Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Makarska — Xorvatiyanın Adriatik dənizi sahilində, bölgənin ən böyük şəhəri olan Splitdən 60 km cənub-şərqdə yerləşən bir turizm şəhəridir. Makarskanın əhalisi

Makarska

  • Ana Səhifə
  • Vikipediya
  • Makarska

Makarska — Xorvatiyanın Adriatik dənizi sahilində, bölgənin ən böyük şəhəri olan Splitdən 60 km cənub-şərqdə yerləşən bir turizm şəhəridir. Makarskanın əhalisi 13,834 nəfərdir.

Makarska
Makarska
43°17′35″ şm. e. 17°01′12″ ş. u.HGYO
Ölkə
  •  Xorvatiya
Tarixi və coğrafiyası
Sahəsi
  • 37,8 km²
  • 26 km²
Mərkəzin hündürlüyü 0 m
Saat qurşağı
  • UTC+01:00
Əhalisi
Əhalisi
  • 13.301 nəf. (2021)
Rəqəmsal identifikatorlar
Telefon kodu +385 021
Poçt indeksi 21300
Nəqliyyat kodu MA
Digər
makarska.hr
Xəritəni göstər/gizlə
Makarska xəritədə
Makarska
Makarska
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Arxeoloji qazıntıların göstərdiyi kimi, dənizdən iki burunla etibarlı şəkildə qorunan körfəzin sahillərində yerləşən yaşayış məntəqəsi Roma dövründən mövcud olmuşdur. Lakin yerli knyazların qüdrəti tezliklə zəifləməyə başladı. Bir neçə əsr ərzində bu torpaqlar uğrunda yerli və bosniyalı knyazlar, macar-xorvat kralları və Venesiya dəyişkən uğurla mübarizə aparmışlar. XV–XVI əsrlərdə isə Makarska ətrafındakı torpaqlar yenidən mübarizə meydanına çevrildi — bu dəfə Venesiya ilə Osmanlı imperiyası arasında.

Türklər yaşayış məntəqəsini XVI əsrin ortalarında ələ keçirmiş və onu 100 ildən artıq müddətdə nəzarətdə saxlamışlar. Bu dövrdə şəhər sahilin Venesiya hücumlarını dəf edən əsas möhkəmləndirilmiş qalalarından birinə çevrilmişdir.

1646-cı ildə bölgə yenidən venesiyalıların nəzarətinə keçmiş, 1681-ci ildə isə Makarska rəsmi şəkildə Venesiyaya birləşdirilmişdir. Sonrakı 100 il ərzində Venesiyanın hakimiyyəti dövründə şəhər xeyli böyümüş və Dalmasiyanın əsas mərkəzlərindən birinə, bir çox dəniz və quru ticarət yollarının qovuşduğu mühüm nöqtəyə çevrilmişdir.

1797-ci ildə Kampo-Formio sülh müqaviləsinə əsasən Makarska, bütün Xorvatiya kimi, Avstriyaya birləşdirildi. Qısa müddətli fransız hakimiyyətindən sonra isə 1813-cü ildə yenidən Avstriya tacının tabeliyinə keçdi. 1914-cü ildə burada istirahətçilər üçün ilk otel açıldı, lakin Makarska Rivyerasının kurort zonası kimi əsl yüksəlişi XX əsrin 70-ci illərində başladı.

1990-cı ildə Yuqoslaviyanın dağılmasından sonra Makarska və Makarska Rivyerası müstəqil Xorvatiyanın tərkibinə daxil olmuşdur. Dubrovnikdən və Xorvatiyanın Dalmasiya bölgəsindəki bir çox digər şəhərlərdən fərqli olaraq, şəhər 1990-cı illərin vətəndaş müharibələri zamanı ciddi zərər görməmişdir. Müharibə başa çatdıqdan sonra şəhər və bölgənin turizm sənayesi sürətlə inkişaf etməyə başlamışdır.

Qardaş şəhərlər

  • Xorvatiya Dyakоvо, Xorvatiya
  • Xorvatiya Stari-Qrad, Xorvatiya
  • Xorvatiya Vуkоvаr, Xorvatiya
  • Şimali Makedoniya Kavadarçi, Şimali Makedoniya
  • Monteneqro Budva, Monteneqro
  • Bosniya və Herseqovina Sarayevo, Bosniya və Herseqovina
  • Bosniya və Herseqovina Travnik, Bosniya və Herseqovina
  • Sloveniya Maribor, Sloveniya
  • Çexiya Znojmo, Çexiya

Qalereya

  • Makarska körfəzi
    Makarska körfəzi
  • Makarskada küçə
    Makarskada küçə
  • Makarska limanı
    Makarska limanı
  • Franjo Tudman abidəsi
    Franjo Tudman abidəsi
  • Makarska mərkəzi şəhəri
    Makarska mərkəzi şəhəri

Həmçinin bax

  • Xorvatiya
  • Xorvatiya şəhərləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, makarska sözünün mənası, makarska haqqında məlumat. makarska nədir? makarska nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Min (mifologiya)

  • Fevral 27, 2026

    YUNESCO

  • Mart 07, 2026

    Qılınclı (Kəlbəcər)

  • Fevral 27, 2026

    69 (ədəd)

  • Fevral 24, 2026

    Budaq Budaqov

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst