Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Keşlə — Bakıda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bakı şəhərinin Nizami rayonunun Ke

Keşlə

  • Ana Səhifə
  • Vikipediya
  • Keşlə

Keşlə — Bakıda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bakı şəhərinin Nizami rayonunun Keşlə yaşayış massivində yerləşən qəsəbə — Keşlə qəsəbəsi adlandırılmış, şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Şəhər tipli Keşlə qəsəbəsi mərkəz olmaqla Keşlə qəsəbə Soveti yaradılmışdır.

Keşlə
40°23′52″ şm. e. 49°53′55″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Bələdiyyə başçısı Rəşad Babayev
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 10 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Keşlə xəritədə
Keşlə
Keşlə

Mündəricat

Tarixi

Bakının Nizami rayonunda yerləşən qəsəbə 1936-cı ildə yaranmış, 1939-cu ildən Bakının tərkibində əvvəlcə şəhər massivi, 1991-ci ildən isə müstəqil qəsəbə kimi fəaliyyət göstərir. Əhalisi 100 min nəfəri keçmişdir. Əhalinin iş yerlərinin çox hissəsini sənaye sahələri və ticarət obyektləri təşkil edir. Maşınqayırma zavodu və sosial obyektləri var. Toponimin mənası “düzən”, “geniş vadi” kimi izah edilir. Vəli Həbiboğlu Məcidovun yazdığı “Keşlə və Keşləlilər” adlı kitabda ətraflı araşdırılmışdır. Qəsəbədən Şirvanşah sarayına çıxış olmuşdur. Keşlə qalasının qalıqları bu yaxınlaradək qəsəbə ərazisində görünməkdə idi. Burada XVII əsrə aid məscid var. Keşlə kəndi. — Kəndin əsl adı Qışladır. Zaman keçdikcə bu söz Keşlə şəklini almışdır. Bu kənd Bakı xanları ilə sıx bağlı olmuşdur. Xanların atları, qaramal və qoyun sürüləri bu qışlada saxlanırdı. Xan öz ilxısını yoxlamaq üçün ara-sıra Keşləyə gəlirmiş. O vaxtdan xalq içərisində belə bir zərb-məsəl yaranmışdır. Birini bir yerə tələsən və qaçan gördükdə deyərdilər: Haraya tələsirsən, Keşləyə xan gəlir, nədir?

Adının mənşəyi

Keşlə adı mənbələrdə ilk dəfə XVII əsrdən çəkilir. Keçmiş adı Keşləqışlaq olmuşdur. Oykonim türk mənşəli keşli/keşlə tayfasının adını əks etdirir. XVIII əsrə aid sənəddə keşlilərin və qaramanlı tayfalarının Qazaxlı, Ələsli və Borçalı yaylaqlarından istifadə hüququ haqqında məlumat verilir.

Tanınmışlar

  • Ağabala Quliyev - mesenat, milyonçu
  • Bədri Seyidzadə - şair
  • Xanımana Əlibəyli - yazıçı
  • Osman Mirzəyev - jurnalist, yazıçı və publisist, şəhid
  • Ələsgər Məmmədov - şərqşünas alim, pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycanda müasir ərəbşünaslığın banisi, alman və ərəb dilləri üzrə mütəxəssis, Nürnberq prosesində tərcüməçi
  • Yusif bəy İbrahimli - siyasətçi, Müsavat Partiyasının Mərkəzi Komitəsinin katibi

Həmçinin bax

  • Nizami rayonu
  • 8-ci kilometr

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Keşlə haqqında məlumat. Keşlə nədir? Keşlə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Proqramlaşdırma dilləri

  • Fevral 23, 2026

    Teologiya

  • Fevral 25, 2026

    Ağstafa

  • Fevral 23, 2026

    Bustrofedon

  • Fevral 24, 2026

    Bütpərəstlik

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst