Geta (lat. Publius Septimius Geta; 7 mart 189, Roma və ya Milan – 26 dekabr 211, Roma) — Severlər sülaləsinə mənsub Roma imperatoru.
| Geta | |
|---|---|
| lat. Publius Septimius Geta | |
| |
| 209 – 26 dekabr 211 | |
| Əvvəlki | Septimi Sever |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 7 mart 189 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 26 dekabr 211 (22 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri |
|
| Fəaliyyəti | mesenat[d] |
| Atası | Septimi Sever |
| Anası | Yuliya Domna |
| Ailəsi | Sever sülaləsi |
| Dini | Qədim Romada din |
Bioqrafiyası
O, Septimi Sever ilə Yuliya Domnanın kiçik oğlu idi. Atası və böyük qardaşı imperator elan edildikdə ona sezar titul verildi (28 yanvar 198). 210-cu ildə isə avqust elan edildi və atasının (indiki Yorkda) 211-ci ildəki ölümündən sonra qardaşı Karakalla ilə birlikdə imperator oldu. Qardaşlar arasında şiddətli rəqabət var idi. Atalarının sağlığında bu rəqabət Roma ictimaiyyətindən gizli saxlanılırdı. Lakin Septimi Severin ölümündən sonra bu rəqabət gizli qalmadı: qardaşlar müxtəlif hərbi birləşmələr təşkil etdilər. Vətəndaş müharibəsi təhlükəsi 211-ci ilin dekabrınadək davam etdi. Həmin vaxt Karakalla Getanı praetorian qvardiyasına öldürtdü. Rəvayətə görə, anasının qucağında, imperator sarayındakı onun mənzilində.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Geta (imperator) haqqında məlumat. Geta (imperator) nədir? Geta (imperator) nə deməkdir?
