Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Katalizator (yun. Katalysis) — kimyəvi reaksiyaların həyəcanlanma enerjisinin miqyasını kiçildərək reaksiyanın sürətini artıran və reaksiya sonunda kimyəvi quru

Katalizator

  • Ana Səhifə
  • Vikipediya
  • Katalizator

Katalizator (yun. Katalysis) — kimyəvi reaksiyaların həyəcanlanma enerjisinin miqyasını kiçildərək reaksiyanın sürətini artıran və reaksiya sonunda kimyəvi quruluşunda heç bir fərq meydana gəlməyən maddələrə deyilir.

Mündəricat

Katalizatorların reaksiya sürətinə təsiri

Kimyəvi reaksiyanın sürətinə katalizatorlar güclü təsir göstərir.

Kataliz

Katalizatorların təsiri ilə reaksiyaların sürətinin dəyişməsi hadisəsi kataliz adlanır. kataliz terminini elmə Berselius daxil etmişdir. O vaxt əsasən parçalanma reaksiyalarına fikir verildiyindən, kataliz xüsusilə belə reaksiyalar timsalında öyrənilirdi. bununla əlaq\ədar olaraq, kataliz termini yunan sözü olan "katalyuzus" sözündən götürülmüşdür ki, bu da "dağılma, parçalanma" mənasını verir. Kataliz həm əhatə dairəsinə, həm də vacibliyinə görə müasir kimyanın ən böyük sahələrindən birinə çevrilmişdir. Sənaye miqyasında gedən kimyəvi reaksiyaların, demək olar ki, böyük əksəriyyəti katalizlə əlaqədardır. bəzən katalizator nəinki reaksiyanın sürətini artırmaq və ya azaltmaq, hətta katalizator iştirakı olmadan heç getməyən reaksiyaların aparılması məqsədi ilə tətbiq edilir.

Katalizatorların canlı aləmdə əhəmiyyəti

Katalizatorların canlı aləmdəki əhəmiyyəti daha böyükdür. İnsan orqanizmində gedən bütün vacib reaksiyalar katalizatorların iştirakı ilə əlaqədardır. Çox ehtimal ki, təbiətin özündə gedən mürəkkəb kimyəvi çevrilmələrdə də katalizatorlar iştirak edir.

Müsbət və mənfi katalizatorlar

Katalizator təkcə reaksiyanın sürətini artırmır və həmçinin onu zəiflədə də bilir. Birinci növ katalizatorlar müsbət, ikinci növ isə mənfi katalizatorlar adlanır. Bəzən eyni bir katalizator bir reaksiya üçün özünü müsbət, digər reaksiya üçün isə mənfi katalizator kimi aparır. Məsələn, turşu iştirakı ilə suda məhlulda çuğundur şəkərinin qlükozaya çevrilmə reaksiyası

  • C12H22O11+H2O=2C6H12O6

kəskin surətdə sürətlənir. Lakin məhlula hidrogen ionlarının daxil edilməsi ilə hidrogen-peroksidin parçalanma reaksiyası

  • H2O2=H2O+1/2 O2

əksinə zəifləyir. Mənfi katalizatordan texnikada antioksidantlar (yağların oksidləşməsini ləngidən, südün davamlılığını artıran, kauçukun oksidləşmə prosesini aşağı salan maddə), inhibitorlar (metalların korroziyasını aradan qaldırmaq məqsədilə işlədilən maddələr) kimi istifadə olunur. Lakin müsbət katalizatorlar texnikada daha böyük əhəmiyyət kəsb edir.

Avtomobillәrdә Katalizatorlar

İşlənmiş qazın çıxması qazlarında zərərli maddələrin miqdarının azalması avtomobil katalizatorunun məsələsidir. Onların arasında:karbonun oksidi — rəngsiz və qoxusuz zəhərli qazdır karbohidrogenlər, həmçinin uçan orqanik birləşmələr kimi məlumlar. Smoqanın əsas komponentlərindən biri, yanacağın natamam yanmasının hesabına yaranır azotun oksidləri (NO və NO 2, hansılar ki, NO x işarəsinin altında tez-tez birləşdirirlər) — həmçinin smoqa komponentidir, həmçinin turşu yağışları, insanın selikli qişasına təsir göstərirlər.

Homogen katalizator

Homogen katalizdə reaksiyaya daxil olan maddələr ilə katalizator maddəsi eyni fazada olur. Buraya qaz fazada gedən katalitik reaksiya və məhlulda gedən katalitik reaksiya daxildir.

Heterogen katalizator

Heterogen katalizdə katalizator ayrıca faza əmələ gətirir. Yəni, katalizator maddəsi ilə reaksiyaya daxil olan maddələr arasında səth bölgüsü olur. Belə halda qarşılıqlı kimyəvi təsir səthdə gedir. Buna görə heterogen katalizdə katalizatorun səth xarakteristikası başlıca rol oynayır. Texnikada daha geniş tətbiqə malik olan bu kataliz növü oksidləşmə reaksiyalarında, reduksiya reaksiyalarında, karbohidrogenlərin hidrogenləşmə reaksiyalarında, karbohidrogen molekullarının parçalanma reaksiyasında və s.-də xüsusi əhəmiyyət kəsb edir. Bütün bu hallarda əsasən bərk katalizatorlardan istifadə olunur. Bərk katalizatorlar daha böyük səthə malik olduqda, yəni daha çox xırdalandıqda, alınma və emal prosesləri aşağı temperaturda aparıldıqda, daha aktiv olur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Katalizator haqqında məlumat. Katalizator nədir? Katalizator nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    UTC−05:00

  • Fevral 23, 2026

    Basqal

  • Fevral 23, 2026

    Abdera

  • Fevral 23, 2026

    E.ə. 27

  • Fevral 23, 2026

    Uels

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst