Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aygün — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1951-ci ildə yazdığı poema. Şairin yazdığı mənzum romanı Azərbaycan poeziyasında xüsusi yer tutan epik ruhlu bi

Aygün (poema)

  • Ana Səhifə
  • Vikipediya
  • Aygün (poema)

Aygün — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1951-ci ildə yazdığı poema. Şairin yazdığı mənzum romanı Azərbaycan poeziyasında xüsusi yer tutan epik ruhlu bir əsərdir. Əsərdə hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir. Ailə və məhəbbət problemlərinə həsr olunmuş əsərin əsas qəhrəmanı Aygündür. Şair onun timsalında öz azərbaycanlı qadın idealını ümumiləşdirmişdir. Əsərdə şair Azərbaycan qadınlarının ağır taleyini canlandırmış, qadının təkbaşına çətinlikləri adlayaraq, öz gücünə nail olduğu uğuru göstərmişdir.

Aygün
Janr poema
Müəllif Səməd Vurğun
Orijinal dili Azərbaycan
Yazılma ili 1951
Nəşr ili 1951

Mündəricat

Süjet

Səməd Vurğun Azərbaycan qadınlığının xüsusi xarakterinə, müqayisəyə gəlməz sədaqətinə və namusuna, təmənnasız möhnətkeşliyinə romantik şəkildə inanırdı. Şair Azərbaycan qadınlarını sədaqətli və ismətli, romantik bir ucalıq daşıyıcısı kimi görmək istəyirdi. Ədib bu görüşlərini "Aygün" romanında daha dərindən ifadə etmişdir. O inanırdı ki, Azərbaycan qadını istehsalatda, mədəniyyətdə fəal çalışsa da, bu onun milli əxlaqi simasında dəyişikliklər yaratmayacaq və yaratmamalıdır. Aygün məhz bu cür bir qadındır. Romanın əvvəlində o, ərinə və ailəsinə görə öz sənətini, bəstəkarlıq təhsilini yarıda qoyub aqronom olan əri ilə kəndə gedir.

Lakin onların ailəsi həyatın sınaqlarına dözə bilmir: Aygün öz qızını tək böyütməli olur. Bakıya qayıdıb bəstəkarlıq təhsilini davam etdirir, ölkənin tanınmış bir bəstəkarı kimi yetişir. Lakin o, ilk sevgisinə sadiqdir, yenidən ailə qurmaq üçün bütün təklifləri rədd edir. Roman Aygünün Əmirxanla yenidən birləşəcəyi ehtimalı ilə bitir. Şair sevimli qəhrəmanı olan Aygünü romantik cizgilərlə səciyyələndirir. Aygün romantik sədaqət rəmzidir, şairin qadın idealıdır.

Ekranlaşdırılması

Poemanın əsasında eyni adlı "Aygün" tammetrajlı bədii televiziya filmi çəkilmişdir. Film rejissor Kamil Rüstəmbəyov tərəfindən 1960-cı ildə ekranlaşdırılmışdır. Film Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Nəcibə Məlikova, Həsənağa Salayev və Rəna Topçubaşova ifa ediblər.

Ədəbiyyat

  • Bəhramoğlu, R; Əhmədov, T. ""Aygün" ekranda" [S. Vurğunun həmin adlı poemasının ekrana çəkilməsi haqqında] //Ədəbiyyat və incəsənət.- 1959.- 14 fevral.
  • İsmayıl Şıxlı. ""Aygün" ekranda" //Ədəbiyyat və incəsənət.- 1961.- 7 yanvar.
  • Babayev, N. "Tamaşaçı razı qalır" //Kommunist.- 1961.- 11 may.
  • Süleymanova, Z. "Tamaşaçılar arasında" //Azərbaycan gəncləri.- 1961.- 12 may.
  • Nizami, N. "Aygün" //Nuxa fəhləsi.- 1961.- 14 may.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aygün (poema) haqqında məlumat. Aygün (poema) nədir? Aygün (poema) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bizanslı Filon

  • Fevral 27, 2026

    Paullinia

  • Fevral 27, 2026

    Bitlis ili

  • Fevral 24, 2026

    Masallı rayonu

  • Fevral 27, 2026

    Jan-Pol Sartr

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst