uca yerlərdə edirdilər, çünki Mesopotamiya köçməmişdən öncə, dağlıq ərazilərdə yaşamışlar, tanrılara təpəliklərin və dağların başında ibadət edirdilər, sonralar bu adət samilərə də keçmişdir.

İranda və İraqda bəzi qədim zikkuratların xarabalıqları qalmaqdadır.

Zikkuratlar haqqında Əhdi-Ətiqdə (Yaradılış, 11: 1-9) də yazılmışdır. Orada olan rəvayatə görə, dünya tufanından öncə, insanlan bir dildə danışırdılar. Onlar Babilistanda yığışıb, göylərə qədər ucalan bir qüllə inşa etmək istəmiş və bu işə başlamışdırlar. Lakin Ulu Tanrı, bu planın qarşısını almaq üçün insanların dillərini qarışdırmışdır. Onlar bir-birini başa düşmədilər və qüllə inşasını dayandırıb, yer üzərinə dağıldılar. Yaradılış kitabındaki qüllə Babilistan qülləsi adlanır.

Həmçinin bax

  • Qədim Mesopotamiya dini

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zikkurat haqqında məlumat. Zikkurat nədir? Zikkurat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Göy atlı

  • Fevral 27, 2026

    Qarqarlar

  • Fevral 11, 2026

    İraq

  • Fevral 27, 2026

    Sarasota

  • Fevral 27, 2026

    Naymanlar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst