Sketchpad (Robot Draftsman) Ayven Sazerlend tərəfindən 1963-cü ildə doktorluq təhsili zamanı yazılmış kompüter proqramıdır. Sazerlendə 1988-ci ildə Turinq Mükafatını və 2012-ci ildə Kioto Mükafatını qazandıran proqramın insan-kompüter qarşılıqlı əlaqəsini asanlaşdırdığı düşünülür. Kompüter dəstəkli dizayn proqramlarının ilki olan Sketchpad müasir proqram təminatının inkişaf etdirilməsi komponentlərindən biri olan qrafik istifadəçi interfeysi ilə obyekt yönümlü proqramlaşdırmaya da təsir etmişdir.
| Sketchpad | |
|---|---|
| |
| Tipi | aparat təchizatı |
| Müəllif | Ayven Sazerlend |
| Tərtibatçı | Ayven Sazerlend |
| Yayımlanma tarixi | 1963 |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sketchpad haqqında məlumat. Sketchpad nədir? Sketchpad nə deməkdir?
