Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Artsak (erm. Արցախ) — Ermənistan bəstəkarı Ara Gevorkyanın 1999-cu ildə "Ani" albomunda yayımlanmış instrumanetal xalq musiqisi. Yayımlanmasından qısa müddət so

Artsak (mahnı)

  • Ana Səhifə
  • Vikipediya
  • Artsak (mahnı)

Artsak (erm. Արցախ) — Ermənistan bəstəkarı Ara Gevorkyanın 1999-cu ildə "Ani" albomunda yayımlanmış instrumanetal xalq musiqisi. Yayımlanmasından qısa müddət sonra, mahnı Ermənistanda məşhurlaşmışdır. Musiqi kompozisiyasında Fikrət Əmirovun Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşası əsaında çəkilmiş "Kor Ərəbin mahnısı" filmi üçün bəstələdiyi 4 dəqiqə 16-saniyyəlik mahnının ilk və son parçalarından istifadə olunur (melodiyanın 4-dəfə sürətləndirilmiş şəkli oranjman edilib, 25-50-ci saniyyələrində və 03:05-03:55-ci saniyyələrində). Musiqi bir çox mədəni, idman və siyasi mərasimlərdə istifadə edilmişdir. Dünyanın müxtəlif ölkələrindən fiqurlu konkisürənlər, gimnastlar və digər idmançılar da dəfələrlə bu musiqiyə müraciət etmişlər.

"Artsak
erm. Արցախ"
tərəfindən Ani albomunda ifa olunmuş mahnı
Yayımlanıb 1999
Müddət 5:35
Bəstəkar Ara Gevorkyan
Studiya Eye Records
Audio nümunəsi
musiqidən qısa parçanın səslənməsi

Mündəricat

İdmanda istifadəsi

İl İdmançı Ölkə İdman Tədbir(lər) İst
2001–02 AleksandrAbt Rusiya Rusiya Fiqurlu konkisürmə 2002 Qış Olimpiya Oyunları da daxil olmaqla, bütün idman mövsümü
2005–06 Elene Gedevanişvili Gürcüstan Gürcüstan Fiqurlu konkisürmə 2006 Qış Olimpiya Oyunları da daxil olmaqla, bütün idman mövsümü
2007 Dinarə Gimatova Azərbaycan Azərbaycan Gimnastika 2007 Ribbon AA Deriugina Kuboku
2007-08 Vazgen Azroyan
Anastasiya Qrebenkina
Ermənistan Ermənistan Fiqurlu konkisürmə orijinal rəqs
2008 Aliyə Yussupova Qazaxıstan Qazaxıstan Gimnastika
2009 Holon Israel İsrail İsrail Fiqurlu konkisürmə
2009 Vic Darçinyan Ermənistan Ermənistan Boks Giriş musiqisi
2010 Dou Baobao Çin ÇXR Gymnastics 2010 Korbeyl-Essonn Beynəlxalq Ritmik Gimnastika Yarışı
2010 Marta Koczkovska Polşa Polşa Gimnastika 2009 Korbeyl-Essonn Beynəlxalq Ritmik Gimnastika Yarışı
2010 Corco Petrosyan İtaliya İtaliya Kikboksinq Giriş musiqisi
2013 Viktoriya Murs Kanada Kanada Gimnastika 2013 AT&T Amerika Kuboku
2013 Geqard Musasi Niderland Niderland Kikboksinq Giriş musiqisi
2014 Süzanna Kentikyan Almaniya Almaniya Gimnastika Giriş musiqisi
2016 Seda Tutxalyan Rusiya Rusiya Gimnastika 2016 Yay Olimpiya Oyunları da daxil olmaqla, bütün idman mövsümü

Digər

  • Ermənistan Ermənistan Pan-Armenian Oyunları
  • Rusiya Rusiya Pervıy kanalda yayımlanan "Buz dövrü" adlı televiziya şousunda müğənni Aleksandra Savaleva və Rusiyada doğulmuş İsrail fiqurlu konkisürəni Sergey Saxnovski bu musiqinin sədaları altında çıxış etmişlər.
  • ABŞ ABŞ 2017-ci ildə National Geographic Channel tərəfindən çəkilmiş “Hidden Cities Revealed: Baku” sənədli filmində (43-44-cü dəq.) istifadə edilib.

Qalmaqal

2007-ci ildə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Artsak" mahnısında Azərbaycan musiqisindən istifadə edilməsini bildirmişdir. Ara Gevorkyan bu iddiaya cavab verərək, mübahisənin Rusiyanın Pervıy kanalında yayımlanan "Lednikoviy period" teleşousunun epizodlarından birində baş vermiş qarışıqlıqla əlaqəli olduğunu bildirmişdir. Belə ki, şouda müğənni Aleksandra Savaleva və Rusiyada doğulmuş İsrail fiqurlu konkisürəni Sergey Saxnovskinin çıxışı zamanı Ermənistan bəstəkarı Ara Gevorkyanın musiqisi səslənəcəyi elan edilsə də, Azərbaycan bəstəkarı Tofiq Quliyevin "Sənə də qalmaz" mahnısı səsləndirilmiş və yalnız bundan sonra Gevorkyanın "Artsak" mahnısından kiçik hissə əlavə edilmişdir.

2017-ci ildə Azərbaycanda dərs ilinin başlanması ilə əlaqədar Masazırda yerləşən 3 saylı orta məktəbdə təşkil olunmuş mərasimdə şagirdlər Ara Gevorkyanın “Artsax” əsəri ilə xüsusi rəqs kompozisiyası təqdim ediblər. Məktəb rəhbərliyinə etiraz edilməsi zamanı, mahnının Fikrət Əmirovun “Qarabağ mirvarisi” adlı əsəri olduğu iddia olunub, lakin Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi və bəstəkarın oğlu Cəmil Əmirov, Fikrət Əmirovun belə bir əsərinin olmadığını və iddianın yalan olduğunu bildiriblər.

Qeydlər

  1. Musiqinin istifadə edildiyi bəzi tədbirlərə nümunə:
    • Video of Raffi Hovannisian's rally — YouTube platformasında during the 2013 Armenian presidential election protests.
      • Video — YouTube platformasında of a large joint rally by Prosperous Armenia, Armenian National Congress, and Heritage parties in October 2014.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Artsak (mahnı) haqqında məlumat. Artsak (mahnı) nədir? Artsak (mahnı) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Maxis

  • Fevral 27, 2026

    Yırtıcılar

  • Fevral 27, 2026

    Məscidül-Nəbi

  • Fevral 27, 2026

    Şoranlıq

  • Fevral 27, 2026

    Buvaysar Saytiyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst