Makrin (lat. Marcus Opellius Macrinus; 164 və ya 165[…], Şərşal – 218[…], Kappadokiya, Mərkəzi Anadolu regionu) — Sever sülaləsinə mənsub Roma imperatoru.
| Makrin | |
|---|---|
| lat. Marcus Opellius Macrinus | |
| |
| 11 aprel 217 – 8 iyun 218 | |
| Əvvəlki | Karakalla |
| Sonrakı | Helioqabal |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 164 və ya 165[…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 218[…] (52–54 yaşında) |
| Vəfat yeri |
|
| Fəaliyyəti | siyasətçi, vəkil |
| Uşağı | |
| Ailəsi | Sever sülaləsi |
| Dini | Qədim Romada din |
Bioqrafiyası
O, Afrika mənşəli Roma imperatorlardından biridir. O, 165-ci ildə indiki Əlcəzair ərazisində dünyaya gəlib. İmperator Karakallanın ölümündən sonra özünü imperator elan etdi. İnsanların çoxu əsəbi və rəhmsiz Karakallanın ölümünə sevindiklərindən Makrinin özünü imperator elan etməsinə qarşı çıxmadılar. Makrin sələfindən fərqli olaraq özünü mərhəmətli imperator kimi göstərməyə çalışmış, hərbçilərə verilən cəzaları yüngülləşdirmişdi. Hakimiyyətə yenidən yiyələnmək istəyən Karakallanın qohumları Vari Avit Bassianı (Helioqabal) onun qeyri-qanuni oğlu olduğu söz-söhbətini yaymağa başladılar. Karakallaya sadiqliyi ilə seçilən legionerlər bu söz-söhbətlərə reaksiya verərək Helioqabalı imperator elan etdilər. Bundan sonra Makrin üçün vəziyyət olduqca pisləşdi. O, günbəgün dəstək itirməyə başladı və nəhayət düşmənləri ilə indiki Antakya ərazisində üzləşmə qərarına gəldi. 218-ci ildə baş verən döyüşdə Makrin məğlub olaraq döyüş meydanından qaçdı. Lakin bir müddət sonra düşmənləri tərəfindən yaxalanaraq öldürüldü.
Populyar mədəniyyətdə
Onu "Qladitor 2" filmində Denzel Vaşinqton canlandırmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Makrin haqqında məlumat. Makrin nədir? Makrin nə deməkdir?
