Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Attu adası (ing. Attu Island, aleut. Atan) — Aleut adaları arxipelaqına daxil olan Near adaları qrupunun ən qərb və ən böyük adası. İnzibati cəhətdən bütün Aleu

Attu adası

  • Ana Səhifə
  • Vikipediya
  • Attu adası

Attu adası (ing. Attu Island, aleut. Atan) — Aleut adaları arxipelaqına daxil olan Near adaları qrupunun ən qərb və ən böyük adası. İnzibati cəhətdən bütün Aleut adaları kimi o da ABŞ-nin Alyaska ştatının bir hissəsidir.

Attu adası
ing. Attu Island
Ümumi məlumatlar
Sahəsi 892,8 km²
Uzunluğu
  • 56.327,04 m
Eni 32.186,88 m
Hündür nöqtəsi 897,9 m
Əhalisi 0 nəfər (2000-ci il)
Yerləşməsi
52°54′08″ şm. e. 172°54′33″ q. u.HGYO
Ölkə  ABŞ
Ştat
  • Alyaska
Akvatoriya
  • Sakit okean
Attu adası xəritədə
Attu adası
Attu adası
Attu adası xəritədə
Attu adası
Attu adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiya

Attu Alyaskanın və bütün ABŞ-nin ən qərb nöqtəsidir. Adadan Kamçatkaya (Afrika burnu) ən qısa məsafə 690 km, Alyaskanın materik hissəsinə qədər olan məsafə 1534 km-dir. Attu təxminən 66 km uzunluğa və 28 km enə malikdir. Sahəsi 892.795 km²-dir.

Tarix

Brokhauz və Efronun ensiklopedik lüğətinin məlumatına görə, Attu adasını 1745-ci ildə Evdokim gəmisi ilə oraya gələn Mixail Vasilyeviç Nevodçikov kəşf edib. Bununla belə daha müasir araşdırmalara görə, ada 1742-ci ildə Vitus Berinqin İkinci Kamçatka ekspedisiyası zamanı kapitan-komandir Aleksey Çirikov tərəfindən kəşf edilmişdir ("yerini dəqiq aydınlaşdırmışdır").

1772-ci ildə Potap Zaykov "Müqəddəs Vladimir" gəmisində Oxotskdan Kamçatkaya dəniz yolu ilə səyahət edir. Vorovskaya çayının ağzında qışladıqdan sonra, gələn il çayların buzu açıldıqdan sonra İkinci Kuril boğazına doğru üzür. Həmin ilin iyulunda Mednı və Attu adalarına çatır, Potap Zaykov onların təbiətini təsvir edir.

Ada yenidən 1817–1819-cu illərdə Kamçatka gəmisində 2-ci dərəcəli kapitan Vasili Qolovnin tərəfindən ekspedisiya zamanı tədqiq edilir.

1942-ci ilin iyununda Attu adası, qonşu Kiska adası kimi, yaponlar tərəfindən tutulur.

Əhali

Adadakı yeganə yaşayış məntəqəsi 2010-cu ilə qədər əhalisi təxminən 20 nəfər olan Attu-Steyşen idi. Onların hamısı LORAN ötürücüsünün texniki xidmətində iştirak edirdi. 2010-cu ilin avqustunda LORAN-ın bağlanması səbəbindən qəsəbə tamamilə boşaldılmışdır.

İkinci Dünya müharibəsindən əvvəl adada (Çiçaqov körfəzində) "bir neçə onlarla sakini" və "rus adları, soyadları olan" kənd, həmçinin pravoslav kilsəsi var idi. Digər kiçik yaşayış məntəqələri də olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Attu adası haqqında məlumat. Attu adası nədir? Attu adası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fauna

  • Fevral 27, 2026

    Benzin

  • Fevral 27, 2026

    Windows Vista

  • Fevral 27, 2026

    Baraban

  • Fevral 27, 2026

    Ultranasionalizm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst