Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Alaşəhər (türk. Alaşehir, Türkcə tələffüz: [aˈɫaʃehiɾ]) — Türkiyənin Manisa vilayətinin bələdiyyəsi və rayonu. Sahəsi 971 km²-dir, əhalisi isə 2022-ci ilə görə

Alaşehir

  • Ana Səhifə
  • Vikipediya
  • Alaşehir

Alaşəhər (türk. Alaşehir, Türkcə tələffüz: [aˈɫaʃehiɾ]) — Türkiyənin Manisa vilayətinin bələdiyyəsi və rayonu. Sahəsi 971 km²-dir, əhalisi isə 2022-ci ilə görə 104.717 nəfərdir. Şəhər Quzuçay vadisində, Bozdağ dağının ətəyində yerləşir. Alaşəhər İzmir şəhəri ilə 105 km uzunluğunda dəmir yolu xətti vasitəsilə əlaqələndirilmişdir.

Alaşəhər
Alaşehir
38°21′ şm. e. 28°31′ ş. u.HGYO
Ölkə
  •  Türkiyə
Tarixi və coğrafiyası
Sahəsi
  • 1.015,26 km²
Mərkəzin hündürlüyü 189 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 105.145 nəf. (2020)
Digər
alasehir.bel.tr
Alaşəhər xəritədə
Alaşəhər
Alaşəhər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antik dövrdə Filadelfiya (yun. Φιλαδέλφεια, hərf. "qardaşını sevən şəxsin şəhəri") adı ilə salınmışdır və 1390-cı ildə Osmanlı imperiyası tərəfindən fəth edilənədək bu adla tanınmışdır.

Alaşəhər Gediz çayının geniş və münbit düzənliyinə hakim yüksəklik üzərində yerləşir, uzaqdan baxıldıqda möhtəşəm bir görünüş təqdim edir. Şəhərdə təxminən 45 məscid mövcuddur. Burada kiçik sənaye sahələri və yarmarka ticarəti inkişaf etmişdir. Mineral bulaqlardan birindən əldə edilən yüksək minerallı su Türkiyə üzrə məşhurdur.

Türkiyə daxilində şəhərin adı əsasən qurudulmuş Sultanə üzümü (kişmiş) ilə assosiasiya olunur. Bununla yanaşı, son onilliklərdə qurudulmuş məhsulla müqayisədə daha az əmək tələb edən təzə üzüm istehsalı da əhəmiyyət qazanmışdır. Filadelfiya adı ilə Alaşəhər erkən xristianlıq və Bizans dövrlərində olduqca mühüm mərkəz olmuşdur. XX əsrin əvvəllərinə qədər pravoslav xristianlığın güclü mərkəzlərindən biri olaraq qalmış, bu gün də Roma-Katolik Kilsəsinin titul yeparxiyalarından biri hesab olunur.

Mündəricat

Adı

Türk dilində "Alaşehir" adı "rəngarəng şəhər" mənasını verir və ilk dəfə XIII əsr tarixçisi İbn Bibinin xatirələrində qeyd edilmişdir. Şəhər Perqamon kralı II Attal Filadelf (e.ə. 159–138) tərəfindən yunanmənşəli "Filadelfiya" adı ilə salınmışdır. Numizmatik dəlillərə görə, Roma imperatorları Kaliqula (37–41) və Klavdi (41–54) dövrlərində şəhərə qısa müddətlik latınmənşəli Neokaysareya adı verilmişdir. Klavdidən sonra şəhər yenidən Filadelfiya adı ilə tanınmış, lakin imperator Vespasian (69–79) dövründə imperiya sülaləsini şərəfləndirmək məqsədilə Flaviya əlavəsi ilə Flaviya Filadelfiya adından istifadə edilmişdir. Şəhər 1390-cı ildə Osmanlıların fəthinə qədər Filadelfiya adı ilə tanınmışdır.

Coğrafiyası

Filadelfiya tarixi olaraq Lidiya bölgəsində, Tmolos dağının (müasir Bozdağlar) şimal-şərq ətəyində, Hermos çayının (müasir Gediz) cənub qolu olan Koqamida çayının münbit vadisində yerləşirdi. Şəhər Sard və Laodikeya şəhərlərini birləşdirən yol üzərində, Katakekaymena bölgəsinin cənub hissəsində yerləşirdi. Filadelfiya zəlzələlərə qarşı yüksək həssaslığı ilə tanınırdı.

İqlimi

Aralıq dənizi iqlim növündədir. Orta temperatur 18 °C-dir. Ən isti ay iyul ayıdır, 32 °C, ən soyuq ay isə yanvar ayıdır, 5 °C-dir. Orta illik yağıntı miqdarı 871 mm-dir. Ən yağışlı ay yanvar ayıdır, 165 mm yağıntı, ən quraq ay isə iyul ayıdır, 13 mm yağıntı düşür.

Tarixi

Müqəddəs İohann kilsəsi.

Antik dövrdə Lidiya vilayətinin son Roma dövrü yepiskopal sədrləri "Annuario Pontificio" kitabında titul yeparxiyaları kimi siyahıya alınmışdır.

Alaşəhər bəlkə də Filadelfiya adını daşıyan ilk antik şəhərlərdən biri kimi yaranmışdır. Şəhər e.ə. 189-cu ildə Perqamon kralı II Evmen (e.ə. 197–160) tərəfindən salınmışdır. II Evmen şəhəri qardaşı və varisi II Attal (e.ə. 159–138) üçün "qardaşını sevən" mənasını verən Filadelf ləqəbi ilə adlandırmışdır. Şəhər, çox güman ki, "Vəhy Kitabı"nda qeyd olunan Asiyanın yeddi kilsəsindən biri kimi ən çox tanınır.

Varis olmadığından Perqamonun son kralı III Attal 133-cü ildə vəfat edən zaman öz krallığını, o cümlədən Filadelfiyanı, müttəfiqləri Romaya miras qoymuşdur. Roma 129-cu ildə İoniya və Perqamon krallığını birləşdirmiş, Asiya vilayətini yaratmışdır.

Filadelfiya adını daşıyan bir neçə antik şəhər mövcud idi, lakin yeddi kilsədən biri kimi "Vəhy Kitabı"nda qeyd olunan şəhər olaraq qəbul edilmişdir. Filadelfiya yeddi kilsənin altıncısıdır. "Vəhy" 3:7–13-də xüsusi olaraq "az gücə sahib" Filadelfiya kilsəsinə ünvanlanan məktub qeyd edilmişdir. Şəhərin zəlzələlərə meyilli olması, bəlkə də onun kilsəsinin "məbədin sütunu" olacağı ilə bağlı istinadın səbəbidir.

Kilsə tarixçisi Yevsevi Filadelfiyadan olan Ammiya adlı erkən xristian əzabkeşinin I əsrin sonu və II əsrin əvvəllərində fəaliyyət göstərmiş, Filadelfiya icmasının apostol peyğəmbərlik ənənəsinə töhfə vermiş şəxs kimi qeyd etmişdir. Onun xidmətləri ortodoks xristianlığı ilə uzlaşır, dövrün əsas inanclarına sadiq qalmışdır. Yevsevi onu "Əhdi-cədid altında peyğəmbərlik edən" kimi təsvir etmiş, montanizmdən fərqləndirmişdir.

Filadelfiya Bizans dövründə inkişaf etmiş və VI əsrdə festivalları və məbədləri səbəbindən "kiçik Afina" adlandırılmışdır.

Şəhər bir neçə dəfə Bizans imperatorlarına qarşı üsyan mərkəzi olmuşdur: 1182-ci ildə John Komnenos Vatatzes tərəfindən, 1188–1205 və ya 1206-cı illərdə isə yerli Filadelfiyalı Theodore Mangaphas tərəfindən İsaak II Angelosa qarşı üsyanlar baş vermişdir. Bu dövrdə Filadelfiya episkopluğu metropolis statusuna yüksəldilmişdir. XIV əsrdə Filadelfiya Konstantinopol patriarxı tərəfindən Lidiya metropolisi elan edilmişdir və bu status hələ də qorunur. Bu, Osmanlılara təslim olmaması səbəbilə şəhərə verilmişdir. XIII–XIV əsrlərdə Filadelfiya iqtisadi cəhətdən inkişaf etmiş, burada Genuya Respublikasının ticarət koloniyası mövcud olmuş, şəhər dəri və qırmızı rəngli ipək istehsalında mühüm rol oynamışdır.

Filadelfiya Rodos cəngavərlərinin təsiri altında müstəqil neytral şəhər kimi mövcud olmuş, 1390-cı ildə isə I Bəyazid tərəfindən fəth edilmişdir. Fəthdən əvvəl şəhər Kiçik Asiyada yerləşir son Bizans qalası idi. On iki il sonra Əmir Teymur şəhəri ələ keçirmiş, onun divarını əsir götürdüyü insanların cəsədləri ilə tikdirmişdir. Daha sonra şəhər Cüneyd bəy İzmiroğlunun hakimiyyətinə keçmiş, nəhayət, II Murad tərəfindən ələ keçirilmişdir.

1867–1922-ci illərdə Alaşəhər Osmanlı imperiyasının Aydın vilayətinə daxil olmuşdur. 1890-cı ildə Vital Kuinyenin məlumatına görə, şəhərin əhalisi 17.000 nəfər müsəlman və 4.000 nəfər yunandan ibarət olmuşdur. Yunanıstan–Türkiyə müharibəsinin sonunda Alaşəhər əsasən geri çəkilən yunan qüvvələri tərəfindən yanğınlarla dağıdılmışdır. Petrik Kinross yazmışdır ki, Alaşəhər "sadəcə qara yandırılmış bir boşluq idi, təpəni çirkləndirirdi". Təxminən 3.000 nəfərin öldüyü, 4.500 binadan 4.300-nün yandırıldığı bildirilmişdir.

1969-cu ildə şəhəri 6,7 bal gücündə zəlzələ vurmuş və 53 nəfər həlak olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, alaşehir sözünün mənası, alaşehir haqqında məlumat. alaşehir nədir? alaşehir nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Homo neanderthalensis

  • Fevral 27, 2026

    Aysel Qəribli

  • Fevral 27, 2026

    E.ə. 437

  • Fevral 27, 2026

    Hərəkət

  • Fevral 27, 2026

    Nottingem

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst