Almaxanım Vüqar qızı Əhmədli və ya səhnə adı ilə Almaxanım (18 avqust 2001, Bakı) — Azərbaycanlı müğənni, AzTV-nin solisti, Beynəlxalq Muğam Mərkəzinin solisti, VI Muğam Televiziya Müsabiqəsinin qalibi.
| Almaxanım | |
|---|---|
| Almaxanım Vüqar qızı Əhmədli | |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan |
| Vətəndaşlığı | |
| Atası | Vüqar Əhməd |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | Müğənni |
| Fəaliyyət illəri | 2014—h.h. |
| Janrlar | Pop, Folk |
| Musiqi alətləri | Qaval, kamança |
| Təhsili | AMK, ADMİU |
| Mükafatları | "Qran Pri" mükafatı |
| almaxanim.az | |
Həyatı
Almaxanım Əhmədli 2001-ci il avqust ayının 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Görkəmli ədəbiyyatşünas alim, şair, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin qızıdır. 2006–2014-cü illərdə S. C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında oxumuşdur. 2017-ci ildə Bakı şəhəri M. Ə. Sabir adına orta məktəbi əla qiymətlərlə bitirmişdir. 2017-ci ildə Səid Rüstəmov adına Bakı şəhəri 13 saylı musiqi məktəbinin "Muğam" şöbəsini qırmızı diplomla bitirmişdir. 2017-ci ildə Azərbaycan Milli Konservatoriyasının Solo oxuma fakültəsinə daxil olub. 2021-ci ildə Azərbaycan Milli Konservatoriyasını bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrarura pilləsinə daxil olub.
Almaxanım Əhmədli 2023-cü ildə Fərqlənmə diplomu ilə magistratura təhsil pilləsi üzrə məzun olub.
Fəaliyyəti
- Almaxanım Əhmədli 2023-cü il, 24 Oktyabrda ABŞ-nın Kaliforniya ştatında Heydər Əliyev-in 100 illiyi münasibətilə solo konsert vermişdir.
- Almaxanım Əhmədli 2023-cü il, 21 Oktyabrda ABŞ-nın Şimali Koralina ştatında Aziz Sancar adına mədəniyyət mərkəzində Heydər Əliyev-in 100 illiyi münasibətilə solo konsert vermişdir.
- 2023-cü il 29 May Heydər Əliyev Sarayında Az. TV- nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, bir çox müsabiqələrin mükafatçısı, gənc və istedadlı ifaçı Almaxanım Əhmədlinin solo konserti olub
- 2023-cü il 3 mayda Pakistanda ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə səfirliyimizin keçirdiyi tədbirdə Almaxanım Əhmədli "Bayatı- türk" muğam triosu ilə çıxış edib
- 2022-ci il 26 dekabrda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İsveçin Malmö şəhərində konsert vermişdir
- 2022-ci il 28–29 mayda Beynəlxalq Muğam Mərkəzində ikinci solo konsertini vermişdir
- 2021-ci ildə Moskvada konsert proqramında çıxış edib
- 2019-cu ildə Qüdsdə solo konsert verib
- 2018-ci ildə Tacikistanın Düşənbə şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə solo konsert verib
- 2017-ci ildə Beynəlxalq Muğam Mərkəzində ilk solo konsertini verib
- V Respublika Muğam Müsabiqəsi — 1-ci yeri qazanıb
- 2017-ci ildən Aztv-nin solisti kimi fəaliyyət göstərir.
- 2017-ci ilin iyun ayının 12-də Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi — baş mükafatçısı olmuş, "Qran Piri" mükafatı ilə təltif olunmuşdur. Almaxanım Əhmədlinin müsabiqə ərzində oxuduğu dəstgahlar teleradionun "qızıl fond"unda saxlanılacaq. Azərbaycannın əməkdar artisti, gənc xanəndə, muğam ustası Təyyar Bayramovun tələbəsidir.
- 2014-cü ilin oktyabr ayının 7-dən televiziya ekranlarında çıxış edir. Hal-hazırda Amerikanın 7, Avropanın 4 televiziyasında ifaları yayımlanır. Repertuarında muğam dəstgahları, bəstəkar və xalq mahnıları ilə yanaşı türk, ərəb, fars və ingilis dillərində oxuduğu nəğmələr yer tutur.
- 2014-cü iln mart ayında türk xalqları üzrə beynəlxalq musiqi müsabiqəsinin qalibi kimi "Bürünc" medala layiq görülmüş və diplomla təltif olunmuşdur.
- 2014-cü ilin iyul ayının 13-də muğam, təsnif, xalq və bəstəkar mahnılarından ibarət "Qarabağ" adlı ilk audio diski işıq üzü görmüşdür.
Diskoqrafiya
Albomlar
| Tarix | Albom |
|---|---|
| 2014 | Qarabağ |
| 2020 | Azərbaycanım |
Sinqllar və Kliplər
| 2023 | Yuxum Çin Olmaz |
| 2023 | Sevir Məni |
| 2022 | Eşq |
| 2020 | Selam Söyleyin |
| 2020 | Dünya qapını aç |
| 2021 | Unutdum |
| 2016 | Sevim sevməyim |
| 2020 | Sən olaydın |
| 2020 | Selam söyleyin |
| 2021 | Aşiqəm |
Konsertlər
| Tarix | Məkan |
|---|---|
| 2023 | Heydər Əliyev Sarayı |
| 2022 | Beynəlxalq Muğam Mərkəzi |
| 2022 | Beynəlxalq Muğam Mərkəzi |
| 2017 | Beynəlxalq Muğam Mərkəzi |
| 2018 | Düşənbə |
| 2019 | Qüds |
| 2021 | Moskva |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Almaxanım haqqında məlumat. Almaxanım nədir? Almaxanım nə deməkdir?