Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azadlıq Bloku — Azərbaycanda siyasi partiyalar ittifaqı. 2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ərəfəsində müxalif siyasi partiyaların birl

Azadlıq Bloku

  • Ana Səhifə
  • Vikipediya
  • Azadlıq Bloku

Azadlıq Bloku — Azərbaycanda siyasi partiyalar ittifaqı. 2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır.

Azadlıq Bloku
Loqonun şəkli
Quruluş tarixi 2005

Mündəricat

Tarixi

2005-ci il parlament seçkiləri ərəfəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (islahatçılar), Azərbaycan Demokrat Partiyası və Müsavat Partiyası seçkilərə vahid siyahı ilə getmək barəsində razılaşdılar. 10 iyun 2005-ci ildə bu 3 partiya Azadlıq Blokunu təsis etmiş, blokun rəngini narıncı inqilab səbəbi ilə narıncı, simvolunu isə narıncı qızılgül seçmişdir. 7 iyul 2005-ci ildə blokun rəsmi təsisi ilə bağlı saziş imzalandı. 21 iyulda blok qeydiyyatdan keçdi. Azadlıq Bloku vahid namizədlər siyahısı təşkil etdi. 116 vahid namizədin olduğu siyahıya əsasən 28 namizəd (daha sonra 1 namizəd geri çəkildi) Azərbaycan Demokrat Partiyası üzvü idi. Həmçinin, 2005-ci il Naxçıvan Ali Məclisinə seçkilərdə Azadlıq Bloku üzvlərindən Müsavat Partiyası 16, Azərbaycan Xalq Cəbhəsi Partiyası 15 və Azərbaycan Demokrat Partiyası 13 namizədlə iştirak etmişdir.

Seçkilər ərəfəsində hakim Yeni Azərbaycan Partiyası və Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev iqtidar-müxalifət dialoqu təşkil etməyi təklif etmişdir. Görüş AXCP qərargahında reallaşmış, Azərbaycan Demokrat Partiyasını Ali Məclis sədri Akif Şahbazov təmsil etmişdir. Növbəti dəfə hakim YAP qərargahında görüş keçirsə də, Azadlıq Bloku üzvləri bu görüşə qatılmamışdır.

Seçkilərdə ABŞ-də yaşayan partiya sədri Rəsul Quliyev 36 saylı Xətai 4-cü seçki dairəsindən deputatlığa Azadlıq Blokunun vahid namizəd olsa da, Azərbaycan Respublikasının Baş Prokurorluğu Rəsul Quliyevin namizədlərə şamil olunan toxunulmazlığının qaldırılması ilə bağlı qərar çıxarmışdır. Azərbaycana qayıtdığı təqdirdə o, həbs ediləcəkdi və onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Daxili İşlər Nazirliyinə tapşırıq verilmişdi. Baş Prokurorluğun yaydığı məlumatda Rəsul Quliyevin 1990–1995-ci illərdə "Azərneftyağ" zavodunun direktoru işlədiyi dövrdə 107 milyon ABŞ dolları məbləğində dövlət əmlakını mənimsədiyi və bu səbəbdən 10 oktyabr 2000-ci ildə Rəsul Quliyev haqqında axtarış elan edildiyi açıqlanmışdır. Sentyabrda Rəsul Quliyev oktyabrın 15-dək Azərbaycana dönəcəyini açıqladı. Rəsul Quliyev daha sonra oktyabrın 17-i yerli vaxtla saat 16:00-da xüsusi reyslə Londondan Bakıya gələcəyini açıqlamışdır. 17 oktyabrda Rəsul Quliyevin təyyarəsi Binə Hava Limanının ərazisinə daxil oldmuş, ancaq onun yerə enməsinə icazə verilməmişdir. "AZAL" Dövlət Konserninin prezidenti Cahangir Əsgərov Simferopol aeroportundan Rəsul Quliyevi gətirən Böyük Britaniyanın çarter təyyarəsinin Bakıda enməsi üçün icazə istənildiyini, sorğuya müsbət cavab verildiyini, lakin bir qədər keçdikdən sonra Simferopoldan faks daxil olduqdan sonra ADP sədrinin Bakıya uçmaqdan imtina etdiyini açıqlamışdır. Simferopol Nəqliyyat Polisinin hava limanı bölməsinin rəisi Andrey İvantsov isə Rəsul Quliyevə Ukrayna ərazisində bir qədər məhdudiyyət qoyulmasının səbəbini Azərbaycanın təklifi ilə onun İnterpolun axtarışında olması ilə əlaqələndirmişdir. Ardınca partiya üzvləri bununla bağlı aksiya keçirmiş və bu səbəbdən saxlanılmışdır. Onlardan 40-ı deputatlığa namizəd olmuşdur. 18 oktyabrda Rəsul Quliyev Ukraynada saxlanılmışdı. 19 oktyabrda Azərbaycan iqtidarı bu hadisələri dövlət çevrilişinə cəhd olaraq qiymətləndirdi və bu hadisələrlə əlaqəli olan iqtisadi inkişaf naziri Fərhad Əliyev, səhiyyə naziri Əli İnsanov və Prezidentin İşlər İdarəsinin rəhbəri Akif Muradverdiyev və deputat Fikrət Sadıqov da həbs edildi. Hadisələrlə bağlı sabiq maliyyə naziri Fikrət Yusifov da saxlanıldı. Rəsul Quliyev çevriliş iddialarını qəbul etməmişdir. 20 oktyabrda Jeleznedorojnı Rayon Məhkəməsinin qərarı ilə Rəsul Quliyev sərbəst buraxıldı. Bundan sonra Quliyev ölkəyə qayıtmaq istəsə də, qayıda bilmədi.

Parlament seçkilərinin nəticəsində Azadlıq Bloku 6 mandat qazansa da Azərbaycan Demokrat Partiyası mandat qazana bilmədi. Azadlıq Bloku seçki nəticələrini tanımadı. 9 noyabrda YeS Bloku və Milli Birlik Hərəkatının üzvlərinin iştirakı ilə Azadlıq Bloku etiraz mitinqi keçirdi. Daha sonra arıdıcıl bir neçə mitinq keçirən Azadlıq Blokuna üzv partiyaların rəhbərləri şikayətlərini və etirazlarını ABŞ və Avropa Birliyinə üzv digər dövlətlərinin nümayəndələrinə də çatdırdılar.

Azadlıq Seçki Bloku 6 mandat qazansa da, mandatlardan 4-ü Müsavat Partiyasının payına düşürdü. Müsavat Partiyası təkrar seçkilərə qatılmaq istəyini bildirsə də, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokrat Partiyası seçkiləri boykot etmə qərarı almışdır.

27 yanvar 2007-ci ildə Azərbaycan Demokrat Partiyası Təşkilat Komitəsi partiyanın Ali Məclisinin iclasını keçirərək radikal müxalifət partiyası kimi yox, konstruktiv və siyasi dialoq yönümlü siyasi partiya kimi çıxış etməyə başlayacaqlarını aşıqlamışdır. 2007-ci ilin əvvəlində Rəsul Quliyev Ali Məclisin iclasını çağırdı. Bu səbəbdən qərara etiraz olaraq ADP Ali Məclisinin 59 üzvü bəyanatla çıxış etdi. Sədr müavini Sərdar Cəlaloğlu Rəsul Quliyevin bu qərardan xəbərdar olduğunu, bu qərarla razılaşmayacağı təqdirdə Rəsul Quliyevin partiya sədrliyindən istefa verəcəyini açıqlamışdır. 10 fevral 2007-ci ildə Rəsul Quliyev Sərdar Cəlaloğlunu sədr müavinliyindən azad etdi və Təşkilat Komitəsinin fəaliyyətini dayandırdı, lakin Cəlaloğlu 27 yanvarda partiyanın bütün strukturlarını buraxdığını açıqladı. Quliyev Akif Şahbazovu Azadlıq Blokunda patiyanı təmsil etməklə bağlı vəzifələndirsə də, blok partiya təmsilçi olaraq Cəlaloğlunu tanımışdır. 19 fevral 2007-ci ildə isə Rəsul Quliyev partiya sıralarından xaric edildi. Bu hadisələrdən sonra Azadlıq Bloku Azərbaycan Demokrat Partiyasını blokdan çıxarmışdır.

2006-cı ildə Müsavat Partiyası bloku tərk etmişdir. Sonralar Azərbaycan Liberal və Vətəndaş və İnkişaf partiyaları da bloka daxil olmuşlar.

2010-cu ildə blokun buraxıldığı deyildi.

Vahid namizədlər

Milli Məclis

Seçki dairəsi Vahid namizədSiyasi partiya
1 saylı Şərur-Sədərək Namizəd Səfərov Bitərəf
2 saylı Şərur Vaqif Mahmudov Azərbaycan Demokrat Partiyası
3 saylı Babək-Kəngərli Şərqiyyə Məmmədova
4 saylı Naxçıvan Zeynal Fətullayev
5 saylı Şahbuz-Babək Bədrəddin Quliyev Cümhuriyyət Xalq Partiyası
6 saylı Culfa-Babək Elbrus Quliyev Azərbaycan Demokrat Partiyası
7 saylı Ordubad-Culfa Həşim İsgəndərli Müsavat Partiyası
8 saylı Binəqədi birinc Arzu Səmədbəyli ✅Y
9 saylı Binəqədi ikinci Sərdar Cəlaloğlu Azərbaycan Demokrat Partiyası
10 saylı Binəqədi üçüncü İlham Hüseynli Azərbaycan Xalq Cəbhəsi Partiyası
11 saylı Qaradağ Etibar Quliyev
12 saylı Qaradağ-Binəqədi-Yasamal Solmaz Ələsgərova Azərbaycan Demokrat Partiyası
13 saylı Əzizbəyov birinci Midhəd Abbasov Bitərəf
14 saylı Əzizbəyov ikinci Həsrət Rüstəmov Azərbaycan Demokrat Partiyası
15 saylı Yasamal birinci Məmməd Zeynalov Müsavat Partiyası
16 saylı Yasamal ikinci Akif Nağı
17 saylı Yasamal üçüncü Lalə Şövkət ✅Y Azərbaycan Liberal Partiyası
18 saylı Nərimanov-Nizami Cəmil Həsənli ✅Y Azərbaycan Xalq Cəbhəsi Partiyası
19 saylı Nərimanov birinci Sülhəddin Əkbər Müsavat Partiyası
20 saylı Nərimanov ikinci İsa Qəmbər
21 saylı Nəsimi birinci Fuad Mustafayev Azərbaycan Xalq Cəbhəsi Partiyası
22 saylı Nəsimi ikinci Murad Səadəttinov Bitərəf
23 saylı Nəsimi-Səbail Zəminə Dünyamalıyeva Azərbaycan Demokrat Partiyası
24 saylı Nizami birinci Nurəddin Məmmədli Azərbaycan Demokrat Partiyası
25 saylı Nizami ikinci Qurban Məmmədov Azərbaycan Demokrat Partiyası
26 saylı Sabunçu birinci Aydın Quliyev
27 saylı Sabunçu ikinci Xaləddin İbrahimli Müsavat Partiyası
28 saylı Sabunçu üçüncü Rauf Arifoğlu
29 saylı Səbail seçki Həsən Kərimov Azərbaycan Xalq Cəbhəsi Partiyası
30 saylı Suraxanı birinci Vurğun Əyyub Müsavat Partiyası
31 saylı Suraxanı ikinci Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyası
32 saylı Suraxanı üçüncü Kamil Vəli Nərimanoğlu
33 saylı Xətai birinci Qabil Hüseynli Müsavat Partiyası
34 saylı Xətai ikinci Nəsib Nəsibli ✅Y
35 saylı Xətai üçüncü Fuad Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyası
36 saylı Xətai dördüncü Rəsul Quliyev Azərbaycan Demokrat Partiyası
37 saylı Nizami birinci (Gəncə) Çingiz Sadıqov Bitərəf
38 saylı Nizami ikinci (Gəncə) Cahangir Əmirxanlı Müsavat Partiyası
39 saylı Kəpəz birinci (Gəncə) Elman Mövsümov Azərbaycan Demokrat Partiyası
40 saylı Kəpəz ikinci (Gəncə) Ramiz Orucov Azərbaycan Xalq Cəbhəsi Partiyası
41 saylı Sumqayıt birinci İkram İsrafil ✅Y Müsavat Partiyası
42 saylı Sumqayıt ikinci Flora Kərimova Bitərəf
43 saylı Sumqayıt üçüncü Elman Salayev Azərbaycan Demokrat Partiyası
44 saylı Sumqayıt-Abşeron Nəriman Qasımoğlu Azərbaycan Xalq Cəbhəsi Partiyası
45 saylı Abşeron Etibar Talıblı
46 saylı Əli Bayramlı Teyyub Quliyev
47 saylı Mingəçevir Azadlıq Bloku vahid namizəd çıxarmadı.
48 saylı Yevlax Şəkər İskəndərova Azərbaycan Xalq Cəbhəsi Partiyası
49 saylı Yevlax-Mingəçevir Əli Rəfiyev Azərbaycan Demokrat Partiyası
50 saylı Qobustan-Xızı-Quba Rəşid Mansurov
51 saylı Qusar Əbdüləlim Əhmədov
52 saylı Quba Aytən Ələkbərova Bitərəf
53 saylı Quba-Qusar Vaqif Şirinov Azərbaycan Demokrat Partiyası
54 saylı Dəvəçi-Siyəzən Bahəddin Həziyev Azərbaycan Xalq Cəbhəsi Partiyası
55 saylı Xaçmaz şəhər Məlahət Mürşüdlü Müsavat Partiyası
56 saylı Xaçmaz kənd Azər Həsrət Bitərəf
57 saylı Kürdəmir Akif İslamzadə Azərbaycan Xalq Cəbhəsi Partiyası
58 saylı Hacıqabul-Kürdəmir Əyyub Umudov
59 saylı Salyan Emil Məmmədov Azərbaycan Demokrat Partiyası
60 saylı Salyan-Neftçala Mirzağa Axundov Müsavat Partiyası
61 saylı Neftçala Fərman Hüseynov Azərbaycan Xalq Cəbhəsi Partiyası
62 saylı Saatlı Ənnağı Hacıbəyli Bitərəf
63 saylı Sabirabad birinci Pənah Hüseyn ✅Y
Seçki dairəsi Vahid NamizədSiyasi partiya
64 saylı Sabirabad ikinci Xaliq Bahadır Azərbaycan Xalq Cəbhəsi Partiyası
65 saylı Saatlı-Sabirabad-Kürdəmir Əlihüseyn Rəhimov Müsavat Partiyası
65 saylı Saatlı-Sabirabad-Kürdəmir Akif Şahbazov Azərbaycan Demokrat Partiyası
67 saylı Cəlilabad şəhər Azadlıq Bloku vahid namizəd çıxarmadı.
68 saylı Cəlilabad kənd Şahbaz Qarayev Müsavat Partiyası
69 saylı Cəlilabad-Masallı-Biləsuvar Qulamhüseyn Əlibəyli Azərbaycan Xalq Cəbhəsi Partiyası
70 saylı Masallı şəhər Eynulla Zalıyev Azərbaycan Demokrat Partiyası
71 saylı Masallı Gülağa Aslanlı Müsavat Partiyası
72 saylı Yardımlı-Masallı Tofiq Quliyev Azərbaycan Xalq Cəbhəsi Partiyası
73 saylı Lənkəran şəhər Əlövsət Talışxanlı Müsavat Partiyası
74 saylı Lənkəran kənd Yadigar Sadıqlı
75 saylı Lənkəran-Masallı Seyfəddin Əliyev Azərbaycan Xalq Cəbhəsi Partiyası
76 saylı Lənkəran-Astara İltifat Rəhimzadə
77 saylı Astara Müstəcəb Məmmədov Bitərəf
78 saylı Lerik Ağacəfər Həsənli Azərbaycan Xalq Cəbhəsi Partiyası
79 saylı İmişli Azadlıq Bloku vahid namizəd çıxarmadı.
80 saylı İmişli-Beyləqan Əli Qasımov Azərbaycan Xalq Cəbhəsi Partiyası
81 saylı Beyləqan Tapdıq Abbas Müsavat Partiyası
82 saylı Ağcabədi Seyid Camal
83 saylı Ağcabədi-Füzuli Söhrab Həsənov
84 saylı Füzuli Qubad İbadoğlu
85 saylı Şamaxı Taliyət Əliyev Azərbaycan Demokrat Partiyası
86 saylı İsmayıllı Mehman Cavadoğlu Müsavat Partiyası
87 saylı Ağsu-İsmayıllı Ehtiyat Feyzullayev Azərbaycan Demokrat Partiyası
88 saylı Göyçay Maarif Soltanov
89 saylı Göyçay-Ağdaş Arif Əliyev Azərbaycan Xalq Cəbhəsi Partiyası
90 saylı Ağdaş Çingiz Qənizadə Bitərəf
91 saylı Ucar Elşən Qəniyev Müsavat Partiyası
92 saylı Zərdab-Ucar Azadlıq Bloku vahid namizəd çıxarmadı.
93 saylı Bərdə şəhər Nemət Əliyev Azərbaycan Xalq Cəbhəsi Partiyası
94 saylı Bərdə kənd Novruz Salahov Azərbaycan Demokrat Partiyası
95 saylı Tərtər İlham İsmayıl Müsavat Partiyası
96 saylı Goranboy-Naftalan Elçin Rzayev Azərbaycan Xalq Cəbhəsi Partiyası
97 saylı Goranboy-Ağdam-Tərtər Nizami Mehdiyev Müsavat Partiyası
98 saylı Şəmkir şəhər Fariz Cəfərov
99 saylı Şəmkir kənd Şahin Nəcəfov Azərbaycan Demokrat Partiyası
100 saylı Şəmkir-Daşkəsən Mahir Əsədov
101 saylı Xanlar-Daşkəsən Cavanşir Babayev Azərbaycan Xalq Cəbhəsi Partiyası
102 saylı Samux-Şəmkir Elman Mövsümov Azərbaycan Demokrat Partiyası
103 saylı Gədəbəy Nizami Quliyev Azərbaycan Xalq Cəbhəsi Partiyası
104 saylı Gədəbəy-Tovuz Saleh Məmmədov Bitərəf
105 saylı Tovuz Tofiq Hüseynov Müsavat Partiyası
106 saylı Tovuz-Qazax-Ağstafa İsaxan Aşurov
107 saylı Qazax Arzuman Əbdülkərimov
108 saylı Ağstafa Sabir Azəri Bitərəf
109 saylı Balakən Məhərrəm Mehdiyev Azərbaycan Xalq Cəbhəsi Partiyası
110 saylı Zaqatala Arif Hacılı Müsavat Partiyası
111 saylı Zaqatala-Balakən Hikmət Alqayev Azərbaycan Xalq Cəbhəsi Partiyası
112 saylı Qax Əyyub Kərimov
113 saylı Şəki şəhər Cavanşir Quliyev Bitərəf
114 saylı Şəki kənd birinci Hikmət Hacızadə Müsavat Partiyası
115 saylı Şəki kənd ikinci Sahib Kərimov Azərbaycan Xalq Cəbhəsi Partiyası
116 saylı Qəbələ Xalid Əlimirzəyev Müsavat Partiyası
117 saylı Oğuz-Qəbələ Vaqif Davudov
118 saylı Ağdam Nadir İsmayılov Bitərəf
119 saylı Ağdam Azadlıq Bloku vahid namizəd çıxarmadı.
120 saylı Cəbrayıl-Qubadlı Rafiq Quliyev Bitərəf
121 saylı Laçın Hüseyn Naibov Azərbaycan Xalq Cəbhəsi Partiyası
122 saylı Xankəndi İsi Bağırov Müsavat Partiyası
123 saylı Kəlbəcər Zülfiqar Hüseynzadə Azərbaycan Demokrat Partiyası
124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd Yavər Hüseyn Bitərəf
125 saylı Zəngilan-Qubadlı Ramiz Rövşən

Ali Məclis

2005-ci il Naxçıvan Ali Məclisinə seçkilərdə Azadlıq Bloku üzvlərindən Müsavat Partiyası 16, Azərbaycan Xalq Cəbhəsi Partiyası 15 və Azərbaycan Demokrat Partiyası 13 namizədlə iştirak etmişdir. Ümumilikdə 65-i Yeni Azərbaycan Partiyası, 36-sı isə bitərəf namizəd olmaqla 146 namizəd içindən Azərbaycan Xalq Cəbhəsi Partiyası 2, Azadlıq Bloku isə 1 deputat çıxarmışdır. Çünki, deputat seçilmiş Əhəd Cəfərli AXCP-nin klassiklər qanadının üzvü idi.

Etirazlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azadlıq Bloku haqqında məlumat. Azadlıq Bloku nədir? Azadlıq Bloku nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nanotexnologiya

  • Fevral 24, 2026

    İtalik dilləri

  • Fevral 27, 2026

    Acinonyx

  • Fevral 27, 2026

    Veteran

  • Fevral 27, 2026

    Urud

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst