Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aleksey Yevqrafovic Favorski (rus. Алексей Евграфович Фаворский; 20 fevral (3 mart) 1860, Pavlovo kəndi — 8 avqust 1945) Leninqrad Nijni Novqorod vilayəti), rus

Aleksey Favorski

  • Ana Səhifə
  • Vikipediya
  • Aleksey Favorski

Aleksey Yevqrafovic Favorski (rus. Алексей Евграфович Фаворский; 20 fevral (3 mart) 1860, Pavlovo kəndi — 8 avqust 1945) Leninqrad Nijni Novqorod vilayəti), rus, sovet üzvi-kimyaçısı, birinci dərəcəli Stalin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı (1945), SSRİ EA-nın (1929) akademiki.

Aleksey Favorski
Алексей Евграфович Фаворский
A. Favorski
A. Favorski
Doğum tarixi 20 fevral 1860
Doğum yeri Pavlovo kəndi, Nivniqorod vilayəti,
Rusiya İmperiyası Rusiya imperiyası
Vəfat tarixi 8 avqust 1945 (85 yaşında)
Vəfat yeri Leninqrad, SSRİ
Dəfn yeri
  • Volkovo qəbiristanlığı[d]
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
SSRİ SSRİ
Elm sahəsi Üzvi kimya
Elmi dərəcəsi kimya elmləri doktoru (1895)
Elmi adı professor (1896)
İş yerləri Peterburg universiteti, Sankt-Peterburg dövlət texnologiya institutu
Alma-mater Peterburg universiteti
Təhsili
  • Sankt-Peterburq Universitetinin Fizika və Riyaziyyat fakültəsi[d]
Elmi rəhbəri A. M. Butlerov
Tanınmış yetirmələri V. N. İpatyev,
S. V. Lebedev,
A. E. Poray-Koshis
Üzvlüyü
  • Rusiya Elmlər Akademiyası (1922–1929),
  • Rusiya Elmlər Akademiyası (1929)
Mükafatları

Sosialist Əməyi Qəhrəmanı — 19451945
"Lenin" ordeni — 19441944 "Lenin" ordeni — 19441944 "Lenin" ordeni — 19451945
"Lenin" ordeni — 19451945 "Qırmızı əmək bayrağı" ordeni — 19401940

"Stalin" mükafatı — 19511951
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tərcümeyi-hal

Nijniqorod və Voloqodsk gimnaziyalarında orta təhsilini alıb. 1878-ci ildə imperator SPb universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinə daxil olub, 1882-ci ildə namizədlik dərəcəsi ilə kursu bitirmişdir. 4-cü kurs tələbəsi olarkən və universitetin kimya laboratoriyasının Butlerov şöbəsində çalışıb. Universitet laboratoriya işini davam etdirməklə yanaşı, 1883-cü ildə Sankt-Peterburqun 1-ci real məktəbinə daxil olub.

1886-ci ildə universitetin texniki laboratoriyasının laborantı yerini tutub. 1891-ci ildə kimya magistr dərəcəsi üçün dissertasiya müdafiə edib, həmin ildə ona fizika-riyaziyyat fakültəsi tərəfindən privat-dosent qismində analitik kimyanın oxuması tapşırılıb. 1895-ci ildə kimya doktoru dərəcəsi üçün dissertasiya müdafiə edib və 1896-ci ildə SPb universitetində texnologiya və texniki kimya kafedrasında işləyib. Həmçinin SSRİ EA-nın Leninqrad kimya texnologiya institutunda çalışıb. Onun təşəbbüsü ilə yaradılmış Üzvi kimya İnstitutunun ilk direktoru olub (1934-1938).

1910-ci ildən isə həqiqi mülki müşavir.

1945-ci il avqustun 8-də vəfat edib. Sankt-Peterburqda Volkovski qəbiristanlığında dəfn olunub.

Elmi fəaliyyət

A.E. Favorskinin rəhbərliyi altında onun laboratoriyasinda şagirdləri 29 elmi iş həyata keçiriblər. Elmi fəaliyyəti dövründə, doymamış karbohidrogenlərin sıralarında izomerik dəyişikliklər haqqında tədqiqatlar aparmış və bir sıra iş nəşr etmişdir və onlara görə Rusiya Fizika-Kimya Cəmiyyətinin N.N. Sokolova adina mükafatına layiq görülmüşdür.“Rusiya Fizika və Kimya Cəmiyyətinin "jurnalında A.E. Favorskinin dərc olunmuş elmi işləri:

  • «Təkəvəzolunmuş asetilenlərin spirtli qələvilərlə qizdırılmasında baş verən izomerizasiya.»;
  • «İkiəvəzolunmuş asetilenlərin və dimetilallenin metalik natrium və asetilenkarbon turşularının təsiri altinda baş verən»;
  • «Metalik natriumun etilpropilasetilenə təsiri»;
  • «Spitli qələvinin allilenə təsiri»;
  • «Dimetilasetilen və onun tetrabromüru haqqında»;
  • K. İ. Debu ilə birlikdə: «Psevdobutilenin bromtörəmələrinin həndəsi izomeriyası haqqında»;
  • «Spirtli qələvi ilə allenə və dietilen karbohidrogenlərinə təsir»
  • K. A. Krasuskiy ilə birlikdə: «Spirtli qələvi ilə dipropargilə təsir»;
  • «Karbonil birləşmələrinin, xlorlaşmış spirtlərin və halogenləəvəzolunmuş oksidlər sırasında aparılan izomerik çevrilmələrinin tədqiqatı» və s.

O xüsusi kolba icad etdi, hansi ki Favorski kolbası adlandırıldı.

A.E.Favorski üzvi kimyaçılar məktəbi yaratmışdır. A.E.Favorski və şagirdlərinin doymamış birləşmələrin sahəsində aparılan işləri SSRİ-nin kauçuk sintezi sənayəsinin nəzəri əsasları idi.

Mükafatlar

  • 1929 — A.M. Butlerov Russian fiziki-kimyəvi Cəmiyyətinin laureatıdır.
  • 1940 — O, Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.
  • 1941 — İzoprene rezin sintezi sənaye üsulu inkişafı üçün birinci dərəcəli Stalin mükafatı laureatı.
  • 1944-1945 — O, Lenin (04/05/1944, 12/09/1944, 03/04/1945, 10/06/1945) dörd Sərəncamlarina layiq görülmüşdür.

Xatirə

Kimya İrkutsk İnstitutunun Rusiya Elmlər Akademiyasının Sibir şöbəsi akademik Favorski adına layiq görülmüşdür. Sankt-Peterburqda və Pavlovoda küçələr onun adını daşıyır.

Qeydlər

  1. A.E. Favorskinin Sankt-Peterburqdakı qəbri
  1. Летопись Российской академии наук. Т. VII. 1946—1953 (rus.). Москва: Архив Российской академии наук, 2022. С. 772. 896 с. 300 экз. ISBN 978-5-6046932-6-1

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleksey Favorski haqqında məlumat. Aleksey Favorski nədir? Aleksey Favorski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zəncirvari reaksiya

  • Fevral 27, 2026

    Kərəc şəhristanı

  • Fevral 27, 2026

    Sevda Ağazadə

  • Fevral 27, 2026

    Pasarofça müqaviləsi

  • Fevral 27, 2026

    Bella Torn

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst