Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aişə bint Əbu Bəkr ibn Əbi Quhafə əl-Qureşiyyə ət-Teymiyyə (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin hə

Aişə

  • Ana Səhifə
  • Vikipediya
  • Aişə

Aişə bint Əbu Bəkr ibn Əbi Quhafə əl-Qureşiyyə ət-Teymiyyə (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk Raşidi xəlifə Əbu Bəkrin qızı. Qurana görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir.

Aişə
ərəb. عائشة بنت أَبي بكر‎
Aişənin təsvir olunduğu miniatür
Aişənin təsvir olunduğu miniatür
Doğum tarixi 614(0614)[…]
Doğum yeri
  • Məkkə, Hicaz
Vəfat tarixi təq. 13 iyul 678(0678-07-13) (63–64 yaşında)
Vəfat yeri
  • Mədinə, Əməvilər xilafəti
Dəfn yeri
  • Bəqi qəbiristanlığı
Həyat yoldaşı
  • Məhəmməd (6557–7391)
Atası Əbu Bəkr
Anası Ümmü Ruman bint Amir
Tanınmış yetirməsi Tavus ibn Keysan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiyası

Aişə Məkkədə dünyaya gəlmişdir. O, Qureyş qəbiləsindəndir. Atası məşhur səhabə Əbu Bəkrdir. İlk müsəlmanlardan olan Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. İslamı bacısı Əsma ilə birlikdə qəbul edən Aişə, 624-cü ildə peyğəmbər Məhəmməd ibn Abdullahla evlənmişdir. Aişə Məhəmməd peyğəmbərlə evlənməzdən əvvəl isə Cübeyr ibn Mutim ilə nişanlı olmuşdur.

622-ci ildə Məhəmməd peyğəmbər və digər bir qrup müsəlmanlarla birlikdə Mədinəyə köçmüşdür.

627-ci ildə Bəni Müstəliq qəzvəsində iştirak etmişdir. Bu qəzvədən qayıdarkən yolda boyunbağı və ya ifk hadisəsi baş vermiş, Nur surəsinin müvafiq ayələri nazil olduqdan sonra Aişə bəraət etmişdir.

632-ci ildə atası Əbu Bəkr xəlifə seçilmişdir. 656-cı ildə üçüncü Raşidi xəlifə Osmanın üsyançılar tərəfindən öldürülməsi və Əli ibn Əbu Talibin xəlifə seçilməsindən sonra səhabələr Təlhə, Zübeyr və digərləri ilə birləşib Əliyə tabe olmaqdan boyun qaçırmış və ondan Osmanın qatillərinin cəzalandırılmasını tələb edərək ona qarşı çıxmışdır. Hadisələrin sonrakı gedişatı müsəlmanlar arasında bir sıra döyüşlərə səbəb olmuşdur. Tarixdə Cəməl döyüşü olaraq adlandırılan belə döyüşlərin birində Aişə və tərəfdarları məğlub olmuş, Təlhə döyüş zamanı, Zübeyr isə döyüşdən sonra öldürülmüşdür. Əli qələbədən sonra Aişəni əfv etmiş, onu Mədinəyə yola salmış və ona maaş da kəsmişdir. Aişə ömrünün sonuna qədər Mədinədə yaşamış və orada vəfat etmişdir.

Evlilik yaşı

Son dövrlər Aişənin evlilik yaşı müzarikə mövzusu olmuşdur. Bu müzakirələrin mənbəyi isə Buxarinin rəvayət etdiyi hədisdir. Bu hədislə bağlı müasir teoloq və tədqiqatçılar bunları deyirlər:

TDV İslam Ensiklopediyasının yazıçısı Mustafa Fayda, bəzi müasir tədqiqatçıların irəli sürdükləri (14–18 yaş) iddiaları rədd edərək, Aişənin 614-cü ildə dünyaya gəldiyini, buna görə də evlilik yaşının 9–10 olduğunu iddia edir.

Avstraliyanın Çarlz Stürt Universitetinin teoloqu Dr. Ömər Attila Ergi, Aişənin Peyğəmbərlə evləndiyində 18-19 yaşında olduğunu, Buxarinin rəvayətindəki yaşın Aişənin müheyyiz yaşı olduğunu və dövrün mənbələrinin də bunu sübut etdiyi söyləyir.

Oksford Universitetinin hədis mütəxəssisi Coşua Littl, yazdığı doktorluq dissertasiyasında, Məhəmməd peyğəmbərin Aişə ilə 9 yaşında evləndiyini bildirən hədisin, onun vəfatından 150 il sonra İraqda Hişam ibn Urvə tərəfindən məzhəb təbliğatı məqsəd ilə (yəni Aişənin Fatiməyə qarşı mövqeyini gücləndirmək məqsədilə) nəql edildiyini söyləyir.

Prof. Yaşar Nuri Öztürk Aişənin evləndiyində yaşının ən az 18, Prof. Dr. Süleyman Atəş isə 20 olduğunu söyləyir.

Fəlsəfə doktoru Rauf Məmmədov Aişənin hicrətdən iki il sonra, 624-cü ildə 18-19 yaşında Məhəmməd peyğəmbər ilə nikaha daxil olduğunu və bunun tarixi faktlar tərəfindən də təsdiqləndiyini söyləyir.

Bünyamin Ərula görə Aişənin evlilik yaşı ilə bağlı hər iki tərəfin də (9-10 yaş ilə 18-19 yaş deyənlər) istinad etdikləri rəvayətlərdən heç biri mütəvatir deyildir və o, bu rəvayətlər ilə Aişənin evlilik yaşını dəqiq müəyyənləşdirməyin mümkün olmadığını söyləyir.

Hədis elmindəki yeri

Onun adı ən çox hədis rəvayət etmiş şəxslər arasında çəkilir. Zərkəşi, onun 2110 hədis rəvayət ediyini qeyd edir və onu "müksirun" adlandırır. Bu da onun Peyğəmbərin həyat yoldaşı olması səbəbi ilədir. Onun Peyğəmbərin həyat yoldaşı olması səbəbi ilə müəyyən imtiyazlara malik olması da danılmaz faktdır. Çünki başqalarının şahid olmadığı hallara Aişə birbaşa şahid olur, Peyğəmbərin etdiyi hər bir işin səbəbini öyrənmədən ötüşmürdü. Bu səbəbdən Peyğəmbərin evində etdiyi və "feili-hədis" adlandırılan sünnənin rəvayətində ondan gələn rəvayətlərə etibar edilirdi. Məsruq ondan hədis rəvayət edərkən "əs-Siqatu binti Siddiq" ifadəsini işlətmişdir. Onu hədis elmində qabaqcıl edən ən mühüm xüsusiyyətləri sözsüz ki, yaddaşı və diqqətli olmasıdır: Əbu Davud ət-Təyalisinin "Müsnəd"ində Məkhuldan gələn bir rəvayətdə deyilir ki, Aişə, Əbu Hüreyrənin "Uğursuzluq üç şeydədir: evdə, qadında və atda" dediyini eşidikdə, diqqətsizlik edən Əbu Hüreyrənin rəvayətini düzəldərək, diqqətli olması haqqında ona xəbərdarlıq edərək bildirmişdir ki, Peyğəmbər qadın, ev və atı "uğursuzluq" adlandırmamış, bunu deyənləri tənqid etmişdir. Aişənin diqqəti və yaddaşı ilə bağlı, buna bənzər daha bir neçə hadisəni misal çəkmək mümkündür.

Qadınların xüsusi halları ilə bağlı hədislərin demək olar hamısının rəvayətçisi də Aişədir. Onun səhih isnadı belədir:

Yəhya ibn Səid — Ubeydullah ibn Ömər ibn Həfs — Qasım ibn Məhəmməd — Aişə və Zöhri və ya Hişam ibn Urvə — Urvə ibn Zübeyr — Aişə.

Ən zəif isnadı isə belədir:

Haris ibn Şibl — Ümmün-Numan — Aişə.

Aişə eyni zamanda ilk hədis tənqidçisi hesab olunur.

Həmçinin bax

  • Məhəmməd peyğəmbər
  • Əbu Bəkr
  • Əsma binti Əbu Bəkr
  • Muheyyiz ayini

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aişə haqqında məlumat. Aişə nədir? Aişə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aksessuar

  • Fevral 24, 2026

    Korinf bərzəxi

  • Fevral 27, 2026

    Kokand

  • Fevral 27, 2026

    İsmayılbəyli (Ağdam)

  • Fevral 27, 2026

    İlteriş xaqan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst