Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ərəb atı — insan tərəfindən yaradılan çox qədim at cinslərindən biridir. Ərəb atının vətəni Ərəbistan yarımadasıdır.

Ərəb atı

  • Ana Səhifə
  • Vikipediya
  • Ərəb atı

Ərəb atı — insan tərəfindən yaradılan çox qədim at cinslərindən biridir. Ərəb atının vətəni Ərəbistan yarımadasıdır.

Ərəb atı
الحِصَانُ العَرَبِيُّ
Ölçüləri hündürlüyü 153,4 sm,
döş qucumu 178,9 sm,
incik qucumunun çevrəsi 19,9 sm
Yaranma tarixi IV—VII əsrlər
Yetişdirildiyi yer Ərəbistan yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cins ərəb atı — ən qədim minik atı cinslərindən biri. 7 əsrdə ərəb istilaları zamanı Ərəbistan y.-a.-nda yetişdirilmiş, Avropaya orta əsrlərdə gətirilmişdir. Qiymətli minik (cins minik atı, Terek atı) və löhrəm yerişli (Orlov löhrəmi) cinslərinin yaradılmasında böyük rolu olmuşdur. Çox iri deyil (cidov hünd. 150–160 sm), zərif skeletli (bilək qucumu 18–20 sm) və bərk əzələlidir. Rəngi, əsasən, kürən, kəhər, bozdur. Məhsuldarlığı yüksəkdir. 3 yaşından müxtəlif at idmanı növlərində istifadə edilir. Hərəkəti gözəldir. Az tələbkardır, uzun məsafələrə (100–160 km) qaçışda dözümlüdür. Müasir Ərəb atının cəldliyi 1000 m-də 1 dəq. 5,4 san, 10.000 m-də 15 dəq. 25 san-dir. Damazlıq işi sürətin və 4 cinsdaxili tipin təkmilləşməsinə yönəldilmişdir. Ərəb atı Ümumdünya ərəb atıçılıq təşkilatına (World Arabian Horse Orqanization) daxil olan 70 ölkədə yetişdirilir. Bəzi ölkələrdə başqa minik atları cinslərinin (Budyonnı atı, Don atı və digər) keyfiyyətinin yaxşılaşdırılmasında Ərəb atından istifadə olunur.

Asiya və Avropada müxtəlif at cinslərinin yaradılmasında Ərəb atının çox böyük rolu vardır. Xüsusən Orlov at cinsinin yaradılmasında xüsusi rolu olmuşdur. Çox təsadüf edilən rəngi boz, kəhər və qızılı-parlaq kürəndir. Ərəb atı orta boylu, enli və dərin gövdəli, quru ətraflara malik bir atdır. Ərəb atı yüksək iş qabiliyyətinə malikdir. Təmizqanli minik atı yaradılana qədər, o sürətinə görə dünyada birinci yeri tuturdu. Hazıra isə qısa məsafələrdə ikinci yer tutduğu halda, uzaq məsafələrdə yenə də birinciliyi özündə saxlayır.

Mündəricat

Tarixi

Qədim tarixi kitablarda Ərəb atının bizim eradan 1500 il əvvəl Ərəbistan yarımadasında yaradılması qeyd edilir.

Xüsusiyyəti

  • Ərəb atı gözəl xarici görünüşə malikdir. Onun əsas xüsusiyyətləri belədir:
  • başı kiçik;
  • alnı enli;
  • profili düz və ya bir qədər batıq;
  • gözləri iri və hərəkətli;
  • burun dəlikləri enli;
  • boynu orta uzunluqda və enli;
  • cidovu orta;
  • ayaqları nazik;
  • dalı düz;
  • beli enli, gödək;
  • sağrısı enli, azca maili;
  • qabaq ətrafı düzgün duruşlu;
  • dal ətrafı bəzən azca qılıncvari;
  • dırnağı kiçik və möhkəm;
  • dərisi nazik, tükləri incə və parlaqdır.

Cidov hündürlüyü ayğırlarda 150,8 sm, madyanlarda isə 148,9 sm-ə bərabərdir. Rekordçular iki yaşında 1200 metr məsafəni 1 dəqiqə 18 saniyəyə qət etmişdir. 3 yaşında isə 200 metr məsafəni 3dəqiqə 52 saniyəyə qət etmişdir. Ən yaxşı sürəti 1600 metr məsafəyə 1 dəq. 50 san. (Skala), 300 metrə isə 3 dəq. 29,4 san-dir (Sputnik). Uzaq məsafəli yürüşlərdə ərəb atı yüksək iş qabiliyyətli və davamlıdır. Bu atlar 644 km. məsafəni 5 sutkaya getmişdir.

Azərbaycanda dilboz atı cinsinin yaradılmasında Ərəb at cinsinin ayğırlarından istifadə olunmuşdur.

Ərəb Atı İncəsənətdə

Həmçinin bax

Vikianbarda Ərəb atı ilə əlaqəli mediafayllar var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ərəb atı haqqında məlumat. Ərəb atı nədir? Ərəb atı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Amerika futbolu

  • Fevral 23, 2026

    Araxis

  • Fevral 23, 2026

    5 avqust

  • Fevral 27, 2026

    73 (ədəd)

  • Fevral 27, 2026

    Moşe Dayan

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst