Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yusif Qəzənfər oğlu Bağırzadə (19 fevral 1961, Kirovabad) — hüquqşünas, politoloq, Azərbaycan Milli Məclisinin I çağırışı deputatı, Mərkəzi Seçki Komissiyasının

Yusif Bağırzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Yusif Bağırzadə

Yusif Qəzənfər oğlu Bağırzadə (19 fevral 1961, Kirovabad) — hüquqşünas, politoloq, Azərbaycan Milli Məclisinin I çağırışı deputatı, Mərkəzi Seçki Komissiyasının üzvü (2003–2006).

Yusif Bağırzadə
Azərbaycan Milli İstiqlal Partiyasının sədri
10 iyul 2010 – 27 oktyabr 2015
ƏvvəlkiFuad Muxtarov
SonrakıArzuxan Əlizadə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
13 iyun 2003 – 7 fevral 2006
Təmsil etdiyiAzərbaycan Demokrat Partiyası
Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı
12 noyabr 1995 – 5 noyabr 2000
Seçki dairəsi1995 — 33 saylı Birinci Nizami (Gəncə)
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 19 fevral 1961(1961-02-19) (65 yaş)
Doğum yeri
  • Kirovabad, Azərbaycan SSR, SSRİ
Partiya
  • bitərəf (–1998),
  • Azərbaycan Demokrat Partiyası (1998–2003),
  • Azərbaycan Milli İstiqlal Partiyası (2010–2015)
Təhsili
  • Özbəkistan Milli Universiteti
Fəaliyyəti hüquqşünas, siyasətçi

Mündəricat

Həyatı

Yusif Bağırzadə 1961-ci il fevralın 19-da Gəncə şəhərində anadan olmuşdur. Daşkənd Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus, özbək və fransız dillərini bilir.

Evlidir, 3 övladı var

Siyasi fəaliyyəti

1995-ci il noyabrın 12-də 33 saylı Birinci Nizami (Gəncə) seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyası sədrinin müavini olmuşdur.

1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü. 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir. Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.

Birləşmələrin ardınca partiya güclənmiş və partiyaya siyasi axın başlamışdır. Belə ki, partiyanın rəsmi dövlət qeydiyyatı olmamasına baxmayaraq Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatlarından 31 saylı Birinci Kəpəz (Gəncə şəhəri) seçki dairəsindən seçilmiş Şamil Yusifov, 58 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmiş Akif Şahbazov, 85 saylı Samux-Goranboy seçki dairəsindən deputat seçilmiş Solmaz Ələsgərova, 100 saylı Şəmkir kənd seçki dairəsindən deputat seçilmiş Mahir Əsədov və Yeni Azərbaycan Partiyasının proposional sistem üzrə siyahısı üzrə deputat seçilmiş Zəminə Dünyamalıyeva mənsub olduqları hakim Yeni Azərbaycan Partiyasından istefa verərək Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur. Onlarla bərabər 33 saylı Birinci Nizami seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Yusif Bağırzadə və iyul 1996-cı ildə keçirilən təkrar seçkilərlə seçilmiş bitərəf deputat Umar Əfəndiyev də Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.

O, 2000-ci il parlament seçkilərində deputatlığa namizəd olmuşdur.

2003-cü il prezident seçkilərindən öncə yenidən təşkil olunan Mərkəzi Seçki Komissiyasının tərkibinə parlamentdənkənar siyasi partiyaların da iştirakının təmini səbəbi ilə Azərbaycan Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Müsavat Partiyası tərəfindən üzvlər irəli sürülmüşdür. Azərbaycan Demokrat Partiyası tərəfindən əsas üzvlüyə Yusif Bağırzadə təqdim olunmuşdur. 13 iyun 2003-cü ildə təqdim olunan üzvlər təsdiqlənmiş və Yusif Bağırzadə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir. 2005-ci il seçkilərindən sonra səlahiyyətləri sona çatsa da yeni tərkib 7 fevral 2006-cı ildə seçilmişdir.

Daha sonra Yusif Bağırzadə bitərəf olaraq siyasətə davam etmişdir.

2010-cu il aprelin 9-da Azərbaycan Milli İstiqlal Partiyasına üzv qəbul olunub. Yusif Bağırzadə Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmaq üçün Siyasi Şuraya özü müraciət etmişdir. Sabiq deputatın partiyaya qəbulu haqda qərar Siyasi Şuranın iclasında yekdilliklə çıxarılıb.

2010-cu ilin 10 iyul tarixində Azərbaycan Milli İstiqlal Partiyasının X Qurultayında Yusif Bağırzadə partiya sədri seçilmişdir. 27 oktyabr 2015-ci ildə parlament seçkilərinə 5 gün qalmış sədr postundan və partiyadan istefa verən Yusif Bağırzadə siyasətdən getdiyini elan etmişdir.

Yusif Bağırzadə 2010-cu il parlament seçkilərində Azərbaycan Milli İstiqlal Partiyası sədri və namizədi olaraq 39 saylı Kəpəz (Gəncə) seçki dairəsi üzrə deputatlığa namizəd olmuş və 4495 səs (24.7%) toplayaraq Yeni Azərbaycan Partiyası namizədi Xanlar Fətiyevin ardınca seçkiləri ikinci sırada tamamlamışdır. Yusif Bağırzadə 2015-ci il parlament seçkilərində yenidən deputatlığa namizəd olmuşdur.

23 dekabr 2023-cü ildə keçirilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası iclasından sonra sədr Məzahir Pənahov prezidentliyə namizədliklə bağlı komissiyaya daha 8 müraciətin daxil olduğunu bildirmişdir. Kütləvi informasiya vasitələrində bu şəxslərdən birinin də Yusif Bağırzadə olduğu məlum olmuşdur 26 dekabr 2023-cü ildə keçirilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası iclasında Yusif Bağırzadə daxil 8 nəfərin namizədliyi qeydə alınmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yusif Bağırzadə haqqında məlumat. Yusif Bağırzadə nədir? Yusif Bağırzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kip Torn

  • Fevral 27, 2026

    Uşaq

  • Mart 01, 2026

    Lindl.

  • Fevral 27, 2026

    Uçan balıqlar

  • Fevral 27, 2026

    Qala qoyunu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst