Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əfəndiyev Asif Qasım oğlu və ya bilinən adı ilə Asif Ata (İnam Ata) — Azərbaycanlı fəlsəfəçi və ya Azərbaycan filosofu, ədəbi tənqidçi, “Mütləqə İnam” (fəlsəfəs

Asif Ata

  • Ana Səhifə
  • Vikipediya
  • Asif Ata

Əfəndiyev Asif Qasım oğlu və ya bilinən adı ilə Asif Ata (İnam Ata) — Azərbaycanlı fəlsəfəçi və ya Azərbaycan filosofu, ədəbi tənqidçi, “Mütləqə İnam” (fəlsəfəsinin) təliminin yaradıcısı.

Asif Ata
Doğum tarixi 25 sentyabr 1935(1935-09-25)
Doğum yeri
  • Çaykənd, Ermənistan
Vəfat tarixi 6 iyun 1997(1997-06-06) (61 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Maksim Qorki adına Ədəbiyyat İnstitutu
Fəaliyyəti filosof, universitet müəllimi[d]

Mündəricat

Həyatı

Əfəndiyev Asif Qasım oğlu 1935-ci il sentyabrın 25-də Ermənistan SSR-in Çəmbərək (Krasnoselsk) rayonunun Çaykənd kəndində, müəllim ailəsində anadan olmuşdur. Əslən Qaraqoyunlu soyundandır. Babaları ruhani olub. İlk təhsilini doğulduğu kənddə almış, orta təhsilini Gəncə şəhərində davam etdirmiş, 1951-ci ildə Ağstafa şəhərində başa vurmuşdur.

Mətbuatda ilk dəfə 1952-ci ildə "Azərbaycan pioneri"ndə dərc olunan "Məktəb xatirələri" şeiri ilə çıxış etmişdir. 1952-1957-ci illərdə Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub.

M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda, Azərbaycan Dillər Universitetində, Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində Qərb ədəbiyyatı, rus ədəbiyyatı, estetika, fəlsəfə, incəsənət tarixi fənlərindən mühazirələr oxuyub. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir (1969-1975).

1975-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetində “Etik və Estetik Tərbiyə Klubu”nu yaradıb və iki ildən artıq fəaliyyət göstərən klubun toplantılarında mühazirələr deyib. Kluba tez bir zamanda Azərbaycanın toplantılarına bölgələrdən də qatılanlar çoxalıb. Bundan sonra universitet rəhbərliyi klubun fəaliyyətini qadağan edir. Məcbur olub toplantılarını “Bilik” cəmiyyətində davam etdirir.

1978-ci ilin noyabrından klub Ocağa çevrilir, onun sədri Asif Əfəndiyev isə ardıcılları tərəfindən Asif (və ya İnam) Ata adlandırılır. Ocaq tarixi isə 1979-cu il mart ayının 1-dən hesablanır. 1982-ci ildə Asif Atanın “Mütləqə İnam Ocağı” basqılara məruz qalır və qapadılır. A. Ata özü işdən və məcburən üzv olduğu Kommunist Partiyasından çıxarılır, ailəsi dağılır. Həmin ildən başlayaraq Ocaq bir neçə il gizli fəaliyyət göstərir.

Asif Ata təqib illərində kitablarını yazır, yaratdığı “Mütləqə İnam Dünyabaxışı”nı təkmilləşdirir, xalq içərisində olur, görüşlər keçirir. Onun “dünyabaxışını” əhatə edən əsərləri 44 kitabdan ibarətdir ki, “Mütləqə İnam Ocağı” sonradan onu “On Kutsal Bitiq”də bir araya gətirib.

Asif Ata 1997-ci ildə vəfat edib və Beyləqan rayonunda dəfn edilib. Məzarı Ağstafadadır.

Tənqidi

Azərbaycanlı araşdırmaçı yazar Güntay Gəncalp sovet dönəmində Azərbaycan alim və yazıçılarının Orta əsrlər hürufi şairi İmadəddin Nəsimi haqda yazdıqlarını tənqid edərkən Asif Əfəndiyevin hürufiliyin "Cavidannamə", "Nomnamə", "Məhəbbətnamə", "Məhrəmnamə" kimi əsərlərindən xəbəri olmadığını qeyd edir: “Asif Əfəndiyevin Nəsimi haqqında yazdığı “fəlsəfi” fikirlərinin Nəsimi yaradıcılığı ilə heç bir əlaqəsi yoxdur. O, ortaya qoyduğu dünyagörüşünün izini tarixdə ararkən Nəsimini də ateist kimi təqdim etmişdir. Bu tarixi olayların və şəxslərin, özəlliklə Nəsimi haqqında söylədiklərinin tarixi gerçəkliklə heç bir əlaqəsi olmamış, bunlar onun xəyal dünyasının məhsulu olmuşdur. Asif Əfəndiyevin Nəsiminin şeirləri üzərinə yazdığı yazılar təhrifdən başqa bir şey deyildir.”

Azərbaycanlı yazar Şəlalə Göytürk Niaqara “Asif Ata - Hegelçiliyin milli improvizasiyası” adlı yazısında Asif Atanın olduqca təzadlı və mücərrəd düşüncəli bir şəxs olduğunu qeyd edir: “Asif Atanın düşüncələrində alman filosofu Hegelin izləri aydın görünür. Amma Hegeldən fərqli olaraq, Ata öz ideyalarını sistemli, konseptuallaşmış formada deyil, şairanə intonasiya ilə, hətta populist şüarlarla təqdim edir… Ümumilikdə, Atanın fəlsəfəsi mücərrəd və qarışıq təsir bağışlayır… Hegelin mütləq ideya konsepsiyasında hər şey nəzəri şəkildə, kateqorik sistemlə izah edilib. Asif Atada isə bu elmilik, daha doğrusu, konseptuallıq, dəqiqlik yoxdur…”

Kitabları

Mənbə

  1. Müdriklik səlahiyyəti. Bakı. Azərnəşr, 1976, 192 səh.
  2. İnam və şübhə. Bakı. Yazıçı, 1988, 172 səh.
  3. Mütləqə inam. Bakı. Yazıçı, 1999, 300 səh.
  4. Yol. Ata sözü. Bakı. Örnək, 1994, 87 səh.
  5. Siyasətdən üstün. Bakı. Nərgiz, 1999, 26 səh.
  6. Təməl. Bakı. Örnək, 1999, 43 səh.
  7. Həqiqət azadlığı - Cəfəngiyyat əsarəti. Bakı. Örnək, 2000, 23 səh.
  8. İnsanilik imkanı. Bakı. Örnək, 2000, 28 səh.
  9. Mahiyyət. Bakı. Örnək, 2000, 23 səh.
  10. Mütləqilik. Bakı. Örnək, 1999, 78 səh.
  11. Bədiiyyat. Bakı. Adiloğlu, 2006, 52 səh
  12. Uluyurd aqibəti – Bütöv Azərbaycan. Bakı. Adiloğlu, 2007, 295 səh.
  13. Kutsal Öyrəti. Bakı. Adiloğlu, 2010, 112 səh.
  14. On Kutsal Bitiq – I cild. Bakı. Qanun, 2010, 322 səh.
  15. On Kutsal Bitiq – II cild. Bakı. Qanun, 2010, 182 səh.
  16. On Kutsal Bitiq – III cild. Bakı. Qanun, 2011, 360 səh.
  17. On Kutsal Bitiq – IV cild. Bakı. Qanun, 2012, 232 səh.
  18. On Kutsal Bitiq – V cild. Bakı. Qanun, 2013, 472 səh.
  19. On Kutsal Bitiq – VI cild. Bakı. Qanun, 2014, 128 səh.
  20. "İnam və Şübhə" Bakı. Gənclik, 2014, 160 səh.

Həmçinin bax

  • Müşfiq Ötgün

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, asif ata sözünün mənası, asif ata haqqında məlumat. asif ata nədir? asif ata nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Makarska

  • Mart 01, 2026

    Donato Bramante

  • Mart 01, 2026

    Hindistanın parçalanması

  • Mart 01, 2026

    Çörək qiyamları

  • Mart 01, 2026

    Hun türkcəsi

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst