Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aqşin Ramiz oğlu Məhərrəmov (14 avqust 1982, Xaçmaz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları

Aqşin Məhərrəmov

  • Ana Səhifə
  • Vikipediya
  • Aqşin Məhərrəmov

Aqşin Ramiz oğlu Məhərrəmov (14 avqust 1982, Xaçmaz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanı.

Aqşin Məhərrəmov
Şəxsi məlumatlar
Doğum tarixi 14 avqust 1982 (43 yaş)
Doğum yeri Xaçmaz rayonu, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Dövlət Sərhəd Xidməti
Qoşun növü Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandalığı
Xidmət illəri 2000—
Rütbəsi
General-mayor
Döyüşlər
 • Qarabağ müharibəsi (2020)
    • Cəbrayılın azad edilməsi
    • Zəngilanın azad edilməsi
      • "Üç nöqtə" əməliyyatı
 • Azərbaycan–Ermənistan sərhəd toqquşması (sentyabr, 2022)
 • Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması (aprel, 2023)
 • Dağlıq Qarabağda toqquşma (sentyabr, 2023)
Təltifləri
  • "Zəfər" ordeni — 20202020"Azərbaycan Bayrağı" ordeni — 201220122-ci dərəcəli "Rəşadət" ordeni — 202320233-cü dərəcəli "Rəşadət" ordeni — 20192019
  • 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 202320233-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20162016"Vətən uğrunda" medalı — 20142014"İgidliyə görə" medalı — 20102010
  • "Cəbrayılın azad olunmasına görə" medalı — 20202020"Zəngilanın azad olunmasına görə" medalı — 20202020"Qubadlının azad olunmasına görə" medalı — 20212021"Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı
  • "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı"Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı"Şücaətə görə" medalı"Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı
  • "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı"Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı"Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
  • "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" yubiley medalı"Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)" yubiley medalı"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı
"Vətən müharibəsi iştirakçısı" medalı

Hərbi xidməti

Aqşin Məhərrəmov Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən 2010-cu ildə "İgidliyə görə" medalı, 2012-ci ildə "Azərbaycan Bayrağı" ordeni, 2014-cü ildə "Vətən uğrunda" medalı, 2016-cı ildə "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni, 2019-cu ildə isə 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyev 17 avqust 2020-ci il tarixli 2215 nömrəli Sərəncamı ilə Aqşin Ramiz oğlu Məhərrəmova "general-mayor" ali hərbi rütbəsi verildi.

Sərhəd Qoşunlarının Qərargah rəisi general-mayor Aqşin Məhərrəmov 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı hərbi əməliyyatların rəhbərlərindən oldu. Dövlət Sərhəd Xidməti tərəfindən müharibə zamanı bir sıra uğurlu hərbi əməliyyatlar aparıldı. Onlar sırasında 24 saat ərzində 105 Kilometr məsafədə ildırımsürətli hücumla Xudafərin, Zəngilan şəhərində və Zəngilanın Ağbənd qəsəbəsi, həmçinin Ermənistanla sərhəddə "Bartaz" və "Şükürataz" dağları işğaldan azad edildi. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları müharibə ərzində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda oldu. Ümumi olaraq müharibə zamanı Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid oldu, 197 nəfər yaralandı və ya müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olanda igidliyin və mərdliyin nümunəsini göstərdiyinə görə Aqşin Ramiz oğlu Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyev 09.10.2020-ci il tarixli 2338 nömrəli Sərəncamı ilə Azərbaycanın ali hərbi ordeni olan "Zəfər" ordeni ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il və 25.12.2020-ci il tarixli Sərəncamları ilə Aqşin Məhərrəmov "Cəbrayılın azad olunmasına görə" medalı və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Aqşin Məhərrəmov 2022-ci ilin avqustunda Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi Baş İdarəsin rəisi vəzifəsinə təyin edildi.

General-mayor Aqşin Məhərrəmov Dövlət Sərhədinin Mühafizəsi Baş İdarəsin rəisi olan zamanı 12–13 sentyabr 2022-ci il tarixlərində Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində 9 hərbi qulluqçusunun şəhid olması ilə nəticələnən genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının icrası zamanı, həmçinin 23 aprel 2023-cü ildə Azərbaycan-Ermənistan dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində dövlət sərhədindən buraxılış məntəqəsinin (Laçın dövlət sərhədindən buraxılış məntəqəsi) qurulması tapşırıqının icrası zamanı fərqləndi.

Aqşin Məhərrəmov 22 iyun 2023-cü ildə Baş Qərargahın Dövlət Sərhədinin Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsindən azad edildi və Dövlət Sərhəd Xidməti Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanı vəzifəsinə təyin edildi.

İl ərzində Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş döyüş tapşırıqlarını icrası nəzərə alınaraq Aqşin Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2023-cü il tarixli 4042 nömrəli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən isə 2-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aqşin məhərrəmov sözünün mənası, aqşin məhərrəmov haqqında məlumat. aqşin məhərrəmov nədir? aqşin məhərrəmov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    IBList

  • Fevral 27, 2026

    Aqqlütinativ dillər

  • Mart 05, 2026

    Eucalyptus aggregata

  • Mart 02, 2026

    IATA

  • Fevral 27, 2026

    Əjdaha dağı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst