Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Almaxanım Vüqar qızı Əhmədli və ya səhnə adı ilə Almaxanım (18 avqust 2001, Bakı) — Azərbaycanlı müğənni, AzTV-nin solisti, Beynəlxalq Muğam Mərkəzinin solisti,

Almaxanım

  • Ana Səhifə
  • Vikipediya
  • Almaxanım

Almaxanım Vüqar qızı Əhmədli və ya səhnə adı ilə Almaxanım (18 avqust 2001, Bakı) — Azərbaycanlı müğənni, AzTV-nin solisti, Beynəlxalq Muğam Mərkəzinin solisti, VI Muğam Televiziya Müsabiqəsinin qalibi.

Almaxanım
Almaxanım Vüqar qızı Əhmədli
Ümumi məlumatlar
Doğum tarixi 18 avqust 2001 (24 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Vüqar Əhməd
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Fəaliyyət illəri 2014—h.h.
Janrlar Pop, Folk
Musiqi alətləri Qaval, kamança
Təhsili AMK, ADMİU
Mükafatları "Qran Pri" mükafatı
almaxanim.az

Mündəricat

Həyatı

Almaxanım Əhmədli 2001-ci il avqust ayının 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Görkəmli ədəbiyyatşünas alim, şair, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin qızıdır. 2006–2014-cü illərdə S. C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında oxumuşdur. 2017-ci ildə Bakı şəhəri M. Ə. Sabir adına orta məktəbi əla qiymətlərlə bitirmişdir. 2017-ci ildə Səid Rüstəmov adına Bakı şəhəri 13 saylı musiqi məktəbinin "Muğam" şöbəsini qırmızı diplomla bitirmişdir. 2017-ci ildə Azərbaycan Milli Konservatoriyasının Solo oxuma fakültəsinə daxil olub. 2021-ci ildə Azərbaycan Milli Konservatoriyasını bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrarura pilləsinə daxil olub.

Almaxanım Əhmədli 2023-cü ildə Fərqlənmə diplomu ilə magistratura təhsil pilləsi üzrə məzun olub.

Fəaliyyəti

  • Almaxanım Əhmədli 2023-cü il, 24 Oktyabrda ABŞ-nın Kaliforniya ştatında Heydər Əliyev-in 100 illiyi münasibətilə solo konsert vermişdir.
  • Almaxanım Əhmədli 2023-cü il, 21 Oktyabrda ABŞ-nın Şimali Koralina ştatında Aziz Sancar adına mədəniyyət mərkəzində Heydər Əliyev-in 100 illiyi münasibətilə solo konsert vermişdir.
  • 2023-cü il 29 May Heydər Əliyev Sarayında Az. TV- nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, bir çox müsabiqələrin mükafatçısı, gənc və istedadlı ifaçı Almaxanım Əhmədlinin solo konserti olub
  • 2023-cü il 3 mayda Pakistanda ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə səfirliyimizin keçirdiyi tədbirdə Almaxanım Əhmədli "Bayatı- türk" muğam triosu ilə çıxış edib
  • 2022-ci il 26 dekabrda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İsveçin Malmö şəhərində konsert vermişdir
  • 2022-ci il 28–29 mayda Beynəlxalq Muğam Mərkəzində ikinci solo konsertini vermişdir
  • 2021-ci ildə Moskvada konsert proqramında çıxış edib
  • 2019-cu ildə Qüdsdə solo konsert verib
  • 2018-ci ildə Tacikistanın Düşənbə şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə solo konsert verib
  • 2017-ci ildə Beynəlxalq Muğam Mərkəzində ilk solo konsertini verib
  • V Respublika Muğam Müsabiqəsi — 1-ci yeri qazanıb
  • 2017-ci ildən Aztv-nin solisti kimi fəaliyyət göstərir.
  • 2017-ci ilin iyun ayının 12-də Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi — baş mükafatçısı olmuş, "Qran Piri" mükafatı ilə təltif olunmuşdur. Almaxanım Əhmədlinin müsabiqə ərzində oxuduğu dəstgahlar teleradionun "qızıl fond"unda saxlanılacaq. Azərbaycannın əməkdar artisti, gənc xanəndə, muğam ustası Təyyar Bayramovun tələbəsidir.
  • 2014-cü ilin oktyabr ayının 7-dən televiziya ekranlarında çıxış edir. Hal-hazırda Amerikanın 7, Avropanın 4 televiziyasında ifaları yayımlanır. Repertuarında muğam dəstgahları, bəstəkar və xalq mahnıları ilə yanaşı türk, ərəb, fars və ingilis dillərində oxuduğu nəğmələr yer tutur.
  • 2014-cü iln mart ayında türk xalqları üzrə beynəlxalq musiqi müsabiqəsinin qalibi kimi "Bürünc" medala layiq görülmüş və diplomla təltif olunmuşdur.
  • 2014-cü ilin iyul ayının 13-də muğam, təsnif, xalq və bəstəkar mahnılarından ibarət "Qarabağ" adlı ilk audio diski işıq üzü görmüşdür.

Diskoqrafiya

Albomlar

TarixAlbom
2014Qarabağ
2020Azərbaycanım

Sinqllar və Kliplər

2023Yuxum Çin Olmaz
2023Sevir Məni
2022Eşq
2020Selam Söyleyin
2020Dünya qapını aç
2021Unutdum
2016Sevim sevməyim
2020Sən olaydın
2020Selam söyleyin
2021Aşiqəm

Konsertlər

TarixMəkan
2023Heydər Əliyev Sarayı
2022Beynəlxalq Muğam Mərkəzi
2022Beynəlxalq Muğam Mərkəzi
2017Beynəlxalq Muğam Mərkəzi
2018Düşənbə
2019Qüds
2021Moskva

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Almaxanım haqqında məlumat. Almaxanım nədir? Almaxanım nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Marsela Temer

  • Fevral 27, 2026

    İnternasionalizm

  • Fevral 27, 2026

    Alfons Muxa

  • Fevral 27, 2026

    Frenk Sinatra

  • Fevral 27, 2026

    Bəhmənyar Azərbaycani

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst