Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səid Məşədi Xəlil oğlu Haqverdiyev 1887-ci ildə Dilməqan şəhərində anadan olub. Mədrəsədə oxumuş, ömrünün çox hissəsini Avropa ölkələrinə səyahətdə keçirmişdir.

Səid Səlmasi

  • Ana Səhifə
  • Vikipediya
  • Səid Səlmasi
SƏİD SƏLMASİ
Səid Məşədi Xəlil oğlu Haqverdiyev
Doğum tarixi 1887
Doğum yeri İran Dilməqan
Vəfat tarixi 1909 (21–22 yaşında)
Vəfat yeri
  • Salmas, Salmas şəhristanı, Qərbi Azərbaycan ostanı, İran
Fəaliyyəti şair, yazıçı, publisist
Vikimənbənin loqosu Səid Səlmasi Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Səid Məşədi Xəlil oğlu Haqverdiyev 1887-ci ildə Dilməqan şəhərində anadan olub. Mədrəsədə oxumuş, ömrünün çox hissəsini Avropa ölkələrinə səyahətdə keçirmişdir.Osmanlı şəhərlərinə də səfərləri olmuşdur. Farsca, fransızca yaxşı savadı var imiş. Səyahət Səid Səlmasinin istər mədəni və istərsə məfkurəvi inkişafına çox böyük təsir etmişdir. Bir müddət Bakıda yaşamışdır. Vətəninə qayıtdıqdan sonra tərəqqi və mədəniyyət yolunda var qüvvəsi ilə çalışmış, öz xərci ilə Səlmasda məktəb açmış, "Şəfəq" adlı qəzet nəşr etdirmişdir. 1905-ci il inqilabı nəticəsində Cənubi Azərbaycanda əmələ gələn azadlıq hərəkatının fəal iştirakçılarından olmuşdur. Bakıda "Füyuzat" jurnalında yeni ruhda şeirlər çap etdirmişdir. Azərbaycan dilində ilk dəfə sonet yazan şairdir.1909-cu ildə Xoy şəhərinə mətbəə apararaq, orada yeni kitabların nəşrilə məşğul olmuşdur. Həmin il fevralın 24-də irticaçılar tərəfindən öldürülmüşdür.

"Ləyaliyi-iztirar", "Xiyali-mənfur" sonetlərində cəhalətdən, qəflətdən, zülmdən şikayət edən bir gəncin həsrətləri bədii təcəssümünü tapmışdır. Səid Səlmasi mütləqiyyəti, şərq cəhalətini tənqiddən başqa şeirlərinin bir qismində gələcəyə, azadlığa ümidini ifadə edir.

Məşrutə zamanında Qacar məclisinə seçilmiş nümayəndələr bu münasibətlə Təbrizdən Tehrana gedirkən, şair Azərbaycan məhbusları ilə, o cümlədən Əbdürrəhim Talıbov ilə görüşmüşdür. Bu hadisəni o şeirlərində sevinclə qələmə almışdır. O, ümid edir ki, hürriyyətpərəstlər istibdadın kökünü kəsmək, "zülm ağacını yıxmaq üçün" nə lazımsa edəcəklər:

Şad olur dil görüncə millətimin,
Bir böyük mərifətli əhrarın.
Qət edirlər qələmlə rişəsini,
Şəcəri-zülm olan məlainin…

S. Səlmasi bir sıra publisistik məqalələr də dərc etdirmişdir.

Haqqında ədəbiyyat. Bax: Əməkdar elm xadimi, prof. Hüseyn Həşimli. Səid Səlmasi. Bakı: Elm və təhsil, 2013, 228 səh. Həmin kitabda S. Səlmasinin şeir və məqalələrindən seçmələr, həmçinin müasirlərinin ona həsr etdiyi məqalə və şeirlər də çap olunmuşdur.

Yaradıcılığı

Həmçinin bax

  • Mirzə Cəfər Xamenei

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səid Səlmasi haqqında məlumat. Səid Səlmasi nədir? Səid Səlmasi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mahmud Qaşqarlı

  • Fevral 27, 2026

    Xanlar Vəliyev

  • Fevral 27, 2026

    Peley

  • Fevral 28, 2026

    Köhnə dünya

  • Mart 01, 2026

    Tibr

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst