Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Areopaq (q.yun. Ἄρειος πάγος, hərfi — Aresin təpəsi) — Qədim Afinada hakimiyyət orqanı. Adını iclasların keçirildiyi Afina Akropolu yaxınlığında yerləşən Ares t

Areopaq

  • Ana Səhifə
  • Vikipediya
  • Areopaq

Areopaq (q.yun. Ἄρειος πάγος, hərfi — Aresin təpəsi) — Qədim Afinada hakimiyyət orqanı. Adını iclasların keçirildiyi Afina Akropolu yaxınlığında yerləşən Ares təpəsindən alır. Əfsanəyə görə bu təpədə Poseydonun oğlunun qanını axıtmış tanrı Aresin məhkəməsi keçirilmişdir. Esxil bu təpənin adının Afina mühasirəsi zamanı orada məskən salmış amazonkaların şərəfinə adlandırıldığını irəli sürmüşdür.

Afina Akropolundan Areopaqın görünüşü

Qəbilə-tayfa quruluşu zamanı ağsaqqallar şurası kimi fəaliyyətə başlamışdır. Tərkibi keçmiş arxontların sırasından areopaq tərəfindən seçilmiş ömürlük üzvlərdən ibarət idi. Geniş siyasi, məhkəmə və dini hakimiyyətə malik idi. 9 arxontdan ibarət idi. Əvvəlcə aristokratiyanın sonra isə oliqarxiyanın dayağı idi. Areopaqın əsas funksiyaları qanunlara riayət olunmasına nəzarət etmək və qətllə bağlı cinayət işlərini araşdırmaq idi.

Areopaqın hakimiyyətinin məhdudlaşdırılmasına demokratiyanın inkişafı zamanı başlandı. Efialtın e. ə. 462-ci ildə həyata keçirdiyi islahat nəticəsində Areopaqın əsas siyasi hakimiyyəti və nüfuzu azaldıldı, lakin qanunlara riayət olunmasına nəzarət və bəzi deini və mülki cinayətlər üzrə məhkəmə funksiyası onların səlahiyyətində saxlandı. Qədim Afinanın süqutunadək Areopaq mühüm hakimiyyət və məhkəmə orqanı kimi nüfuzunu qorudu.

Esxilin Evmenidlər faciəsində Areopaqın yaradıcısı kimi Afina göstərilir.

Areopaqdan Afinanın görünüşü

Həmçinin bax

  • Həvari Pavel

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Areopaq haqqında məlumat. Areopaq nədir? Areopaq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Federal dövlət

  • Fevral 27, 2026

    Makrin

  • Mart 01, 2026

    Pereslavl-Zalesski

  • Fevral 27, 2026

    Kəmdişlilər

  • Fevral 27, 2026

    Odessa Universiteti

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst