Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan-Fransız Universiteti və ya qısaca UFAZ — Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan Dövlət N

Azərbaycan-Fransız Universiteti

  • Ana Səhifə
  • Vikipediya
  • Azərbaycan-Fransız Universiteti

Azərbaycan-Fransız Universiteti və ya qısaca UFAZ — Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Strasburq Universitetinin (Unistra) rəhbərliyi altında həyata keçirilən birgə layihədir.

Azərbaycan-Fransız Universiteti
UFAZ
Tip Birgə proqram
Əsası qoyulub 2016
Direktor Vazeh Əsgərov
Tələbə sayı 800+
Müəllim sayı 70
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı
Ünvan Nizami küçəsi, 183
Sayt ufaz.az
40°22′35″ şm. e. 49°51′05″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Yaradılması

12 may 2014-cü ildə Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfəri zamanı Fransa və Azərbaycan təhsil nazirləri arasında iki ölkə arasında elmi əlaqələrin gücləndirilməsi məqsədilə universitetlər arasında əməkdaşlığa dair niyyət memorandum imzalanmışdır.

İki ölkənin təhsil nazirlikləri arasında növbəti razılaşma 25 aprel 2015-ci ildə president Fransua Ollandın Azərbaycana növbəti səfəri zamanı imzalanmışdır. Həmin il mayın 15-də əməkdaşlığa dair təklif Azərbaycan Prezidenti İlham Əliyevin 1242 saylı fərmanı ilə qəbul edilmiş, 9 iyun 2016-cı ildə isə Azərbaycan-Fransız Universitetinin (UFAZ) yaradılmasına sərəncam verilmişdir.

15 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun və Fransanın Azərbaycandakı Səfiri Aurelia Buşenin iştirakı ilə UFAZ-ın açılışı baş tutmuşdur. İlk tədrisi ili ADNSU-nun Azadlıq prospektində yerləşən əsas binasında baş tutmuşdur.

15 sentyabr 2017-ci ildə UFAZ-ın Nizami küçəsi, 183-də yerləşən yeni tədris binasının açılış mərasimi baş tutmuşdur. Bina 20-ci əsrin əvvəllərində inşa edilmiş və Təhsil Nazirliyinin qərarına əsasən restavrasiya edilmişdir.

Tədris

UFAZ-ın Nizami küçəsindəki əsas binası

Yalnız Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmuş 1-ci ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan ən az 450 və daha çox bal toplamış abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunmuş və iyul ayının sonlarında keçirilən UFAZ-a qəbul imtahanında iştirak edə bilərlər.

UFAZ-da tədris Strasburq Universitetinin və Renn-1 Universitetinin (Neft-qaz mühəndisliyi) tədris proqramı üzrə ingilis dilində aparılır.

Fransada bakalavr təhsili 3 il, Azərbaycanda isə 4 il davam etdiyinə görə UFAZ-da tədrisin ilk ili hazırlıq ili hesab olunur. Universitetdə təhsil yüksək ixtisaslı fransız və azərbaycanlı müəllimlərindən ibarət beynəlxalq tədris heyəti tərəfinən aparılır. UFAZ məzunları ADNSU-nun və tərəfdaş fransız universitetlərinin diplomlarını əldə edir.

Hal-hazırda UFAZ-da 5 ixtisas tədris edilir: kimya, kimya mühəndisliyi, geofizika mühəndisliyi, kompüter elmləri və neft-qaz mühəndisliyi.

UFAZ tələbələrinin 80%-dən çoxu Azərbaycan hökumətinin maliyyə dəstəyi sayəsində ödənişsiz əsaslarla təhsil alır.

UFAZ 2024/2025 tədris ilində 4 istiqamət üzrə magistratura mərhələsi üzrə ixtisaslar təklif edəcək: Kimya mühəndisliyi / Fiziki kimya, Yer elmləri , Tətbiqi Kompüter Elmləri (Böyük verilənlər və süni intellekt) və Su Ehtiyatlarının İdarə Edilməsi.

Həmçinin bax

  • Azərbaycanda Fransız İnstitutu
  • Bakı Fransız Liseyi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycan-Fransız Universiteti haqqında məlumat. Azərbaycan-Fransız Universiteti nədir? Azərbaycan-Fransız Universiteti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qəhrəman ana

  • Fevral 26, 2026

    Sent-Corces

  • Fevral 27, 2026

    İss döyüşü

  • Fevral 27, 2026

    XII əsr

  • Fevral 24, 2026

    Şahzadə Yelena

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst