Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əldərə, Aldərə — Yelizavetpol quberniyasının (Gəncə) Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd.Digər adı Əlidamı.

Aldərə

  • Ana Səhifə
  • Vikipediya
  • Aldərə

Əldərə, Aldərə — Yelizavetpol quberniyasının (Gəncə) Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd.Digər adı Əlidamı.

Əldərə
38°56′18″ şm. e. 46°20′42″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Sünik mərzi
Rayon Meğri rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 62,9 km²
Mərkəzin hündürlüyü 600 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 352 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Digər
aldara.az/index.php?menu_id=info
Xəritəni göstər/gizlə
Əldərə xəritədə
Əldərə
Əldərə
Əldərə xəritədə
Əldərə
Əldərə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Rayon mərkəzindən 12 km cənub-şərqdə, Araz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Əlidərə formasında qeyd edilmişdir. XIV–XVI əsrlərə aid albanlarla bağlı tarixi abidələrin (alban kilsəsi, qala və s.) qalıqları indi də durur.

Toponimi

Toponim qədim Azərbaycan dilində "qırmızı" mənasını bildirən al sözü ilə (üzün allanması ifadəsində indi də özünü göstərir) "dərin çuxur" mənasında ifadə edən dərə sözünün birləşməsindən formalaşmışdır və "qırmızı dərə" mənasını ifadə edir. Kəndin salındığı ərazinin torpağı qırmızı suxurlardan ibarət olduğu üçün kənd Aldərə adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.Kənd "Əli dərədə" yarandığına görə həmin dərənin adını qəbul еtmişdir. Həmin dərədə yеrləşən və Əlidərə adlanan göl isə XX əsrin 30-cu illərində Alidzor adlandırılmışdır

Aldərə çayı

Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda çay. Araz çayına axıb tökülür.

Əhalisi

Kənddə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1904-cü ildə 1505 nəfər, 1914-cü ildə 1987 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq kənd sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar 1922–1924-cü illərdə tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1926-cı ildə 414 nəfər, 1931-ci ildə 490 nəfər, 1959-cu ildə 601 nəfər, 1970-ci ildə 831 nəfər, 1979-cu ildə 784 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın 24–28-də kəndin sakinləri — azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. 1918-ci ildə əhalisi qovulmuş, lakin 1926-cı ildə qayıtmışdır. 1988-ci ildə kəndin əhalisi yеnidən Azərbaycana qovulmuşdur

Tanınmış şəxsiyyətləri

  • Fərəc bəy Hüseynbəyov — xeyriyyəçi
  • Firudin Ağayev — Sosialist Əməyi Qəhrəmanı (1943)
  • Gülzar İbrahimova — yazıçı-publisist, şair, jurnalist, H.Zərdabi mükafatçısı, AYB Prezident təqaüdçüsü
  • Abbas Bağırov — Azərbaycan Dəmiryol idarəsi rəisi
  • Məmməd Qurbanov — Azərbaycan SSR mədəniyyət naziri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aldərə haqqında məlumat. Aldərə nədir? Aldərə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Brayton Universiteti

  • Mart 01, 2026

    Anguimorpha

  • Fevral 27, 2026

    Munis Şərifov

  • Fevral 27, 2026

    Qaya Alp

  • Fevral 27, 2026

    Yayma (qida)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst