Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anri Barbüs (fr. Henri Barbusse; 17 may 1873[…] – 30 avqust 1935[…], Moskva) — Birinci Dünya müharibəsi və kommunizm mövzularında əsərlər yazmış fransız yazar.

Anri Barbüs

  • Ana Səhifə
  • Vikipediya
  • Anri Barbüs

Anri Barbüs (fr. Henri Barbusse; 17 may 1873[…] – 30 avqust 1935[…], Moskva) — Birinci Dünya müharibəsi və kommunizm mövzularında əsərlər yazmış fransız yazar.

Anri Barbüs
fr. Henri Barbusse
Doğum adı Adrien Gustave Henri Barbusse
Doğum tarixi 17 may 1873(1873-05-17)[…]
Vəfat tarixi 30 avqust 1935(1935-08-30)[…] (62 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
  • Per-Laşez qəbiristanlığı
Milliyyəti Fransız
Fəaliyyəti yazıçı, jurnalist, ssenarist, bioqraf, romançı, siyasətçi, rəssam, şair, tarixçi
Əsərlərinin dili fransız dili
Üzvlüyü
  • SSRİ Elmlər Akademiyası,
  • Rusiya Elmlər Akademiyası
Mükafatları 1914–1918 hərbi xaçı
İmza
Vikimənbənin loqosu Anri Barbüs Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anri Barbüs 1873-cü ildə Fransanın İl-de-Frans departamentinə daxil olan Asnieres-sur-Seine adlı kiçik şəhərdə anadan olmuşdur. 1889-cu ildə 16 yaşı olarkən Parisə köçmüşdür. 1914-cü ildə 41 yaşında olarkən Fransa ordusuna könüllü qoşulmuşdur. Birinci Dünya müharibəsi zamanı Almaniyaya qarşı mübarizə aparan Fransa orusu sıralarında döyüşən Barbüs gələcəkdə yazacağı əsərlər üçün mövzular toplayırdı. Ağ ciyərində xəstəlik yarana qədər 17 ay boyunca Fransa ordusunda xidmət etmişdir. Birinci Dünya müharibəsi zamanı cəbhələrdə yaşadığı təcrübələrə əsaslanan (fr. Le Feu) Alov adlı əsərin 1916-cı ildə çap edilməsi, Barbüsün hələ müharibə başa çatmadan məşhurlaşmasına səbəb olur.

1918-ci ilin yanvar ayında Anri Barbüs Moskva şəhərinə yollanır. Burada rus bir qadınla evləndikdən sonra Sovet İttifaqı Kommunist Partiyasına üzv olur. Barbüsün bu tarixdən etibarən olan fəaliyyəti əsasən kommunizm mövzulu əsərlərin yazılması ilə bağlıdır. 1930-cu ildə çap edilən (fr. Manifeste aux Intellectuels, Elevations) adlı əsəri kommunizm və inqilab ruhunda yazılmış ən uğurlu əsər kimi göstərilir. 1921-ci ildə yazılan (fr. Le Couteau entre les dents) adlı əsərində isə Barbüs Bolşevizm və Oktyabr inqilabı ilə bağlı öz düşüncələrini izah etmişdir. 1923-cü ildə Fransız Kommunist Partiyasına qatılan Barbüs növbəti illərdə SSRİ-yə bir necə dəfə səfər etmişdir.

Fransa kommunist ədəbiyyatının və Avropada kommunizm ideyalarının yayılmasında böyük xidmətləri olmuş Henri Barbüs 1935-ci ilin 30 avqust tarixində Moskva şəhərində vəfat etmişdir. Barbüsün məzarı Parisin Per-Laşez məzarlığında yerləşir.

Əsərləri

  • Le Feu, 1917
  • Esperantista Laboristo, 1921
  • Le Couteau entre les dents, 1923
  • Manifeste aux Intellectuals: Elevations, 1930
  • Staline: Un mode nouveau vu a travers un homme, 1936

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anri Barbüs haqqında məlumat. Anri Barbüs nədir? Anri Barbüs nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Martin Rayl

  • Fevral 12, 2026

    Belçika

  • Fevral 27, 2026

    Alpout (Ucar)

  • Fevral 27, 2026

    Hektor

  • Fevral 27, 2026

    Alliaria

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst