Andrey Kozlov (rus. Андрей Козлов; d. 25 dekabr 1960, Luqansk, Ukrayna SSR, SSRİ) — rusiyalı teleaparıcı, rejissor və prodüser. "Nə? Harada? Nə zaman?" elitar klubunun magistrı. "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının prezidenti. "İqra-TV" telekanalının baş direktorunun baş prodüseri və birinci müavini. Rusiya Televiziya Akademiyasının akademiki. "Breyn-rinq" proqramının quruluşçu rejissoru və aparıcısı.
| Andrey Kozlov | |
|---|---|
| rus. Андрей Козлов | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | Luqansk, Ukrayna SSR, SSRİ |
| Vətəndaşlığı | |
| İxtisası | Kimyaçı |
| Təhsili | Donetsk Milli Universiteti |
| Fəaliyyəti | "Nə? Harada? Nə zaman?" oyunçusu, quruluşçu rejissor, teleprodüser və teleaparıcı |
| Mükafatları | |
Erkən illəri
1960-ci il dekabrın 25-də Luqanskda anadan olub ("İqra-TV" teleşirkətinin saytında qeyd olunub ki, Almaniyadan SSRİ-yə uçan təyyarədə dünyaya gəlib).
Donetsk universitetinin kimya fakültəsini bitirib. Sonralar Jdanov metallurgiya institutunda dərs deyib. 1990-cı ildən Moskvada yaşayır.
Nə? Harada? Nə zaman?
"Nə? Harada? Nə zaman?" klubuna redaksiyaya məktub yazaraq və seçim turunu keçərək düşüb. Elitar klubda ilk oyununu 1989-cu ildə keçirib. Yalnız komandanın kapitanı qismində çıxış edir. Klubun magistridir (2008-ci ildən). Üçqat "Büllur bayquş" (1992, 1994, 2008) və "Brilyant bayquş" (2008) mükafatlarının, eyni zamanda, "Klubun ən yaxşı kapitanı" (2001) poqonunun sahibidir. 27 dekabr 2008-ci ildə, mövsümün final oyununda "Superblits" raundunun hər üç sualına düzgün cavab verərək "Volkswagen Phaeton" avtomobilini qazanıb.
2014-cü il martın 15-də "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının prezidenti seçilib (bu postda Natalya Stetsenkonu əvəzləyib).
Televiziya karyerası
1990-cı ildən televiziyada işləyir.
Quruluşçu rejissor olduğu proqramlar:
- "İlk baxışdan məhəbbət" (1991—1993)
- "Breyn-rinq" (1993—2013); yaradıcı qrupun tərkibində 2010-cu ilin TEFİ mükafatı laureatı.
- "Verilişlər proqramı"
- "İstəklərinin icrası, yaxud milyonu necə xərcləməli?"
- "Mədəni inqilab" (2001—2017); yaradıcı qrupun tərkibində 2002 və 2006-cı ilin TEFİ mükafatı laureatı.
- "XX əsrin mahnıları"
- "Mənim evim, mənim şəhərim, mənim ölkəm"
- "Həyat gözəldir"
- "Böyük şəhərdə adam"
- "Biz və elm. Elm və biz"
Aparıcı olduğu proqramlar:
- "Breyn-rinq" (1991—2013 — Rusiya televiziyasında; hazırda — Azərbaycanda beynəlxalq televiziya turniri)
- "İstəklərinin icrası, yaxud milyonu necə xərcləməli?"
- "Verilişlər proqramı"
- "Mənim evim, mənim şəhərim, mənim ölkəm"
"İqra-TV" telekanalının baş direktorunun baş prodüseri və birinci müavinidir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Andrey Kozlov haqqında məlumat. Andrey Kozlov nədir? Andrey Kozlov nə deməkdir?
