Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbdülvahab Salamzadə (16 fevral 1916, Şamaxı – 19 avqust 1983, Bakı) — azərbaycanlı memar, professor (1967), Əməkdar inşaatçı (1960), Əməkdar elm xadimi (1982),

Əbdülvahab Salamzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Əbdülvahab Salamzadə

Əbdülvahab Salamzadə (16 fevral 1916, Şamaxı – 19 avqust 1983, Bakı) — azərbaycanlı memar, professor (1967), Əməkdar inşaatçı (1960), Əməkdar elm xadimi (1982), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1983).

Əbdülvahab Salamzadə
Doğum tarixi 16 fevral 1916
Doğum yeri Şamaxı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 19 avqust 1983 (67 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Uşağı Ərtegin Salamzadə
Atası Rəhim Salamzadə
Elmi dərəcəsi
  • sənətşünaslıq üzrə elmlər doktoru
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı

Mündəricat

Həyatı

Əbdülvahab Salamzadə 16 fevral 1916-cı ildə Şamaxıda anadan olmuşdur. Əmək fəaliyyətini 1944–1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda davam etdirmişdir. Belə ki, o, 1951-ci ildən Memarlıq və İncəsənət İnstitutunun Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, 1957-ci ildən isə direktor müavini olmuşdur.

Ədbülvahab Salamzadə Azərbaycan milli memarlıq tarixini öyrənən ilk alimlərdəndir, Naxçıvan, Şirvan memarlıq məktəblərin öyrənilməsində onun müstəsna xidmətləri olmuşdur, Təbriz və Arran memarlıq məktəblərinin elmi cəhətdən müəyyənləşdirilməsi, onların kəşfi isə bilavasitə akademik Əbdülvahab Salamzadənin xidmətidir.

Əbdülvahab Salamzadənin fəaliyyəti təkcə elmi-nəzəri yaradıcılıqla məhdudlaşmırdı. Alim bütün ömrü boyu Azərbaycanın bölgələrini gəzmiş, tarixi abidələrin vəziyyəti ilə tanış olmuş, onların ölçülərinin çıxarılmasında, bərpa eskizlərinin çəkilməsində iştirak etmişdir. O, 1962-ci ildən Azərbaycanın Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədr müavini idi. Tarixi abidələrin bərpa işlərində yaxından iştirak edirdi.

Əbdülvahab Salamzadə "Abidələr danışır" (Bakı, 1952), "Azərbaycan memarlıq abidələri" (Bakı, 1958), "Əcəmi Naxçıvani" (Bakı, 1976), "Arazboyu abidələr" (K. Məmmədzadə ilə birgə; Bakı, 1979) və elmə xidmət edəcək bir çox başqalarının müəllifidir. Həmçinin alimin M. Hüseynov və L. Bretanitski ilə birgə hazırladığı "Azərbaycan memarlıq tarixi" adlı fundamental əsəri isə (rus dilində; Moskva, 1963) Azərbaycan milli memarlıq tarixində müstəsna əhəmiyyətə malikdir.

Əbdülvahab Salamzadə eyni zamanda Azərbaycan şəhərsalma tarixinin ilk tədqiqatçısı olmuş, Şuşa, Şəki kimi qədim şəhərlərin şəhərsalma mədəniyyətini tədqiq etmişdir. O, həmçinin Molla Pənah Vaqifin 1982-ci ildə Şuşada açılmış türbəsinin müəllifidir. 1976-cı ildən ASE elmi redaksiya şurasının üzvü kimi fəaliyyət göstərmişdir.

Əbdülvahab Salamzadə 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1967-ci ildə professor elmi adını alan Salamzadə 1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1983-cü ildə həqiqi üzvü seçilmişdir.

Akademik Əbdülvahab Salamzadə 19 avqust 1983-cü ildə vəfat etmişdir.

2018-ci ildə buraxılmış Azərbaycan poçt markası

Mükafatları

  • Əməkdar inşaatçı (1960)
  • Əməkdar elm xadimi (1982)
  • "Qırmızı əmək bayrağı" ordeni

Filmoqrafiya

  • Abidələr danışır (film, 1964) (qısametrajlı sənədli film)
  • Çay daşının göz yaşı... (film, 1971)
  • Əcəmi Naxçıvani (film, 1976)
  • İçəri Şəhər (film, 1964)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbdülvahab Salamzadə haqqında məlumat. Əbdülvahab Salamzadə nədir? Əbdülvahab Salamzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Maksim pulemyotu

  • Fevral 27, 2026

    Seuta

  • Mart 01, 2026

    Məna sürüşməsi

  • Fevral 24, 2026

    Şotland dili

  • Fevral 27, 2026

    Saratov vilayəti

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst