Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ser Aleksandr Çepmen Ferqyuson (ing. Sir Alexander Chapman "Alex" Ferguson; 31 dekabr 1941[…], Qaven və ya Qlazqo) — keçmiş Şotlandiya futbolçusu və baş məşqçis

Aleks Ferqyuson

  • Ana Səhifə
  • Vikipediya
  • Aleks Ferqyuson

Ser Aleksandr Çepmen Ferqyuson (ing. Sir Alexander Chapman "Alex" Ferguson; 31 dekabr 1941[…], Qaven və ya Qlazqo) — keçmiş Şotlandiya futbolçusu və baş məşqçisi. O, ən çox 1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi kimi tanınır. O, bir çoxları tərəfindən futbol tarixinin ən yaxşı baş məşqçilərindən biri sayılır və futbol tarixində heç bir məşqçi ondan daha çox titul qazanmayıb. Ferqyusonun daha bir fərqli xüsusiyyəti kimi onun gəncləri dəyərləndirməsi göstərilir, xüsusən də 1990-cı illərdə klubun dünyanın ən zəngin və ən uğurlu komandalarından birinə çevrilməsinə töhfə verən "Class of '92" adlanan qrup oyunçular bu kateqoriyaya şamil edilir.

Aleks Ferqyuson
ing. Alex Ferguson
Ümumi məlumatlar
Tam adı Aleksandr Çepmen Ferqyuson
Ləqəbi Fergi, SAF
Doğum tarixi 31 dekabr 1941(1941-12-31)[…] (84 yaş)
Doğum yeri
  • Qaven, Şotlandiya, Birləşmiş Krallıq və ya
  • Qlazqo, Şotlandiya, Birləşmiş Krallıq
Vətəndaşlığı Şotlandiya Şotlandiya
Boyu 180 sm
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası
1958—1960 Şotlandiya Kuinz Park 31 (11)
1960—1964 Şotlandiya Sent-Conston 37 (19)
1964—1967 Şotlandiya Danfermlin Atletik 89 (66)
1967—1969 Şotlandiya Reyncers 41 (25)
1969—1973 Şotlandiya Falkirk 95 (37)
1973—1974 Şotlandiya Eyr Yunayted 24 (9)
1958—1974 Cəmi 317 (167)
Milli yığma
1967 Scotland B national football team 7 (9)
Məşqçisi olduğu klublar
1974 Şotlandiya İst Sterlinqşir
1974—1978 Şotlandiya Sent-Mirren
1978—1986 Şotlandiya Aberdin
1985—1986 Şotlandiya Şotlandiya
1986—2013 İngiltərə Mançester Yunayted

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ferqyuson "Danfermlin Atletik" və "Reyncers" də daxil olmaqla hücumcu kimi müxtəlif Şotlandiya klublarında çıxış edib. "Danfermlin" klubunda keçirdiyi 1965–66 mövsümdə o, Şotlandiya çempionatının bombardir siyahısına başçılıq edirdi. Oyunçu karyerasının sonuna yaxın o, həm də məşqçi kimi çalışırdı, sonra məşqçilik karyerasına "İst Sterlinqşir" və "Sent-Mirren" komandalarında başladı. Ferqyuson daha sonra Aberdin klubunun baş məşqçisi kimi çox uğurlu bir dövr keçirdi, həmin klubla o, üç Şotlandiya liqa çempionluğu, dörd Şotlandiya Kuboku və 1983-cü ildə UEFA Kuboklar Kubokunu qazandı. Con Steynin vəfatından sonra qısa müddət ərzində Şotlandiya millisinə başçılıq etdi və 1986 Dünya Kubokunun final mərhələsinə yüksəldi.

Ferqyuson 1986-cı ilin noyabrında “Mançester Yunayted”in baş məşqçisi təyin edildi. "Mançester Yunayted"də keçirdiyi 26 il ərzində o, 38 kubok, o cümlədən 13 Premyer Liqa, 5 Federasiya Kuboku və 2 UEFA Çempionlar Liqası titulunu qazandı. O, futbol oyunu üzrə xidmətlərinə görə 1999-cu ildə kraliça ona "Cəngavər" adını verdi. Ferqyuson 19 dekabr 2010-cu ildə ser Mett Basbinin rekordunu geridə qoyaraq, "Mançester Yunayted"in ən uzun müddət çalışmış baş məşqçisi oldu. O, son mövsümündə Premyer Liqanın qalibi olmaqla 2012-13 mövsümünün sonunda baş məşqçi postundan istefa verdi.

Mündəricat

Karyerası

Ferqyuson məşqçilik karyerasına 1974-cü ildə – 32 yaşında başladı. East Stirlinqşir klubunda həftəlik 40 funt-sterlinq qarşılığında çalışan şotlandiyalının bu macərası uzun sürmədi və 4 ay sonra başına keçdiyi Sent Mirreni 1974–1978-ci illərdə çalışdırdı. Bu klubda ilk dəfə çempionluq sevinci yaşayan Ferqyuson daşa sonra ölkənin ən köklü klublarından olan Aberdeenə təxminən 9 il rəhbərlik etdi və kluba tarixinin ən uğurlu dönəmini yaşatdı. Daha sonra isə Şotlandiya millisinin rəhbərliyinə keçdi. Və milli komanda karyerasının ardınca – 6 noyabr 1986-cı ildə həm özünün, həm də futbola bağlı bir çox insanın taleyini dəyişən imzanı atdı. İngiltərənin ən köklü klubu Mançester Yunayted ilk vaxtlar gözlənilən uğurları qazana bilməyən şotlandla yoluna davam etməkdə israr etdi və Ferqyuson sonradan qazandığı nəticələrlə onların nə qədər haqlı olduğunu bütün dünyaya sübut edə bildi. Ferqyusonlu Mançester Yunayted ilk 6 mövsümdə Premyer Liqanı ikinci sırada başa vurdu. Ancaq 1992–1993 mövsümü 52 yaşlı mütəxəssis üçün dönüş nöqtəsi oldu. Səbrlə gözlənilən uğurlar üçün doğru zamanın yetişdiyini hər kəs anlayırdı. Həmin il Premyer Liqada ilk çempionluğunu qazanan şotland mütəxəssis Mançester Yunaytedin çempionluqlarının sayını 8-ə yüksəltdm. Bu tarixdən sonra oturuşmuş sistemin "meyvələri"nin toplanması prosesi başlanacaqdı. Bundan əvvəl sadəcə bir dəfə – 1967–1968 mövsümündə Avropanın bir nömrəli kubokunu muzeyinə aparan "qırmızı şeytanlar" uzun müddətdən sonra "şeytanın qıçını qırdı". Ferqyuson və yetirmələri Nou Kampdakı finalda "Bavariya"nı 2:1 hesabı ilə yenərək, Çempionlar Kubokuna sahib çıxdı.

Böyük uğurlarla adını tarixə yazdıran Ferqyuson 2012–2013 mövsümdə də komandanı çempion edərək, istefa qərarını açıqladı.

Nailiyyətləri

Ferqyuson başçılıq etdiyi Mançester Yunayted Premyer Liqanın (13 dəfə), Federasiya Kubokunun (5), Liqa Kubokunun (4), Super Kubokun (10), UEFA Çempionlar Liqasının (2), UEFA Kuboklar Kubokunun (1), UEFA Super Kubokunun (1), UEFA İntertoto Kubokunun (1) və klublararası dünya çempionatının (1) qalibi olub.

  • İngiltərə Çempionu: 1993, 1994, 1996, 1997, 1999, 2000, 2001, 2003, 2007, 2008, 2009, 2011, 2013;
  • İngiltərə Kuboku: 1990, 1994, 1996, 1999, 2004;
  • Liqa Kuboku: 1992, 2006, 2009, 2010;
  • Çariti Şild: 1990, 1993, 1994, 1996, 1997, 2003, 2007, 2008, 2010, 2011;
  • Şotlandiya Çempionu: 1980, 1984, 1985;
  • Şotlandiya I divizyonu: 1977;
  • Şotlandiya Kuboku: 1982, 1983, 1984, 1986;
  • Şotlandiya Liqa Kuboku: 1986;
  • Çempionlar Liqası: 1999, 2008;
  • Kuboklar Kuboku: 1983, 1991;
  • Avropa Super Kuboku: 1991;
  • Qitələrarası Kubok: 1999;
  • Klublararsı Dünya Çempionatı 2008;
  • Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (IFFHS) versiyasına görə, 1999-cu və 2008-ci ilin ən yaxşı məşqçisidir.

Xüsusi mükafatlar

  • II Elizabet tərəfindən Cəngavər titulu: 1999
  • İngiltərə futbolunun Şöhrət Zalı: 2012

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleks Ferqyuson haqqında məlumat. Aleks Ferqyuson nədir? Aleks Ferqyuson nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aşağı Əylis

  • Fevral 27, 2026

    Cənubi Mesopotamiya

  • Fevral 27, 2026

    Geta (imperator)

  • Fevral 27, 2026

    Özbək

  • Fevral 27, 2026

    Heca

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst