Dəstək
Free Download and Information Platform
  • Vikipediya

Avropa Şurası — qitənin insan hüquqlarını müdafiə edən aparıcı beynəlxalq təşkilatıdır. Avropa İttifaqının 27 üzv dövlətləri daxil olmaqla 46 üzv dövlətdən ibar

Avropa Şurası

  • Ana Səhifə
  • Vikipediya
  • Avropa Şurası

Avropa Şurası — qitənin insan hüquqlarını müdafiə edən aparıcı beynəlxalq təşkilatıdır. Avropa İttifaqının 27 üzv dövlətləri daxil olmaqla 46 üzv dövlətdən ibarətdir. Avropa Şurasının bütün üzv dövlətləri insan hüquqları, demokratiya və qanunun aliliyini qorumağı nəzərdə tutan Avropa İnsan Hüquqları Konvensiyasını imzalamışdır.[2] Avropa Şurasının qərargahı Fransanın Strasburq şəhərindədir.[2]

Avropa Şurası
CdE, CoE
Loqonun şəkli
Yaranma tarixi 5 may 1949[1]
Rəsmi dili
  • ingilis dili,
  • fransız dili
coe.int
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İngilis və Fransız dilləri iki rəsmi dildir.[2]

Mündəricat

Şuranın orqanları

Avropa Şurasının aşağıdakı strukturları vardır:

  • Nazirlər Komitəsi;
  • Parlament Assambleyası (AŞPA).

Şuraya üzv dövlətlər Avropa İnsan Haqları Konvensiyasına və İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Konvensiyasına riayət etməlidirlər. Hər iki sənəd üzrə müdafiə mexanizmi mövcüddür:

  • Avropa İnsan Haqları Məhkəməsi;
  • İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi

Nazirlər Komitəsi üzv dövlətlərin bu iki orqanın qərarlarına əməl etmələrini təmin edir.

Digər vacib Şura orqanları bunlardır:

  • Baş katibin rəhbərlik etdiyi Katiblik;
  • Yerli və Regional Hakimiyyətlər Konqresi (məşvərət orqanı);
  • Avropa İnsan Hüquqları Komissarı.[3]

İdarəçilər

İdarəetmə ilə əlaqəli mövzular Əmək və Sosial İşlər Nazirləri tərəfindən həll edilir; ümumi siyasi problemlər, Xarici işlər və Birliyi maraqlandıran əsas məsələlər Xarici İşlər Nazirlərinin hüquqları çərçivəsindədir. Şuranın mərkəzi Brüsseldədir; ancaq bəzi iclaslar Lüksemburqda keçirilir.

  • Bayraq
    Bayraq
  • Loqotipi
    Loqotipi

İşi

Avropanın gələcəyi ilə bağlı ən vacib qərarlar Şura tərəfindən verilir. Şura, bundan başqa, Avropa Parlamenti ilə birlikdə Avropa Birliyinin illik büdcəsini təsbit edir və AB adına beynəlxalq anlaşmalar imzalayır. Ortaq xarici siyasətlərin və təhlükəsizlik mövzuları qarşısında alınacaq qərarların əsas xətlərini müəyyən edir. Şura başçılığını hər Üzv Dövlət altı aylıq müddətə sırayla öz üzərinə götürür. Üzv Dövlətlərin Birlik nəzdindəki Səfirlərindən ibarət olan Daimi Təmsilçilər Komitəsi (Coreper) Şuranın işləri üçün lazım olan hazırlıqları eləyir və müəyyən hazırlıqları etmək və ya xüsusi mövzuları araşdırmaqla vəzifələndirilmiş komitələr təşkil edərək Şuranın təlimatlarını yerinə yetirir. Avropa Birliyi Anlaşmasında Birliyin fəaliyyətləri üç qrupa bölünür. (Birlik fəaliyyətləri, ortaq xarici siyasət və təhlükəsizlik siyasəti, ədalət və daxili işlər) Şura hökumətlərarası əməkdaşlığa dair iki sahədə əsas rol oynayır: Ortaq xarici siyasət və təhlükəsizlik siyasəti çərçivəsində ortaq vəziyyətləri tərif edir və ortaq qərarlar alır. Bu tədbirlərin tətbiq olunmasından da Birliyin təmsilçisi adından Şura Hakimiyyəti cavabdehdir. Şuranın məhkəmə və daxili işlər sahəsindəki əsas vəzifəsi ortaq hərəkətləri müəyyən etmək və Üzv Dövlətlərin imzalayacağı sazişləri hazırlamaq və təklif etməkdir. Avropa Birliyinin fəaliyyətlərinə bağlı olaraq son zamanlardakı bəzi inkişaflar (Vahid Sənəd, Birlik Anlaşması) nəticəsində şərti çoxluq əsasında səsvermə qaydası tətbiq olunsa da, vergiləndirmə kimi bəzi mövzularda hələ də yekdilliklə qərar alınması lazımdır. Şərti çoxluq üçün 87 səsdən 62-sinin qərarın lehinə olması və bu 62 səsin ən azı 10 dövlət tərəfindən verilməsi lazımdır. Şərti çoxluq qaydasına görə keçirilən səsvermələrdə Almaniya, Fransa, İtaliya və Birləşmiş Krallığın hərəyə 10 səsi, İspaniyanın 8 səsi, Belçika, Yunanıstan, Hollandiya və Portuqaliyanın hərəyə 5 səsi, Avstriya və İsveçin hərəyə 4 səsi, Danimarka, İrlandiya və Finlandiyanın hərəyə 3 səsi, Lüksemburqun isə 2 səsi vardır. Ancaq Şuranın Komissiya təkliflərini dəyişdirə bilməsi, ya da Parlamentin təklif etdiyi və Komissiyanın qəbul etdiyi dəyişiklikləri ləğv etməsi üçün yekdil səsvermə olmalıdır. Ortaq xarici siyasət və təhlükəsizlik siyasəti ilə ədalət və daxili işlər sahələrində Anlaşmada Şuraya bu mövzuda əksinə qərar alma haqqı verilmədiyi hallarda səs birliyi məcburidir.

Azərbaycan Respublikasının Avropa Şurasına qoşulmağının 10 illiyi münasibətilə buraxılmış poçt markası

24 yanvar 1992 — Azərbaycan parlamenti "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət edib. Avropa Şurası Parlament Assambleyası 1996-cı ildə Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusu verdi.

20 yanvar 1998 — Prezident Heydər Əliyev "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında" sərəncam imzalayıb.

17 yanvar 2001 — Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul edib.

25 yanvar 2001 — Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olub. Strasburqda, Avropa Şurasının mənzil-qərargahının qarşısındakı flaqştoka Azərbaycanın bayrağı qaldırılıb. Mərasimdə Azərbaycan prezidenti Heydər Əliyev iştirak edib.

Avropa Şurasının üzvləri

Avropa Şurasının üzvləri

2022-ci ildə Avropa Şurasının üzvlərinin sayı 46 dövlətdir.[4]

  • Belçika Belçika (1949)
  • Danimarka Danimarka (1949)
  • Fransa Fransa (1949)
  • İrlandiya İrlandiya (1949)
  • İtaliya İtaliya (1949)
  • Lüksemburq Lüksemburq (1949)
  • Niderland Niderland (1949)
  • Norveç Norveç (1949)
  • İsveç İsveç (1949)
  • Böyük Britaniya Birləşmiş Krallıq (1949)
  • Yunanıstan Yunanıstan (1949)
  • Türkiyə Türkiyə (1949)
  • İslandiya İslandiya (1950)
  • Almaniya Almaniya (1950)
  • Avstriya Avstriya (1956)
  • Kipr Kipr (1961)
  • İsveçrə İsveçrə (1963)
  • Malta Malta (1965)
  • Portuqaliya Portuqaliya (1976)
  • İspaniya İspaniya (1977)
  • Lixtenşteyn Lixtenşteyn (1978)
  • San-Marino San Marino (1988)
  • Finlandiya Finlandiya (1989)
  • Macarıstan Macarıstan (1990)
  • Polşa Polşa (1991)
  • Bolqarıstan Bolqarıstan (1992)
  • Estoniya Estoniya (1993)
  • Litva Litva (1993)
  • Sloveniya Sloveniya (1993)
  • Çexiya Çex Respublikası (1993)
  • Slovakiya Slovakiya (1993)
  • Rumıniya Rumıniya (1993)
  • Andorra Andorra (1994)
  • Latviya Latviya (1995)
  • Moldova Moldova (1995)
  • Albaniya Albaniya (1995)
  • Ukrayna Ukrayna (1995)
  • Şimali Makedoniya Şimali Makedoniya (1995)
  • Rusiya Rusiya (1996, 2022-ci ildə qovuldu)
  • Xorvatiya Xorvatiya (1996)
  • Gürcüstan Gürcüstan (1999)
  • Ermənistan Ermənistan (2001)
  • Azərbaycan Azərbaycan (2001)
  • Bosniya və Herseqovina Bosniya və Herseqovina (2002)
  • Serbiya Serbiya (2003)
  • Monako Monako (2004)
  • Monteneqro Monteneqro (2007)
Avropa Şurası yanında müşahidəçi dövlətlər
  • Kanada Kanada
  • Vatikan Vatikan
  • Yaponiya Yaponiya
  • Meksika Meksika
  • ABŞ ABŞ
  • İsrail İsrail

Həmçinin bax

  • Avropa Birliyi
  • Avropa Ali Maliyyə Məhkəməsi
  • Avropa Zirvəsi
  • Avropa Məhkəməsi
Vikianbarda Avropa Şurası ilə əlaqəli mediafayllar var.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Atlantik okean

  • Fevral 10, 2026

    Mərakeş burnu

  • Fevral 10, 2026

    Şərq

  • Fevral 10, 2026

    Ural çayı

  • Fevral 10, 2026

    Xəzər

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - All rights reserved.
Copyright: Dadash Mammadov
Üst