Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Asklepi (yun. Ἀσκληπιός, kəsib yaran, lat. Aesculapius) — qədim yunan mifologiyasına görə təbib, təbabət tanrısı. Tanrı Apollon və çariça Koronidin oğlu. Adətən

Asklepi

  • Ana Səhifə
  • Vikipediya
  • Asklepi

Asklepi (yun. Ἀσκληπιός, kəsib yaran, lat. Aesculapius) — qədim yunan mifologiyasına görə təbib, təbabət tanrısı. Tanrı Apollon və çariça Koronidin oğlu. Adətən əsaya dolanmış ilanla təsvir edilir. İnsan kimi dünyaya gəlmiş, sonradan yüksək təbabət bilicisi olduğu üçün ölməzliyə, tanrı rütbəsinə layiq görülmüşdür.

Asklepi
Mifologiya Yunan
Adının izahı Kəsib yaran
Yunanca adı Ἀσκληπιός
Latınca adı Aesculapius
Cinsi kişi[d]
Atası Apollon
Anası Koronid
Uşaqları Qızları:Higeya, Panakeya, İaso
Oğlanları:Telesfor, Podaliriy, Maxaon
Atributlar Əsaya (çomağa) dolanmış ilan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Doğulması

Əfsanəyə görə Asklepi Apollonun çar Flegiyanın qızı çariça Koroniddən olan oğludur. İsxiyə nişanlı olmasına baxmayaraq Apollondan Asklepiyə hamilə qalan Koronid bu halından çox utanaraq heç kimə heç nə deməməyi qərara alır. Toy günü İsxiyə evlənmə xəbərini ağ qarğa uçub Delfə gələrək Apollona çatdırır. Qarğanın ona gətirdiyi bu xəbərdən qəzəblənən Apollon oxu ilə İsxini öldürür və bacısı Artemidaya Koronidi öldürməyi tapşırır. Koronid və qarğanı (rəvayətə görə əvvəllər lələkləri ağ olan qarğalar alovun hisindən qaralaraq indiki rəngini alır.) oda atırlar. Apollon (ya da Hermes) alovun içindən Asklepini xilas edərək onu Pelion dağına gətirərək böyütmək və tərbiyəsi ilə məşğul olması üçün kentavr Xirona verir.. Sokrata görə Asklepinin valideynləri məlum deyildir. O, atılmış halda ovçu tərəfindən tapılmış, it südü ilə əmizdirilmiş və sonra Xirona verilmişdir. Təbabətin sirlərini o, Xirondan öyrənmişdir..

Təbibliyi

Kentavr Xirondan təbabətin sirlərini öyrənən Asklepi tezliklə Yunanıstanda məşhurlaşır. Dörd bir tərəfdən onun yanına xəstələr çarə tapmaq üçün gəlirlər. Yunanlar Asklepini qədimdə qəhrəmanlara aid etsələr də, sonrakı dövrlərdə ona təbabət tanrısı kimi sitayiş etmişlər. Asklepinin ölüləri diriltmək bacarığına malik olması onun Persey tərəfindən başı kəsilmiş Qorqona Meduzanın insanları həm diriltmək, həm də öldürmək gücünə malik qanına yiyələnməsilə izah edilir.

Ölümü

Asklepi elmi sayəsində ölüləri diriltmək qabiliyyəti əldə edir. Beləliklə də yer üzündə insanlar ölməzlik əldə etmiş olduqlarından daha ölmürlər. O buna Afinadan aldığı Qorqona Meduzanın bədəninin sağ tərəfinin qanı hesabına nail olurdu.. Ölüm tanrısı Tanatos bundan narahat olub Zevsə Asklepinin dünya qaydalarını pozmasından şikayət edir. Zevs də onunla razılaşır ki, insanlar da tanrılar kimi ölməz olsalar onda onlardan seçilməzlər və o, çaxdırdığı ildrımla onu öldürür. Lakin Asklepi tale ilahələri moyraların köməyi ilə dirilərək geri dönür və ölməz təbabət tanrısına cevrilir.

Övladları

Qızları: Higeya (sağlamlıq), Panaseya (dəva-dərman, əlac), İaso (müalicə)
Oğlanları: Telesfor, Podaliri, Maxaon

Oğlanları Telesfor və Maxaon Troya müharıbəsində həm döyüşçü, həm də təbib kimi iştirak etmişdilər.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Asklepi haqqında məlumat. Asklepi nədir? Asklepi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zeynal Cabbarzadə

  • Fevral 27, 2026

    Ervin Şredinger

  • Mart 01, 2026

    Mila Kunis

  • Fevral 27, 2026

    Vaşinqton bayrağı

  • Fevral 27, 2026

    İqlim dəyişiklikləri

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst