Amphisbaenia (lat. Amphisbaenia) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan kladı.
| Amfisbenlər | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Klad: Klad: Klad: Klad: Klad: Choanozoa Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Klad: Stegocephalia Klad: Klad: Klad: Amniota Klad: Sauropsida Sinif: Klad: Eureptilia Klad: Romeriida Klad: Diapsida Klad: Neodiapsida Klad: Sauria Klad: Lepidosauromorpha Dəstəüstü: Lepidosauria Dəstə: Fəsiləüstü: Lacertoidea Klad: Amfisbenlər | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Torpağı eşməyə uyğunlaşmışlar. Gözlərinin üstündə dəri pərdə var. Amfisbenlər qurdvari heyvanlardır, üzəri pulcuqla deyil, ümumi qərni pərdə ilə örtülüdür, yeraltı-qazıcı yaşayışa uyğunlaşıblar. Bunlarda ətraf yoxdur. Torpağı qazmağa uyğunlaşma ilə əlaqədar olaraq başları xüsusi quruluşa malikdir, möhkəm qalxancıqlarla örtülüdür. Soxulcan kimi torpağın altında həm irəli, həm də geriyə hərəkət edə bilir. Ona görə bunlara ikiyerişliər deyilir.
23 cinsə mənsub 184 növü məlumdur. Geniş yayılmış fəsiləsi 20-ədək cins dən və 120-ədək növdən ibarət ikiyerişlilərdir. Şimali Amerika, Mərkəzi Amerika və Cənubi Amerika, Afrika subtropik qurşaqlarında, Pireney yarımadası və Ərəbistan yarımadasında yayılmışlar. Əsasən, həşərat və xırda onurğasızlarla qidalanır. Qarışqa, termit və siçan yuvalarına 2–6 yumurta qoyur və çox vaxt orada da yaşayırlar.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, amfisbenlər sözünün mənası, amfisbenlər haqqında məlumat. amfisbenlər nədir? amfisbenlər nə deməkdir?
