Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mollacəlilli məscidi və ya Sünnilər məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən məscid və tarix-memarlıq abidəsi.

Mollacəlilli məscidi

  • Ana Səhifə
  • Vikipediya
  • Mollacəlilli məscidi

Mollacəlilli məscidi və ya Sünnilər məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən məscid və tarix-memarlıq abidəsi.

Mollacəlilli məscidi
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir İ. Məmmədov küçəsi 5.
Tikilmə tarixi 1815
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti qəzalı
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.3892
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
40°40′57″ şm. e. 46°21′59″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında

Mollacəlilli məscidi Gəncənin Mollacəlilli məhəlləsində tikilib. Məscidinin tikilməsi ilə bağlı məlumatlar fərqlidir. Mənbələrin birinə görə məscid 1815-ci ildə tikilib. Digər mənbəyə görə isə məscid 1916-cı ildə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin və yerli camaatın köməkliyi ilə tikilib. Məsciddən sünni məzhəbindən olan müsəlmanlar istifadə etdikləri üçün bəzən "Sünnilər" məscidi də adlandırılıb. Məscid Gəncəyə xas olan üslubda qızmızı kərpicdən inşa edilib və günbəzsizdir.

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Mollacəlilli məscidi də bu dövrdə ibadətə bağlanıb, binasından əvvəlcə utilizasiya idarəsi kimi daha sonra isə Gənc Texniklər Stansiyası kimi istifadə olunub.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Hazırda məscid fəaliyyətsizdir.

Həmçinin bax

  • Mollacəlilli məhəlləsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mollacəlilli məscidi haqqında məlumat. Mollacəlilli məscidi nədir? Mollacəlilli məscidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Elmira Şahtaxtinskaya

  • Fevral 27, 2026

    Zingiberaceae

  • Fevral 27, 2026

    Xalatala

  • Fevral 25, 2026

    Suqovuşan

  • Fevral 27, 2026

    Vasili Vereşşagin

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst