Arlinqton (ing. Arlington) — ABŞ-nin şəhər dairəsi, ABŞ paytaxtı Vaşinqtonun ətrafı, Potomak çayının sağ sahilində yerləşir. Əhalisi — 209,300 nəfər. Federal hökumətin qurumlarına sahibdir; ABŞ ordusu - Pentaqon, çap sənayesi, geofiziki alətlər və tikinti materialları istehsalı burada yerləşir.
| Qraflıq | |||||
| Arlinqton | |||||
|---|---|---|---|---|---|
| Arlington County | |||||
| |||||
| |||||
| 38°52′49″ şm. e. 77°06′30″ q. u.HGYO | |||||
| Ölkə | ABŞ | ||||
| Daxildir | Virciniya | ||||
| Tarixi və coğrafiyası | |||||
| Yaradılıb | 9 iyul 1846-cı il | ||||
| Sahəsi | 67 km² | ||||
| Hündürlük | 80 m, 80 m | ||||
| Saat qurşağı | |||||
| Əhalisi | |||||
| Əhalisi | 209 300 nəfər (2009) | ||||
| Əhalinin sıxlığı | 3 087 nəfər/km² | ||||
| Rəqəmsal identifikatorlar | |||||
| Telefon kodu | 703, 571 | ||||
| Rəsmi sayt | |||||
![]() | |||||
1801-ci ildən 1920-ci ilə qədər İsgəndəriyyə dairəsi adlanırdı; 1846-cı ilə qədər İsgəndəriyyə şəhəri ilə birlikdə Kolumbiya federal dairəsinin bir hissəsi idi, sonra dairə və ondan ayrılan şəhər Virciniya ştatına qaytarıldı.
Arlinqton Milli Qəbiristanlığında 1-ci və 2-ci Dünya Müharibələrində ölən əsgərlər dəfn olunub. 1931-ci ildə "Naməlum əsgər məzarı" abidəsi qoyulmuşdur. 1963-cü ildə ABŞ Prezidenti Con Kennedi, 1968-ci ildə isə onun qardaşı senator Robert Kennedi dəfn edilmişdir.
Görməli yerləri
- Pentaqon
- Dəniz Piyadasına Hərbi Abidə
Tanınmışlar
- Sandra Bullok — amerikalı aktrisa.
- Reyçel Yamaqata — amerikalı müğənni və pianoçu.
- Devid Makdauell Braun — amerikalı astronavt.
- Karl Raqls — amerikalı bəstəkar və rəssam.
- Aleksandr Oveçkin — rus xokkeyçisi.
- Oldriç Eyms — (1994-cü ilə qədər) — Mərkəzi Kəşfiyyat İdarəsi əks-kəşfiyyat bölməsinin müdiri, MKİ-nın xarici əks-nəzarət idarəsinin Sovet şöbəsinin müdiri.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arlinqton (dairə) haqqında məlumat. Arlinqton (dairə) nədir? Arlinqton (dairə) nə deməkdir?


