Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qiymətli daşlar ta qədimdən insanları cəlb etmiş, bu daşlara maraqlı xüsusiyyətlər uydurulmuş, onların müalicəvi əhəmiyyətinə inanmışlar. Məsələn, sapfirin ilan

Qiymətli daşlar

  • Ana Səhifə
  • Vikipediya
  • Qiymətli daşlar

Qiymətli daşlar — təbiətdə nadir tapılan, gözəl xarici görünüşə malik minerallar.

Qiymətli daşlar ta qədimdən insanları cəlb etmiş, bu daşlara maraqlı xüsusiyyətlər uydurulmuş, onların müalicəvi əhəmiyyətinə inanmışlar. Məsələn, sapfirin ilanı öldürməsinə, heliotropun insanı gözə görünməz etməsinə, ametisti dilin altına qoyanda sərxoşluqdan qoruduğuna inanmışlar. Qədim Roma yazıçı və alimi Böyük Pliniy (bizim eranın 23–79-cu illər) özünün " Təbiətin tarixi" əsərində əqiq haqqında yazırdı ki, bəzən aqatda Apollon və doqquz muzanı görmək mümkündür, həm də onları "süni yolla ayırmaqla yox, təbiət elə rəng vermişdir ki, hər muzanın öz xüsusiyyətlərini təbii olaraq ayrılıqda görmək olar".

Orta Asiya alimi Biruni (973 −1050-ci illər) yazırdı: " Əgər ilanın qarşısında zümrüdü saxlasan, onun gözündən yaş axacaq, və o kor olacaqdır. Bu faktı çoxları təcrübələrinə görə təsdiq edir…".

Daşlar haqqında qədim kitablarda –"lapidariya"larda insanların ilkin məlumatları çox primitiv olmuş, inanca əsaslanmışdır. Bütün bunlara baxmayaraq, elə orada bəzi elmi fikirlərin cücərtilərini görmək olar. Misal üçün, almazı dayanıqlığın və cəsarətin, qorxmazlığın, bədbəxtliyə üstün gəlməyin simvolu kimi görürdülər. İndi bir çox insanlara məlumdur ki, almaz ən bərk metalları belə aşılaya bilir. Kvarsın əvvəllər gizli və sehrli enerjiyə malik olmasına inanırdılar. İndi biz bilirik ki, kvarsa mexaniki güc tətbiq etdikdə, onda elektrik gərginliyi yaranır ki, kvarsın bu xüsusiyyətinə görə elektrotexnikada istifadə edilir. Eləcə də kəhrəba qoruyucuları, rubinli lazeri xatırlatmaq olar.

Qədim ölkə və xalqlarda qiymətli daşların rənglərinə üstünlük verilirdi. Məsələn, Hindistanda qırmızı rəngli qiymətli daşlara üstünlük verilirdisə, qədim Misirdə yaşıl və mavi rəngli daşlara daha çox üstünlük verilirdi.

Minerallar

Minerallar
Adı Təsviri Adı Təsviri Adı Təsviri Adı Təsviri Adı Təsviri
Almaz
Yaqut
Zümrüd
Firuzə
Əqiq
Qranat
Ametist
Akvamarin
Xrizolit
Sapfir
Opal
Topaz
Xrizoberill
Aleksandrit
Turmalin

Həmçinin bax

  • Faydalı qazıntılar
  • Almaz
  • Ametist
  • Xrizoberill
  • Aleksandrit
  • Yaqut
  • Sapfir
  • Xrizolit
  • Berill
  • Zümrüd
  • Topaz
  • Akvamarin
  • Opal

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qiymətli daşlar haqqında məlumat. Qiymətli daşlar nədir? Qiymətli daşlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    İqor Dyakonov

  • Fevral 28, 2026

    Romantik film

  • Fevral 27, 2026

    Jozefina Boharne

  • Fevral 27, 2026

    Əndərun

  • Fevral 27, 2026

    Stela

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst