Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmməd Qurban oğlu Qurbanov (dekabr 1911, Aldərə, Zəngəzur qəzası – 21 dekabr 1979, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR mədəniyyət naziri (1955–196

Məmməd Qurbanov

  • Ana Səhifə
  • Vikipediya
  • Məmməd Qurbanov

Məmməd Qurban oğlu Qurbanov (dekabr 1911, Aldərə, Zəngəzur qəzası – 21 dekabr 1979, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR mədəniyyət naziri (1955–1960, 1963–1965), Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin sədri (1969–1979), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1954–1955), Azərbaycan Kommunist Partiyası Vartaşen Rayon Komitəsinin birinci və ikinci katibi.

Məmməd Qurbanov
Azərbaycan SSR mədəniyyət naziri
26 mart 1955 – 15 mart 1960
ƏvvəlkiMəmməd Ələkbərov
SonrakıAbdulla Bayramov
22 oktyabr 1963 – 24 iyun 1965
ƏvvəlkiAbdulla Bayramov
SonrakıRauf Hacıyev
Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsinin sədri
7 fevral 1969 – 3 iyul 1979
SonrakıAzad Şərifov
Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi
aprel 1954 – 1955
ƏvvəlkiMəmməd İsgəndərov
SonrakıTofiq Allahverdiyev
Azərbaycan Kommunist Partiyası Vartaşen Rayon Komitəsinin birinci katibi
oktyabr 1941 – 19??
Azərbaycan Kommunist Partiyası Vartaşen Rayon Komitəsinin ikinci katibi
mart 1941 – oktyabr 1941
Şəxsi məlumatlar
Doğum tarixi dekabr 1911(1911-12)
Doğum yeri
  • Aldərə, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 21 dekabr 1979(1979-12-21) (67–68 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • II Fəxri Xiyaban
Fəaliyyəti siyasətçi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni — 19461946

Mündəricat

Həyatı

Məmməd Qurbanov 1911-ci ildə Zəngəzur qəzasının Mərzit (Aldərə) kəndində yoxsul ailədə anadan olmuşdur. 1921-ci ildə Gəncədə ibtidai məktəbə, sonra isə Bakıda Dəmir yolu texniki-peşə məktəbinə daxil olmuşdur. 1925-ci ildə həmin məktəbdə Lenin komsomolunun üzvlüyünə qəbul olunmuşdur. 1929-cu ildə fabrik-zavod şagirdliyi məktəblərinin Bakı yolu məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Kirovabad (Gəncə) parovoz deposunda çilingər kimi başlamışdır. 1930–1935-ci illərdə Məmməd Qurbanov Tbilisi fəhlə dəmiryolu məktəbində, N.Nərimanov adına Bakı Sənaye Texnikumunda təhsil almış, Hərbi təyyarəçilər məktəbinin kursantı olmuşdur. 1935-ci ildən 1940-cı ilədək Kirovabad Şəhər Komsomol Komitəsinin katibi, Şəhər bədən tərbiyəsi və idman komitəsinin sədri, şəhər Xalq Maarif şöbəsinin müdiri, "Kirovabad bolşeviki" qəzetinin redaktoru vəzifələrində işləmişdir.

1941-ci ilin mart ayında Vartaşen (hazırkı Oğuz) Rayon Partiya Komitəsinin II katibi, həmin ilin oktyabr ayında I katibi seçilmişdir. 1949-cu ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini bitirdikdən sonra Məmməd Qurbanov Azərbaycan KP Bakı Komitəsinin Təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təsdiq edilmiş, sonralar Azərbaycan SSR Nazirlər Soveti yanında Radio İnformasiya Komitəsinin sədri, Kirovabad Vilayət Partiya Komitəsinin Təbliğat və təşviqat şöbəsinin müdiri olmuşdur. Məmməd Qurbanov 1953-cü ildə Bakı şəhər Partiya Komitəsinin katibi, sonralar I katibi seçilmişdir. 1955-ci ildə Azərbaycan SSR mədəniyyət nazirinin müavini, 1955–1960 və 1963–1965-ci illərdə Azərbaycan SSR mədəniyyət naziri, Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin sədr müavini, 1969–1979-cu illərdə isə sədri vəzifələrində işləmişdir.

Məmməd Qurbanov respublikanın ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Azərbaycan KP MK-nın üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Onun xidmətləri "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenləri ilə təltif edilmişdir.

Məmməd Qurban oğlu Qurbanov 21 dekabr 1979-cu ildə vəfat etmişdir.

Təltifləri

  • "Qırmızı əmək bayrağı" ordeni (1959)
  • "Şərəf nişanı" ordeni (25 fevral 1946, 1971)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmməd Qurbanov haqqında məlumat. Məmməd Qurbanov nədir? Məmməd Qurbanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Təzkirə

  • Fevral 27, 2026

    Ferromaye

  • Fevral 27, 2026

    Jane Seymour

  • Fevral 27, 2026

    Falerli Demetri

  • Fevral 27, 2026

    Bar konfederasiyası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst