Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aydın Müstəcəb oğlu Abiyev (Aydın Abi Aydın) (28 aprel 1939, Hilədərə, Lerik rayonu – 16 fevral 2022) — ədəbiyyatşünas, tənqidçi, lüğətçi, filologiya elmləri do

Aydın Abıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Aydın Abıyev

Aydın Müstəcəb oğlu Abiyev (Aydın Abi Aydın) (28 aprel 1939, Hilədərə, Lerik rayonu – 16 fevral 2022) — ədəbiyyatşünas, tənqidçi, lüğətçi, filologiya elmləri doktoru (1997), professor (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2000), Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Aydın Abiyev
Aydın Müstəcəb oğlu Abiyev
Doğum tarixi 28 aprel 1939(1939-04-28)
Doğum yeri
  • Hilədərə, Lerik rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 16 fevral 2022(2022-02-16) (82 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Müstəcəb Abiyev
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
Təhsili
  • BDU Şərqşünaslıq fakültəsi
Tanınır professor, alim, ədəbiyyatşünas, tənqidçi, lüğətçi
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi,
  • Azərbaycan Jurnalistlər Birliyi
Mükafatları "Tərəqqi" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Aydın Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abiyev 1957–1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb.

Fəaliyyəti

Əmək fəaliyyəti

Aydın Abiyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abiyev 1978–1981-ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981–1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.

Aydın Abiyev 1968-ci ildə "Görkəmli türk yazıçısı Ömər Seyfəddinin həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. Abiyev 1997-ci ildə "XIX əsrin ikinci yarısı — XX əsrin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Alim 1992–1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Ədəbiyyat və Azərbaycan dili kafedrasının dosenti, sonra professoru olub. 1998-ci ildən ömrünün sonuna qədər professor kimi fəaliyyət göstərib.

Aydın Abiyev 2000-ci ildə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, həmçinin AMEA-nın Şərq xalqları ədəbiyyatı üzrə dissertasiya Müdafiə Şurasının üzvüdür. Alim elmi sessiya, konfrans və simpoziumlarda iştirak edib.

Publisistik fəaliyyəti

Aydıb Abiyev tələbəlik illərindən dövri mətbuatda məqalə və tərcümələrlə çıxış etmişdir. Azərbaycan Elmlər Akademiyası "Xəbərləri", "Azərbaycan", "Ulduz", "Qobustan", "Mütərcim", "Mədəniyyət və sənət" jurnallarında elmi-kütləvi publisistik yazıları, Türkiyə, Bolqarıstan və Almaniya yazıçılarının əsərlərindən tərcümələrini çap etdirmişdir. Eyni zamanda İzzəddin Həsənoğlunun və M.Ə.Marağalının məlum olmayan yeni şeirlərini aşkara çıxarmışdır. Abiyev Azərbaycanda ilk dəfə "Türkiyə ədəbiyyatı tarixi" dərsliyini və "Türk mənşəli şəxs adları sözlüyü" kitabların nəşr etdirmişdir.

Əsərləri

  • Ömər Seyfəddinin həyatı və yaradıcılığı (1978)
  • Türk ədəbiyyatında satira (XIX əsrin axırları, XX əsrin əvvəlləri) (1991)
  • Azərbaycan türk şəxs adlarının izahlı lüğəti (1998)
  • Bəzi satirik nəzirə və təkzillər (Azərbaycan–Türkiyə ədəbi əlaqələri tarixindən) (1999)
  • Qısaltmalar sözlüyü (2000)
  • Tənzimat dövrü Türkiyə ədəbiyyatı (2001)
  • Şəxs adları lüğəti (2002)
  • Füzuli və Türkiyə poeziyası (2002)
  • Türkiyə ədəbiyyatı tarixi (müqayisəli), I cild, I nəşr (2005). II nəşr (2010)
  • Ziya Göyalp (2006)
  • Şəxs adları sözlüyü (II kitab) (2006)
  • Türkiyə ədəbiyyatı tarixi (2007)
  • Türk şəxs adları (III kitab) (2007)
  • Mənşəyinə görə şəxs adları lüğəti (2010)
  • Həsənoğlundan üzübəri (2012)
  • Sərvəti-Fünun ədəbiyyatı (2014)

Tərcümələri

  • İki dastan (2002)
  • Oğuz Kağan dastanı (1992)
  • Türkiyə gülməcələri (2004)
  • Bəktaşi lətifə və əhvalatları (1992)

Qalereya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aydın abıyev sözünün mənası, aydın abıyev haqqında məlumat. aydın abıyev nədir? aydın abıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Saqiyan

  • Fevral 27, 2026

    Sosial institutlar

  • Fevral 27, 2026

    Qarqarlar

  • Mart 07, 2026

    Prototi

  • Fevral 27, 2026

    Oqaden müharibəsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst