Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

95 tezis (lat. Disputatio pro declaratione virtutis indulgentiarum; İndulgensiyaların gücü və effektivliyi haqqında disput) — Martin Lüter tərəfindən yazılan və

95 tezis

  • Ana Səhifə
  • Vikipediya
  • 95 tezis

95 tezis (lat. Disputatio pro declaratione virtutis indulgentiarum; İndulgensiyaların gücü və effektivliyi haqqında disput) — Martin Lüter tərəfindən yazılan və hakim dini doktrinanın imanı məhv etdiyini irəli sürərək katolisizm ilahiyyatının tənqidinə yönələn sənəd. Bu sənəd Almaniyada Reformasiyanın və protestantlığın başlanğıcı hesab olunur.

1517-ci ildə Nürnberqdə çap edilmiş "95 tezis" (Berlin dövlət kitabxanası)

95 tezisin əsas məzmununu indulgensiya praktikasının, Roma papasının günahları bağışlamaq haqqının, həmçinin, Əhdi-Cədidlə Əhdi-Ətiqin yeganə etibarlı mənbə hesab edilməsinin tənqidi təşkil edir.

Martin Lüter bu tezisləri 31 oktyabr 1517-ci il tarixində məktubla Mayns və Maqdeburq arxiyepiskopu Albrext fon Brandenburqa göndərmişdi. Lakin XX əsrin sonlarınadək elə hesab edilirdi ki, o, bu tezisləri Vittenberq kilsəsinin qapısından asıb.. Albrext fon Brandenburqa göndərdiyi məktubda Martin Lüter Vittenberqdə indulgensiyaları təbliğ edən İohann Tetseldən şikayət etsə də, onun fon Brandenburq tərəfindən təyin etdiyindən xəbərsiz idi.

Martin Lüter tezislərində bəyan edir ki: Papa yalnız insanların bu dünyadakı günahlarını bağışlaya bilər, Ərafdakı günahları bağışlamaq haqqı yalnız Allaha məxsusdur. Digər tərəfdən Lüter Papaya müraciət edərək Papanın adından yanlış danışılmasından və Papanın Allahla bir tutulmasından narahat olduğunu bildirib.

Bu tezisləri yazmaqda Lüterin məqsədi Papaya və arxiyepiskop Albrext fon Brandenburqa keşişlərin özbaşınalığını xəbər vermək idi. Lakin bu tezislər Papanın mənafelərinə uymadığı üçün Papa Lüteri "kafir" və "dinsiz" adlandırdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, 95 tezis haqqında məlumat. 95 tezis nədir? 95 tezis nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Torium

  • Fevral 27, 2026

    Hind

  • Fevral 27, 2026

    Babil söyüdü

  • Fevral 27, 2026

    Hökmdar

  • Fevral 28, 2026

    Çanaqbulaq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst