Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İngilis dilində danışanlar Anqlofonlar adlanır və əhalinin əksəriyyətinin ingiliscə danışdığı ölkələrə Anqlosfera deyilir. 2000-ci illərə olan məlumata görə, ik

Anqlofonlar

  • Ana Səhifə
  • Vikipediya
  • Anqlofonlar

İngilis dilində danışanlar Anqlofonlar adlanır və əhalinin əksəriyyətinin ingiliscə danışdığı ölkələrə Anqlosfera deyilir. 2000-ci illərə olan məlumata görə, iki milyarddan çox insan İngilis dilində danışır, bununla da İngilis dili danışanların sayına görə ən böyük dil, ana dili kimi danışanların sayına görə isə üçüncü ən böyük dildir.

İngilis dilinin rəsmi dili olduğu millətlər (de-fakto və ya de-yure). Anqlosfera ölkələri İngilis dilinin əsas ana dili olduğu ölkələrdir.  Anqlosfera  İkinci rəsmi və az işlədilən dil  Qeyri-rəsmi və çox işlədilən dil (> 20%)

ABŞ və Hindistan müvafiq olaraq 283 milyon və 125 milyon ilə ən çox İngilis dilində danışan ölkələrdir. Həmçinin Pakistanda 108 milyon, Nigeriyada 79 milyon, Filippində 64 milyon ingiliscə danışan insanlar var. İngilis dilini ikinci dil kimi danışanlarda daxil olmaqla, Anqlofonların sayı təxminən 470 milyondan 2 milyarda qədər dəyişir. Devid Kristal hesab edir ki, 2003-cü ildə ikinci dil kimi danışanların sayı 3:1 nisbətində ana dili danışanlardan çoxdur. 2012-ci ilə qədər Hindistan dünyanın ikinci ən böyük İngilis dilli əhalisinə sahib olduğunu iddia etdi: ən etibarlı hesablama onun əhalisinin təxminən 10%-dir (125 milyon nəfər), bu rəqəmin 2022-ci ilə qədər dörd dəfə artacağı gözlənilir. Birinci və ya ikinci dil kimi danışanları da nəzərə alsaq ümumilikdə İngilis dili dünyada ən çox danışılan dildir.

Birləşmiş Krallığın ölkələri olan İngiltərə və Şotlandiya Ovaları, İngilis dilinin doğulduğu yerdir və dilin müasir forması 17-ci əsrdən başlayaraq, ilk olaraq Birləşmiş Krallığın dünya miqyasında təsiri ilə dünyada yayılmağa başlamışdır. Bu daha sonradan Amerika Birləşmiş Ştatlarınin təsiri ilə davam etmişdir. Bu ölkələrin bütün növ çap və elektron mediası vasitəsilə, İngilis dili bir çox regionlarda elm, naviqasiya və hüquq kimi peşəkar kontekstlərdə beynəlxalq diskursun və lingua francanın aparıcı dilinə çevrilmişdir. Birləşmiş Krallıq Avropanın ən böyük İngilis dilli ölkəsi olaraq qalır.

İngilis dilinin Amerikan ingiliscəsi, İngiltərə ingiliscəsi, Kanada ingiliscəsi, Avstraliya ingiliscəsi, İrlandiya ingiliscəsi, Yeni Zelandiya ingiliscəsi kimi əsas növləri və onların alt növləri olan Cənubi Afrika, Hindistan, Nigeriya, Filippin, Yamayka, rinidad və Tobaqoda növləri ilə yanaşı həmçinin ingilis əsaslı kreol dillərindən Standart İngilis dilinə qədər davam edən dialektdə milyonlarla yerli dialektlər var. Qana və Uqanda kimi digər ölkələr də İngilis dilindən əsas rəsmi dillər kimi istifadə edirlər.

Mündəricat

Həmçinin bax

  • Frankofonlar

Ədəbiyyat

Australian Bureau of Statistics. "2011 Census QuickStats: Australia". 28 mart 2013. İstifadə tarixi: 25 mart 2015.
Afhan Meytiyev. "English and diplomacy" (PDF). Scotland's Census 2011. 26 sentyabr 2013. İstifadə tarixi: 25 mart 2020.
Bao, Z. Variation in Nonnative Varieties of English // Brown, Keith (redaktor). Encyclopedia of language & linguistics. Elsevier. 2006. 377–380. doi:10.1016/B0-08-044854-2/04257-7. ISBN 978-0-08-044299-0.
Crystal, David. "Subcontinent Raises Its Voice". The Guardian. 19 noyabr 2004. İstifadə tarixi: 4 fevral 2015.
Crystal, David. Chapter 9: English worldwide // Denison, David; Hogg, Richard M. (redaktorlar ). A History of the English language. Cambridge University Press. 2006. 420–439. ISBN 978-0-511-16893-2.
National Records of Scotland. "Census 2011: Release 2A". Scotland's Census 2011. 26 sentyabr 2013. İstifadə tarixi: 25 mart 2015.
"The Routes of English". 1 avqust 2015.
Northern Ireland Statistics and Research Agency. "Census 2011: Key Statistics for Northern Ireland December 2012" (PDF). Statistics Bulletin. 11 dekabr 2012. Table KS207NI: Main Language. İstifadə tarixi: 16 dekabr 2014.
Northrup, David. How English Became the Global Language. Palgrave Macmillan. 20 mart 2013. ISBN 978-1-137-30306-6.
Office for National Statistics. "Language in England and Wales, 2011". 2011 Census Analysis. 4 mart 2013. İstifadə tarixi: 16 dekabr 2014.
Ryan, Camille. (PDF). American Community Survey Reports. avqust 2013. səh. 1. 5 fevral 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2014.
Statistics Canada. "Population by mother tongue and age groups (total), 2011 counts, for Canada, provinces and territories". 22 avqust 2014. İstifadə tarixi: 25 mart 2015.
Statistics New Zealand. (PDF). aprel 2014. səh. 23. 15 yanvar 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2015.
Census 2011: Census in brief (PDF). Pretoria: Statistics South Africa. 2012. Table 2.5 Population by first language spoken and province (number). ISBN 9780621413885. 13 may 2015 tarixində (PDF).
English and Diplomacy: http://english.fullerton.edu/publications/clnArchives/pdf/MethievLgDplmcy.pdf

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anqlofonlar haqqında məlumat. Anqlofonlar nədir? Anqlofonlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sanguisorbeae

  • Fevral 27, 2026

    Kəklikotu

  • Fevral 27, 2026

    Nadejda Aliluyeva

  • Fevral 27, 2026

    PUA

  • Fevral 23, 2026

    Üçtaylı qapaq

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst