Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəriman Qasımoğlu 1956-cı il dekabrın 26-da Bakıda doğulmuşdur. Hüseyn Cavid adına 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla (1973), Bakı Dövlət Univers

Nəriman Qasımoğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Nəriman Qasımoğlu

Qasımzadə Nəriman Qasım oğlu (26 dekabr 1956, Bakı) — şair, tərcüməçi, şərqşünas-alim.

Nəriman Qasımoğlu
Nəriman Qasım oğlu Qasımzadə
Doğum tarixi 26 dekabr 1956(1956-12-26) (69 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Qasım Qasımzadə
Elmi dərəcəsi
  • tarix elmləri namizədi[d] (1986)
İş yerləri
  • Azərbaycan Dövlət Universiteti (1979–1980),
  • AMEA Şərqşünaslıq İnstitutu (1983–1989),
  • "ADA" Universiteti (2014)
Təhsili
  • BDU Şərqşünaslıq fakültəsi (–1979),
  • Hüseyn Cavid adına 132 nömrəli tam orta məktəb[d]
Elmi rəhbəri Ələsgər Məmmədov
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi (1994)

Mündəricat

Erkən illəri

Nəriman Qasımoğlu 1956-cı il dekabrın 26-da Bakıda doğulmuşdur. Hüseyn Cavid adına 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla (1973), Bakı Dövlət Universitinin (BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu (1979) ilə bitirmişdir.

Elmi fəaliyyəti

Yəməndə (1977–1978) və Liviyada (1980–1982) ərəb dili üzrə mütərcim, BDU-da müəllim (1979–1980), Azərbaycan Dövlət Teleradiosunun xarici verilişlər redaksiyasında ərəb dili üzrə diktor (1979–1980), Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi işçi (1983–1989), SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübəçi (1984–1986), Azərbaycan Yazıçılar Birliyi Tərcümə Mərkəzində şöbə müdiri (1989–1992) vəzifələrində, ABŞ-nin Corctaun Universiteti (2003–2004), Macarıstanın Mərkəzi Avropa Universitetində (2006–2007), ABŞ-nin Kaliforniya Dövlət Univerisiteti (2009)və Harvard Universitetində (2012–2013) elmi araşdırmaçı qismində çalışmışdır. Hazırda ADA Universitetinin professorudur.

ABŞ, Braziliya, Almaniya, İngiltərə, Polşa, Macarıstan, Rusiya, Qazaxıstan və Gürcüstanda keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Hazırda fərdi elmi və bədii yaradıcılıqla məşğuldur.

1987-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 80-ci illərdəki Bakıda və Moskvada elmi fəaliyyəti Yaxın Şərq probleminə həsr etdiyi onlarla məqalədə və bir monoqrafiyada əksini tapmışdır.

1970-ci illərdən etibarən bədii yaradıcılıqla məşğul olmağa başlamışdır. İlk mətbu yazısı ərəbcədən tərcümə etdiyi uşaq hekayələri ("Göyərçin" jurnalı, 1973) olmuşdur. Fəal poetik yaradıçılığa 1980-ci illərdən başlamışdır. İlk şeirləri "Yaşıl budaqlar" (Bakı, Gənclik, 1982) almanaxında dərc edilmişdir. Şeirləri daha sonra Azərbaycanın ədəbi qəzet və jurnallarında, xaricdə — Türkiyə, İran, Suriya, İraqda çap olunmuşdur.

Quran-i Kərimin Azərbaycan dilinə bədii tərcüməsinin müəllifidir.

1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Şəxsi həyatı

Evlidir. 1 oğlu və 1 qızı var. Şair Qasım Qasımzadənin oğludur.

Siyasi fəaliyyəti

Nəriman Qasımoğlu Azərbaycan Xalq Cəbhəsi üzvü olmuş, daha sonra isə Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərmiş, Partiya sədrinin müavini olmuş, Partiya Ali Məclisinin Rəyasət Heyətində təmsil olunmuşdur. O, daha sonra partiyadan istefa vermiş və siyasətdən uzaqlaşmışdır.

Əsərləri

  1. İki doğum günü. Bakı: Yazıçı, 1990, 92 səh. türkcəsində açıqlama
  2. Quran-i Kərim: Azərbaycan. Bakı: Azərbaycan nəşriyyatı, 1993, 368 səh.yyatı, 1993, 368 səh. Bakı: Elm, 1999, 225 səh.
  3. Ayə aydınlığında. Bakı: Təhsil, 2005, 218 səh.
  4. Oxu müqəddəsliyi. Bakı: Təhsil, 2005, 218 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəriman Qasımoğlu haqqında məlumat. Nəriman Qasımoğlu nədir? Nəriman Qasımoğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Dinozavrlar

  • Fevral 24, 2026

    İosif Stalin

  • Fevral 24, 2026

    15 mart

  • Fevral 25, 2026

    Viktor Fleminq

  • Fevral 23, 2026

    Svarojiçilər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst