Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Andrey Qromıko (rus. Громыко, Андрей Андреевич, 5 (18) iyul 1909, Starıe Qromıki[d], Qomel qəzası[d], Mogilyov quberniyası[d], Rusiya imperiyası – 2 iyul 1989,

Andrey Qromıko

  • Ana Səhifə
  • Vikipediya
  • Andrey Qromıko

Andrey Qromıko (rus. Громыко, Андрей Андреевич, 5 (18) iyul 1909, Starıe Qromıki[d], Qomel qəzası[d], Mogilyov quberniyası[d], Rusiya imperiyası – 2 iyul 1989, Moskva) — SSRİ-nin tanınmış dövlət xadimi, SSRİ dövrünün görkəmli diplomatı. SSRİ-nin xarici işlər naziri.

Andrey Qromıko
belar. Андрэй Андрэевіч Грамыка
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri
2 iyul 1985 – 1 oktyabr 1988
ƏvvəlkiKonstantin Çernenko
SonrakıMixail Qorbaçov
SSRİ xarici işlər naziri
15 fevral 1957 – 2 iyul 1985
ƏvvəlkiDmitri Şepilov
SonrakıEduard Şevardnadze
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini
24 mart 1983 – 2 iyul 1985
SSRİ-nin Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri
14 iyun 1952 – 19 aprel 1953
ƏvvəlkiGeorgi Zarubin[d]
SonrakıYakov Malik[d]
SSRİ-nin Birləşmiş Millətlər Təşkilatındakı və BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi
10 aprel 1946 – 1948
Əvvəlkivəzifə təsis edilib
SonrakıYakov Malik[d]
SSRİ-nin ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri
22 avqust 1943 – 11 aprel 1946
ƏvvəlkiMaksim Litvinov
SonrakıNikolay Novikov[d]
Şəxsi məlumatlar
Doğum tarixi 5 (18) iyul 1909(1909-07-18)
Doğum yeri
  • Starıe Qromıki[d], Qomel qəzası[d], Mogilyov quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 2 iyul 1989(1989-07-02) (79 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1931–1989)
Fəaliyyəti siyasətçi, diplomat, iqtisadçı, memuarçı
Dini ateizm
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri doktoru
Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 1969 Sosialist Əməyi Qəhrəmanı — 1979
"Lenin" ordeni — 1944 "Lenin" ordeni — 1945 "Lenin" ordeni — 1959 "Lenin" ordeni — 1966 "Lenin" ordeni — 1969 "Lenin" ordeni — 1979 "Lenin" ordeni — 1984 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1985 "Qırmızı əmək bayrağı" ordeni — 1948 "Şərəf nişanı" ordeni — 1954 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Əmək veteranı" medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "Moskvanın 800 illik xatirəsinə" medalı "Xose Marti" ordeni "Macarıstan Xalq Respublikasının bayrağı" ordeni "Azadlıq günəşi" ordeni "Klement Qotvald" ordeni — 1979 "Peru günəşi" ordeninin böyük xaçı — 1970 "Ağ şir" ordeni "Georgi Dimitrov" ordeni "Polşa Xalq Respublikası qarşısında xidmətlərə görə" ordeninin böyük xaçı
"Lenin" mükafatı — 1982 SSRİ Dövlət mükafatı — 1984 "Sov.İKP-də 50 illik üzvlüyə görə" döş nişanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Andrey Qromıko 18 iyul 1909-cu ildə Qomel vilayətinin ucqar bir kəndində anadan olub.

Andrey Qromıkonun siyasi karyerasının başlanğıcının maraqlı tarixçəsi var. 30-cu illərdə SSRİ Xalq Xarici İşlər Komissarlığında Stalin tərəfindən aparılan represiyalar və təmizləmələrdən sonra bu quruma yeni kadrların cəlb olunması məsələsi Molotova həvalə olunub. Molotov ciddi seçimlərdən sonra namizədlərin siyahısını Stalinə təqdim edib. Stalin siyahını nəzərdən keçirərkən Qromıkonun adı üzərində dayanıb: "Bu soyad mənim xoşuma gəlir".

Beləliklə, Andrey Qromıko 1939-cu ilin may ayında Xarici İşlər Komissarlığında Amerika ölkələri üzrə şöbənin müdiri vəzifəsinə təyinat alıb.

Andrey Qromıko qısa bir müddət ərzində öz işinin bilicisi kimi tanınıb, Kremlin etibar edəcəyi siyasətçi kimi dövlətin siyasi kursunun müəyyənləşdirilməsində əsas söz sahiblərindən birinə çevrilib. Bunun nəticəsi olaraq o, şəxsən Stalinin təşəbbüsü ilə Vaşinqtona səfir təyin edilib, Amerika Birləşmiş Ştatları ilə çox da isti olmayan münasibətlərin yaxşılaşdırılması kimi vacib bir məsələ məhz ona həvalə edilib.

İkinci Dünya müharibəsi ərəfəsində Amerika ilə SSRİ arasında əsas körpü rolunu oynayan Qromıko bir çox əhəmiyyətli siyasi tədbirlərin, o cümlədən Yalta görüşünün təşkilatçılarından biri olub.

Andrey Qromıko 1957-ci il fevralın 15-də SSRİ-nin xarici işlər naziri təyin edilib. Bu təyinatın ömrü düz 28 il, 1985-ə kimi davam edib.1985-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri seçilib.1983–1985-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini çalışmışdır

Andrey Qromıko 1989-cu ildə 80 yaşına üç gün qalmış Moskva şəhərində vəfat edib. O, özünün vəsiyyəti, doğmalarının xahişi ilə Moskvada Novodeviçye qəbirstanlığında dəfn olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Andrey Qromıko haqqında məlumat. Andrey Qromıko nədir? Andrey Qromıko nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hakob Hakobyan

  • Fevral 27, 2026

    Gilan dili

  • Fevral 27, 2026

    Anaksimandr

  • Fevral 27, 2026

    Cəlaloğlu

  • Mart 01, 2026

    Famatinanthoideae

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst