Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

𐕈 (səslənməsi /ɒ/, transkripsiyası Å, å) — Alban əlifbasının 25-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ար (Ar) kimi verilmişdir. Tədqiqatçıl

Aor (hərf)

  • Ana Səhifə
  • Vikipediya
  • Aor (hərf)

𐕈 (səslənməsi /ɒ/, transkripsiyası Å, å) — Alban əlifbasının 25-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ար (Ar) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adı "Aor" olmalıdır, çünki tərkibində bu hərf olan Qafqaz alban sözlərinin udi ekvivalentlərində "o" hərfinə çevrilmişdir. Əncir mənasına gələn alb. 𐔸𐕈𐕀𐔰𐕎 (tåxan) və udi tǒxə̌n, iyirmi mənasına gələn alb. 𐕍𐕈 (q̇å) və udi qo sözləri sözügedən saitin əlavə udlaqlaşmalı və ya udlaqlaşmasız [o] səsinə yaxın olduğunu qəti şəkildə göstərir. Erməni tədqiqatçı Aşot Abramyan isə düşünürdü ki, bu hərfin düzgün transkripsiyası ä olmalıdır. Sergey Murayevin fikrincə isə bu hərf udlaqlaşdırıcı saiti bildirirdi. Georgi Klimov bu hərfin öncələr nə formasını, nə də mənasını başa düşməyib, lakin sonrakı əsərində onun fonetik dəyərini səhvən /ʒ/ kimi qeyd edib.

Alban əlifbası

Matenadaran MS 7117 versiyası

Sinay palimpsestləri versiyası
Noto Sans Caucasian Albanian fontunda
Səslənməsi/ɒ/
Rəqəm dəyəri700
Unicode ünvanıU+10548
Alban əlifbası
𐔰 𐔱 𐔲 𐔳 𐔴 𐔵 𐔶
Alt Bet Gim Dat Eb Zarl Eyn
𐔷 𐔸 𐔹 𐔺 𐔻 𐔼 𐔽
Jil Tas Ça Yud Ja İrb Şa
𐔾 𐔿 𐕀 𐕁 𐕂 𐕃 𐕄
Lan İnya Xeyn Dyan Çar Djox K'ar
𐕅 𐕆 𐕇 𐕈 𐕉 𐕊 𐕋
Lyit Heyt Qay Aor Çoy Çi Çyay
𐕌 𐕍 𐕎 𐕏 𐕐 𐕑 𐕒
Maq Q'ar Nuts Cyay Şak Cayn On
𐕓 𐕔 𐕕 𐕖 𐕗 𐕘 𐕙
Tyay Fam Cay Çat Pen Ğeys Rat
𐕚 𐕛 𐕜 𐕝 𐕞 𐕟 𐕠
Seyk Veyz Tüyr Şoy Ün Çyau Tsayn
    𐕡 𐕢 𐕣    
    Yayd Püyr Küy    

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aor (hərf) sözünün mənası, aor (hərf) haqqında məlumat. aor (hərf) nədir? aor (hərf) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Statira

  • Mart 01, 2026

    74 (ədəd)

  • Fevral 27, 2026

    Pioner proqramı

  • Mart 06, 2026

    Zəhra Şahtaxtinskaya

  • Fevral 27, 2026

    Kristofer Nolan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst