Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Allahyar Aslan ağa oğlu Cavanşirov (5 fevral 1907, Şuşa – 17 fevral 1972, Bakı) — Azərbaycan musiqiçisi, tarzən.

Allahyar Cavanşirov

  • Ana Səhifə
  • Vikipediya
  • Allahyar Cavanşirov

Allahyar Aslan ağa oğlu Cavanşirov (5 fevral 1907, Şuşa – 17 fevral 1972, Bakı) — Azərbaycan musiqiçisi, tarzən.

Allahyar Cavanşirov
Ümumi məlumatlar
Doğum tarixi 5 fevral 1907
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 17 fevral 1972 (65 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı  Rusiya İmperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Fəaliyyət illəri 1922–1972
Musiqi aləti tar

Həyatı

Allahyar Cavanşirov 1907-ci ildə Şuşada Aslan ağanın ailəsində anadan olub. Kiçik yaşlarından qrammafon vallarında və el şənliklərində o dövrün böyük sənətkarlarına qulaq asa-asa özü də tarzənliyə böyük həvəs göstərib. Çalışqanlığı, əzmkarlığı sayəsində 15 yaşından başlayaraq qardaşı Xanı tarda müşayiət edib. Bu musiqiçi qardaşların sorağı tez bir zamanda bütün Qafqazda yayılıb.

A.Cavanşirov keçən əsrin 30-cu illərinin əvvəllərində Bakıda keçirilən dövlət konsertlərinin birində Xan Şuşinskini tarda müşayiət edirmiş. Qardaşların gözəl ifası konsertə tamaşa edən M.C.Bağırovun o qədər xoşuna gəlir ki, səhəri gün onları Bakıya dəvət edib evlə təmin olunmaları haqqında göstəriş verib. Bakıya köçən A.Cavanşirov Azərbaycan Dövlət Filarmoniyasına işə düzəlib. 1939-cu ildən 1969-cu ilə kimi – 30 il filarmoniyada çalışıb. İkinci Dünya müharibəsi zamanı ön cəbhədə əsgərlər qarşısında dəfələrlə çıxış edib, filarmoniyanın kollektivi ilə birlikdə bir çox ölkələrdə qastrol səfərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan dekadasındakı çıxışına görə fəxri fərman alıb. Allahyar Cavanşirov çox dostcanlı olduğu üçün evi həmişə qonaq-qaralı olub.Onun dostları içərisində xalq şairi Səməd Vurğunun, xalq yazıçısı Mirzə İbrahimovun, dirijor Niyazinin və başqlarının adlarını qeyd etmək olar. Səməd Vurğunla Şuşada, İsa bulağındakı görüşlərində xalq şairi Allahyarın tarını alıb müxtəlif havalar çalarmış.

Görkəmli sənətkar Allahyar Cavanşirov 1972-ci ildə 65 yaşında Bakıda vəfat edib.

Xan Şuşinskinin qardaşıdır.

Həmçinin bax

  • Xan Şuşinski
  • Cavanşirlər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Allahyar Cavanşirov haqqında məlumat. Allahyar Cavanşirov nədir? Allahyar Cavanşirov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nəməngan vilayəti

  • Fevral 27, 2026

    Çiçəkli (Sabirabad)

  • Fevral 27, 2026

    Sinqa

  • Fevral 27, 2026

    Prabovo Subianto

  • Fevral 27, 2026

    Yuyçzülyü Polomen

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst