Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arzuxan Əlizadə (18 mart 1965, Bakı) — Azərbaycanlı ictimai-siyasi xadim, Milli Məclisinin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının V sədri, Azərbaycan

Arzuxan Əlizadə

  • Ana Səhifə
  • Vikipediya
  • Arzuxan Əlizadə

Arzuxan Əlizadə (18 mart 1965, Bakı) — Azərbaycanlı ictimai-siyasi xadim, Milli Məclisinin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının V sədri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü, Azərbaycan Respublikasının Milli Məclisi VII çağırış deputatı.

Arzuxan Əlizadə
VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Vəzifədədir
23 sentyabr 2024-cü ildən
    Seçki dairəsi2024 — 27 saylı Sabunçu ikinci seçki dairəsi
    Əvvəlki Əliabbas Salahzadə
    Azərbaycan Milli İstiqlal Partiyasının V sədri
    Vəzifədədir
    16 avqust 2020-ci ildən
      ƏvvəlkiArzuxan Əlizadə (özü)
      Azərbaycan Milli İstiqlal Partiyasının müvəqqəti sədri
      27 oktyabr 2015 – 16 avqust 2020
      ƏvvəlkiYusif Bağırzadə
      SonrakıArzuxan Əlizadə (özü)
      Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
      2005 – 2006
      Təmsil etdiyiAzərbaycan Milli İstiqlal Partiyası
      ƏvvəlkiYusif Bağırzadə
      Şəxsi məlumatlar
      Doğum tarixi 18 mart 1965(1965-03-18) (60 yaş)
      Doğum yeri
      • Bakı, Azərbaycan SSR, SSRİ
      Partiya Azərbaycan Milli İstiqlal Partiyası
      Təhsili
      • Bakı Dövlət Universitetinin Hüquq fakültəsi (1986–1992)
      Fəaliyyəti siyasətçi

      Mündəricat

      Həyatı

      Arzuxan Baxşəli oğlu Əlizadə 18 mart 1965-ci ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhəri 75 saylı orta məktəbi qızıl medalla bitirib.1981–1983 və 1985–1986-cı illərdə Bakı şəhəri, Razin qəsəbə sovetində hərbi inspektor vəzifəsində işləyib. 1983–1985-ci — ci illərdə Moskva yaxınlığında ordu sıralarında hərbi xidmətdə olub. 1986–1992-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində hüquqşünas ixtisası üzrə ali təhsil alıb. 1992–1993-cü illərdə Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətində hüquqşünas, həmçinin şöbə müdiri vəzifəsini icra edib. 1993–1996-cı illərdə təsisçisi olduğu istehsalat kommersiya müəssisəsinə rəhbərlik etməklə biznes fəaliyyəti ilə məşğul olub.

      1996–2000-ci illərdə Müstəqil Vəkillər Kollegiyasının üzvü olaraq vəkillik fəaliyyəti göstərib. 2001–2006-cı illərdə Azərbaycan Beynəlxalq Universitetinin "Dövlət hüququ" kafedrasının Baş müəllimi olaraq pedoqoji fəaliyyətlə məşğul olub. Eyni zamanda 2001–2005-ci illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olaraq "Fövqəladə vəziyyət şəraitində vətəndaşların Konstitusiya ilə müəyyən olunmuş hüquq və azadlıqları" mövzusunda namizədlik üzərində işləmişdir. İnsan hüquq və azadlıqlarına dair bir sıra elmi məqalə və broşurların müəllifidir.

      Ailəsi

      Evlidir. Üç övladı, iki nəvəsi var.

      Siyasi fəaliyyəti

      Azərbaycan Xalq Cəbhəsi

      1987-ci ildə Milli Azadlıq Hərəkatına qoşulmuşdur. 1989–1991-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin (AXC) üzvü, AXC Sabunçu rayon şöbəsində dayaq dəstəsinin sədri olmuşdur.

      Azərbaycan Milli İstiqlal Partiyası

      1995-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasına (AMİP) üzv olmuşdur. 1998-ci ildə AMİP Mərkəzi Aparatında sektor müdiri,1999-cu ildə təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş.

      1998-ci ildə AMİP Mərkəzi Şurasının, 2001-ci ildə AMİP Siyasi Şurasının üzvü seçilmişdir.

      2005-ci ilin martında AMİP baş katibi seçilmiş, bir qədər sonra MSK üzvü kimi fəaliyyətə başlaması ilə əlaqədar olaraq tutduğu vəzifədən istefa vermişdir. 2010-cu ildə yenidən Partiyanın baş katibi seçilmiş, 2015-ci ilin oktyabr ayında eyni zamanda Partiyanın sədr əvəzi olaraq fəaliyyət göstərmişdir. Azərbaycan Milli İstiqlal Partiyasının 15 avqust 2020-ci il tarixli XI Qurultayında AMİP sədri seçilmişdir.

      Mərkəzi Seçki Komissiyasında

      2003-cü ildə Azərbaycan Milli İstiqlal Partiyasının namizədi olaraq Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü seçilmiş, 2005–2006-cı illərdə eyni partiyadan Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.

      Seçkilərdə

      2004, 2009 və 2014-cü il bələdiyyə seçkilərində ardıcıl üç dəfə Bakıxanov bələdiyyəsinin üzvü seçilmiş, bələdiyyənin hüquq məsələləri daimi komissiyasının sədri olmuşdur. 2024-cü il növbədənkənar parlament seçkilərində 27 saylı Sabunçu ikinci seçki dairəsindən seçkiyə qatılıb. Qələbə qazanaraq Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı seçilib.

      Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini (sədr:Sadiq Qurbanov) Regional məsələlər komitəsinin üzvüdür.

      2024-cü il oktyabrın 8-də Azərbaycan—Kamerun parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

      İdeologiyası

      Arzuxan Əlizadə özünün azərbaycançılıq, türkçülük, milliyyətçilik, dövlətçilik ideologiyasını daşıdığını bildirmişdir.

      vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arzuxan Əlizadə haqqında məlumat. Arzuxan Əlizadə nədir? Arzuxan Əlizadə nə deməkdir?

      ←Növbəti YazıƏvvəlki Yazı→
      Ən Oxunanlar - Vikipediya
      • Mart 01, 2026

        Meri Boys

      • Fevral 27, 2026

        Zoomorfizm

      • Fevral 27, 2026

        Qaradağlı (Xocavənd)

      • Fevral 27, 2026

        Həlimə Xatun

      • Fevral 28, 2026

        Ərəb Qubalı

      Trend Mahnılar
      • Fevral 24, 2026

        Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

      • Fevral 17, 2026

        Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

      • Fevral 21, 2026

        Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

      • Fevral 21, 2026

        Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

      • Fevral 25, 2026

        Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

      Studia

      • Vikipediya
      • Musiqi

      Xəbər Bülleteni Abunəliyi

      Əlaqə Saxlayın
      Bizimlə Əlaqə
      © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
      Müəllif hüquqları: Dadash Mammadov
      Üst