Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anar Nağılbaz (tam adı: Anar Rizvan oğlu Cəbiyev; 28 mart 1976, Xırdalan – 4 avqust 2018, Bakı) — Azərbaycan repçisi, aktyor, rejissor, ssenarist, bəstəkar və p

Anar Nağılbaz

  • Ana Səhifə
  • Vikipediya
  • Anar Nağılbaz

Anar Nağılbaz (tam adı: Anar Rizvan oğlu Cəbiyev; 28 mart 1976, Xırdalan – 4 avqust 2018, Bakı) — Azərbaycan repçisi, aktyor, rejissor, ssenarist, bəstəkar və prodüser. Azərbaycanın ilk repçisi sayılır.

Anar Nağılbaz
Anar Rizvan oğlu Cəbiyev
Ümumi məlumatlar
Ləqəbi Azərbaycan repinin atası
Doğum tarixi 28 mart 1976(1976-03-28)
Doğum yeri
  • Xırdalan, Abşeron rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 4 avqust 2018(2018-08-04) (42 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Rizvan Cəbiyev
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, aktyor, rejissor, ssenarist, bəstəkar, prodüser
Fəaliyyət illəri 1992-ci ildən
Janr hip-hop[d]

Anar Nağılbaz müxtəlif dövrdə Almaz Ələsgərova, Brilliant Dadaşova, Dəyirman, Elşad Xose, Kənan MM, Nüşabə Ələsgərli, ProMete, Səbinə Babayeva, Şölə Səfərəliyeva, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib.

Mündəricat

Həyatı

Erkən illəri

Anar Nağılbaz 1976-cı il mart ayının 28-də Bakida Azərbaycan millət vəkili Rizvan Cəbiyevin ailəsində dünyaya gəlmişdir. Ailənin sonuncu övladı və evin son beşiyi idi. Uşaqlıqda səhhəti ilə problemləri olub. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb.

1988-ci ildən hip-hopa maraq göstərməyə başlamışdır. 1990-cı ildə Krımda Artek düşərgəsində ilk dəfə rep deyib. 1990-cı ildə ilk dəfə Horadizdə "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" rep mahnısını ifa etmişdir. Həmin ildə Yaltada keçirilən beynəlxalq festivalda Azərbaycanı təmsil edib.

Bir sıra universitet və mədəniyyət saraylarında tamaşaları olub. Yazdığı "Meşə nağılı" tamaşasında Mixail Qorbaçovu donuz, Azərbaycanı isə qurd obrazı kimi canlandırıb. 1990–1992-ci illərdə "Kirpi" jurnalının, 1993–1995-ci illərdə "Naxçıvan" qəzetinin müxbiri olmuşdur.

1991-ci ildə "Aysel" miniatür teatr studiyasını yaratmışdır. Rep kimi ilk səhnə çıxışı 1991-ci ilin iyulun 28-də Azərbaycan Dövlət Mahnı Teatrında olmuşdu. Özünün sözlərinə görə, ilk çıxışları cəmiyyət tərəfindən qarışıqlı qarşılanıb:

" Səhnəyə ilk dəfə rep gətirdim. Bu insanlar tərəfindən gözəl qarşılansa da, bəzi mental dəyərləri qabardan insanlar da var. Hətta Əmircan Mədəniyyət sarayında bizi pomidor atəşinə tutmuşdular. Çünki sizin dediyiniz kimi bu ilk sayılan repə qarşı vətəndaşların bir-birinə uymayan fərqli mövqeləri idi. "

Populyarlıq qazanması

1992-ci ildə "Canlı klip şou" rep bəstəsini ictimaiyyətə təqdim etmişdir. 1993-cü ildə "Narkodünya" mahnısıyla populyarlıq qazanmışdır. Böyük səhnəyə 1993-cü il fevralın 28-də "Canlı klip" teatrının müşayiəti ilə Bakı Dövlət Sirkində çıxmışdır. Azərbaycan KİV-ləri Anar Nağılbazı "Azərbaycan repinin atası" kimi işıqlandırmışdı.

1997-ci ildə ilk albomu işıq üzü görmüşdür. Həmin ildə "Bakı oğrusu" bədii filmini çəkmişdir.

Sonrakı illər

2012-ci il iyulun 2-də Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin əmri ilə Bakının Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavini vəzifəsinə təyin olunub.

2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri zamanı çəkdiyi "Gəl seçkilərə" klipinə görə, dövlət qurumlarının birində olan işini itirmişdir.

2015-ci il yanvarın 12-də hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə şahid qismində istintaqda ifadə verib. Həmin ildə Anar Nağılbaz Azərbaycanı tərk edərək Çexiyanın Praqa şəhərinə köçmüşdü.

Ölümü

Sirrozdan əziyyət çəkən Anar Nağılbaz, 2018-ci il avqustun 4-də evə qayıdandan sonra vəziyyəti pisləşmişdi. Ailəsi ona təcili yardım maşını çağırsa da, Anar Nağılbaz xəstəxanaya gedərkən daxili qanaxmadan yolda keçinib. Azərbaycan mətbuatında repçinin ölüm səbəbi spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma kimi qeyd olunur. Masazır qəbiristanlığında torpağa tapşırılıb.

Şəxsi həyatı

Anar Nağılbaz iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı Anjelikadan 2 övladı var. 2017-ci ilin noyabr ayında repçinin internetdə pornoqrafiya videosu yayılmışdı. Bunun nəticəsində, 2017-ci il dekabrın 12-də Anar Nağılbaz Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, möhkəm stress keçirirmişdi. Onun şəkəri qalxmış və təzyiqi tamamilə aşağı düşmüşdü.

2018-ci ilin iyunun 30-da Aytən adlı bir qadınla gizli şəkildə ailə qurmuşdu. Özündən yaşca kiçik olan Aytənlə ailə quran Nağılbaz onunla birgə Masazırdakı ata evində yaşayırdı.

Diskoqrafiya

Anar Nağılbazın diskoqrafiyasına 10 studiya albomu daxildir.

Studiya albomları
Ad İl Qeyd
Sabah olmayacaq 1997
Trek siyahısı
№BaşlıqMüddət
1."Sənə nə var, alə mən nə bilirəm" (Remix) 
2."Sabah olmayacaq" 
3."Dovşan və canavar" 
4."Sadə qız və dəli" (feat. Eka) 
5."Mama Roza" 
6."Hakimə məktub" 
7."Xatirə" 
8."Hacı Məmməd" (Remix) 
9."Narkodünya" (Remix) 
10."Alo-alo" 
11."Leyla və Məcnun" 
12."Eh, deyəcəksən ki..." (Remix) 
13."Əlibala dolana bilir" (Remix) 
14."Mama Roza" (Remix) 
15."Son görüş" 
Keçdi günlər 1999
Trek siyahısı
№BaşlıqMüddət
1."Bahar gəlir əzizim" 
2."Mənin nəşəli gecələrim" 
3."Hamam-hamam içində" 
4."Oğraşdır yalan deyən" 
5."Narkodünya" 
6."Qəribə həyat" 
7."Gəl gülüm - Come baby" 
8."Kasıbların mahnısı" 
9."Bakı" 
10."Cool feelings California" 
11."If I'm not with you" 
12."Eh, deyəcəksən ki..." 
Keçdi günlər 2000
Trek siyahısı
№BaşlıqMüddət
1."İntihar" 
2."Məni dəli bilir aləm" 
3."Mənasız yay" 
4."Balaca qız" 
5."Həyat davam edir" 
6."Gəl sənsiz darıxıram" 
7."Mənim nə vecimə" 
8."Heç kimi xoşbəxt olmağa qoymaram" 
9."Nə baş verir bu dünyada" 
10."Azərbaycan" 
O qızı görən olubmu? 2000
Trek siyahısı
№BaşlıqMüddət
1."Dalay - dalay" 
2."Yarım, canım yolunda yanaşı" 
3."O qızı görən olubmu?" 
4."Qızlar mənə baz deyir" 
5."Atı tap, çap uzaqlara" 
6."Yox, bu gün bir kəs vurulmalıdır" 
7."Səbahət" 
8."Nə nağıldır, nə hekayət" 
9."Zaman o zaman deyil!" 
10."İlahə" 
11."Bu nömrəyə zəng çatmır" 
Zaman o zaman deyl! 2001
Trek siyahısı
№BaşlıqMüddət
1."Zaman o zaman deyl!" (feat. Trinity Band Girls) 
2."Mən səni sevirəm" (feat. Brilliant Dadaşova) 
3."Bapbalaca qız" (feat. Səidə) 
4."O gözlər" (feat. Brilliant Dadaşova) 
5."Gecələr" (feat. Trinity Band Girls) 
6."Şəbəkə" 
7."Gecələr" (feat. Brilliant Dadaşova) 
8."O qızı görən olubmu?" 
9."İtmiş həyat" (feat. Brilliant Dadaşova) 
10."M.S.S" (feat. Brilliant Dadaşova) 
11."Bivəfa" 
12."Qancıq həyat" 
Azeri İmic Servis 2002
Trek siyahısı
№BaşlıqMüddət
1."Çiçək və tikan" (feat. Nüşabə Ələsgərli) 
2."Xatirə mahnısına remix" 
3."Üzümüzü daha tutaq tuş günə" 
4."Sən gedən küçəni tapmaq olmur" (feat. Səbinə Babayeva & Qeyri Qardaşlar qrupu) 
5."Tuk-tuk qapı döyülür" (feat. MUSIK LEE) 
6."Sev, deyirik" (feat. MUSIK LEE) 
7."Axırı elə nağıldı" (feat. Kənan MM) 
8."Nə nağıldır,nə hekayət" (feat. New Life) 
9."Qara gözlər" (feat. Brilliant Dadaşova) 
Dost 2003
Trek siyahısı
№BaşlıqMüddət
1."DYP" (feat. Elşad Xose) 
2."O naz edir" (feat. Elşad Xose & Miri Yusif) 
3."Nağılbazın goru" 
4."Hər şey var idi" 
5."Burum-burum" 
6."Möcüzə" 
7."Göbələk 2" (feat. Savaş) 
8."Maşın yolu" 
9."Hələ onu de" 
10."Ehtiyat ehtiyacı" 
11."Yaramaz dünya" 
12."Nağılbaz" 
13."Dost" (Part 1) 
14."Dost" (Part 2) 
İç xəbər 2005
Trek siyahısı
№BaşlıqMüddət
  1. "Bir gül idim"
  2. "Küçə qızı" (feat. Rada) [Normal Versiya)
  3. "Səbahət"
  4. "İç xəbər'
  5. "Araq"
  6. "Xatirə - Remix"
  7. "365 gün"
  8. "Səni görə bilim"
  9. "Tap-tut" (feat. Şəbnəm, Lamiyə)
  10. "Gecələr - Remix" (feat. Şəbnəm)
  11. "Küçə qızı" (feat. Rada) [xXx Versiya]
No narkotik 2005
Trek siyahısı
№BaşlıqMüddət
  1. "Anadolu Dönəri"
  2. "Tapança"
  3. "İsti Yay"
  4. "Bomba Şey İlhamə"
  5. "Romeo Və Culyetta" (feat. Dado, Kölgə, MC Murad)
  6. "Nigarım"
  7. "Ramzes və Nağılbaz" (feat. Ramzes)
  8. "Gül Kimi Lalala"
  9. "Xiyar Sevən Sədiə"
  10. "Son Dəfə" (feat. Ramzes)
Non-stop 2007
Trek siyahısı
№BaşlıqMüddət
  1. "Eşq Nədir?" (feat. Almaz Ələsgərova)
  2. "Mələykə Salam" (feat. Almaz Ələsgərova)
  3. "Ozan" (feat. Almaz Ələsgərova)
  4. "Sevirəm" (feat. Almaz Ələsgərova)
  5. "Azərbaycan" (feat. Almaz Ələsgərova)
  6. "Sən Gedən Küçə-2" (feat. Sabina Babayeva)
  7. "O, Yalan Deyən" (feat. Erkin Əjdaha, Maykl Qarabala)
  8. "Atəş" (feat. Sabina Babayeva)
  9. "Taksidə"
  10. "Erməni" (feat. Turan, Ziq-Zaq
  11. "Gəl Dinə İmana"
  12. "Canlı Yayımda"
  13. "AI Kapone"
  14. "Gangster" (feat. Maykl Qarabala)
  15. "Sex-Dom"
  16. "Shake Ass" (feat. Vüsalə, Səidə)
  17. "Mətin - 2005" (feat. Mətin)

Filmoqrafiya

  1. Bakı oğrusu — Anar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anar Nağılbaz haqqında məlumat. Anar Nağılbaz nədir? Anar Nağılbaz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Cücülər

  • Mart 01, 2026

    İdyros

  • Fevral 27, 2026

    Yeni Zuvand

  • Fevral 27, 2026

    2023-cü il

  • Fevral 27, 2026

    Kollektivləşmə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst