Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arif İmran oğlu Babayev (20 fevral 1938, Sarıhacılı, Ağdam rayonu – 1 avqust 2025, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti (1989), professor (

Arif Babayev

  • Ana Səhifə
  • Vikipediya
  • Arif Babayev

Arif İmran oğlu Babayev (20 fevral 1938, Sarıhacılı, Ağdam rayonu – 1 avqust 2025, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti (1989), professor (1996), Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının sabiq müdürü.

Arif Babayev
Ümumi məlumatlar
Doğum tarixi 20 fevral 1938(1938-02-20)
Doğum yeri
  • Sarıhacılı, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 1 avqust 2025(2025-08-01) (87 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, xanəndə, müəllim
Fəaliyyət illəri 1960-cı ildən
Janrlar muğam, xalq musiqisi
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (–1962)
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19891989 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1978
"İstiqlal" ordeni — 20082008 "Şərəf" ordeni — 20182018 "Şöhrət" ordeni — 19981998 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 20242024"Heydər Əliyev" mükafatı — 20252025
"Qızıl çinar" beynəlxalq mükafatı — 2010 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Arif Babayev – Zabul segah

Arif Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olmuşdur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib (1962). Azərbaycan Dövlət Filarmoniyasında (1963–1966), Azərbaycan Dövlət Opera və Balet Teatrında (1966) çalışıb.

O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq özünəməxsus ifaçılıq üslubu yaratmışdır. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olmuşdur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır.

Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü. Hacıbəyov "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov "Aşıq Qərib"), Camal (Ş. Axundova "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaratmışdır. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənmiş və lentə alınaraq AzTV-nin qızıl fonduna daxil olmuşdur.

1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlamışdır. Daha sonra — 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunmuşdur.

1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Milli Konnservatoriyanın Muğam kafedrasına rəhbərlik etmişdir. O, eyni zamanda Xəzər Universitetində muğam dərsi də verir.

Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxumuşdur. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir, onları böyük ifa etmişdir. Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunmuşdur.

Arif Babayev iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib. 1 avqust 2025-ci ildə vəfat edib. Birinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 yanvar 1978
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 21 mart 1989
  • "Şöhrət" ordeni — 19 fevral 1998
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
  • "İstiqlal" ordeni — 15 fevral 2008
  • "Qızıl çinar" beynəlxalq mükafatı — 10 may 2010
  • "Şərəf" ordeni — 20 fevral 2018
  • Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 20 fevral 2023
  • "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2 fevral 2024
  • Heydər Əliyev Mükafatı — 8 may 2025

Filmoqrafiya

  • Şur (film, 1967)
  • Üzeyir ömrü (film, 1981)
  • Ver sözə ehya ki... (film, 1989)
  • Havalansın Xanın səsi (film, 2001)
  • Muğam (veriliş, 2007)
  • Muğamat var olan yerdə… (film, 2009)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arif Babayev haqqında məlumat. Arif Babayev nədir? Arif Babayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Wade-Giles

  • Fevral 27, 2026

    Qərb bülbülü

  • Fevral 27, 2026

    1930-cu illər

  • Fevral 27, 2026

    Alabuqa rayonu

  • Fevral 27, 2026

    Taoizm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst