Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəməl döyüşü (ərəb. موقعة الجمل‎) — dördüncü Raşidi xəlifə Əli ibn Əbu Talibin tərəfdarları ilə Aişə və onun tərəfdaşları Təlhə ibn Ubeydullah və Zübeyr ibn Əvv

Cəməl döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Cəməl döyüşü

Cəməl döyüşü (ərəb. موقعة الجمل‎) — dördüncü Raşidi xəlifə Əli ibn Əbu Talibin tərəfdarları ilə Aişə və onun tərəfdaşları Təlhə ibn Ubeydullah və Zübeyr ibn Əvvamın başçılıq etdiyi qrupla onun hakimiyyətinə qarşı baş vermiş döyüş. Döyüş 656-cı il dekabrın 8-də baş verir.

Cəməl döyüşü
ərəb. موقعة الجمل‎
Birinci Fitnə
Aişə və Əli ibn Əbu Talibin Cəməl müharibəsində təsviri.
Tarix 7 noyabr, 656
Yeri Bəsrə, İraq
Səbəbi Məhəmmədin dul xanımı Aişə binti Əbu Bəkirin Əli ibn Əbu Talibə beyət etməməsi
Nəticəsi Əli ibn Əbu Talibin qələbəsi
Münaqişə tərəfləri

Rəşidi xilafəti

  • Bəni Haşim
  • Kufə qəbilələri
  • Bənu Əbdülqeys və bəsrəli Bəni Bəkr
  • Bəni Tayy
  • Cat (Zyut)

Aişə, Təlhə və Zübeyrin qüvvələri

  • Üməyyə
  • Məkkəli Qureyş
  • Bəni-Təmim və bəsrəli Əzd bölmələri
  • Bəni-Əmir
Komandan(lar)

Əli ibn Əbu Talib
Malik Əştər
Həsən ibn Əli
Hüseyn ibn Əli
Əmmar ibn Yasir
Müslüm ibn Əqil
Məhəmməd ibn Əbu Bəkr
Şeyx Cabir Ənsari
Məhəmməd ibn əl-Hənəfiyyə
Əbu Əyyub əl-Ənsari
Abdullah ibn Abbas
Əbu Qətadə ibn Rəbi əl-Ənsari
Əbu Qətadə bin Rəbiyyə
Qeys ibn Səəd
Qətm bin Abbas
Xuzeymə ibn Sabit
Cundub İbn Kəəb əl-Azadi

Aişə
Təlhə ibn Ubeydullah ☪
Məhəmməd ibn Təlhə ☪
Zübeyr ibn Əvvam ☪
Kaab ibn Sur ☪
Abdullah ibn Zübeyr
Mərvan ibn Həkəm əsir
Valid ibn Uqbə əsir
Abdullah ibn Safvan ibn Üməyyə ibn Xələf

Tərəflərin qüvvəsi

20.000

30.000

İtkilər

400-500 (yaralananlar) ~5,000 (ölüm)

2,500 (yaralananlar) ~13,000 (ölüm)

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Döyüş üçün hazırlıq

    Döyüş hazırlığında 600-900 nəfərlik bir dəstənin başında Aişə, Zübeyr və Təlhə Hicazdan təxminən 1300 kilometr aralıda olan İraqın Bəsrə şəhərinə doğru irəlilədilər. Burada əhəmiyyətli qüvvə toplaya bildilər. Onlar kampaniya üçün maliyyəni xəlifə Əli tərəfindən devrilmiş Osmanın keçmiş valisi Əməvi Yala ibn Munya kimi varlı Məkkəlilərdən təmin etmişdilər. Ərəb tarixçisi ət-Təbərinin yazdığına görə, Bəsrəyə gedən yolda vahiməyə düşmüş və bu Məhəmmədin peyğəmbərin illər əvvəl öz zövcələrinə etdiyi qorxunc xəbərdarlığını xatırlatmışdır: “Xanımlarımdan birinin Allahın əmrindən çıxaraq dəvəyə minib müharibəyə gedəcəyini və Həvab suyunun başında itlərin hürməsi ilə qarşılaşacaq.”. Aişə ağlaya-ağlaya geri qaytarılmasını istəyir və hətta kampaniyadan əl çəkməyi planlaşdırırdı, lakin Təlhə və Zübeyr onu fikrindən daşındırır.

    Bəsrədə Aişəni uğursuzluq gözləyirdi. Şəhərin əhalisi siyasi cəhətdən parçalanmış olsa da, onun böyük hissəsi hələ də Əlinin tərəfində idi. Aişənin gəlişindən əvvəl, müxtəlif siyasi guşələrdən olan iki qrup çoxlu sayda itki verərək nəticəsiz döyüşə girişmişdi, lakin toqqquşmalar atəşkəs və tərəflərin mövqelərini qoruması ilə nəticələnir. Aişə, Zübeyr və Təlhə Bəsrədən kənarda düşərgə salırlar. Əlinin gözləntisi üsyançılar üçün xoşagəlməz olur, onlar daha sonra gecə saatlarında şəhərə basqın edərək Bəsrəyə nəzarəti ələ keçirir.

    Bu hadisədən xəbər tutan Əli şəxsən kiçik bir qoşunla şəhərə gedir və oğlu Həsəni Kufəyə dəstək almaq məqsədi ilə göndərir. Əliyə kömək etməyə razı olanlar onun ordusu ilə Bəsrədə qarşılaşır. Hər biri 10 min nəfərə yaxın olan iki ordu bir-biri ilə üzbəüz yerləşirdi. Ordular arasında bir çadır qurulur və orada üç gün Təlhə, Zübeyr və Əli arasında danışıqlar aparılır. Tərəflər razılığa gəlməyə və gözlənilən genişmiqyaslı müharibədən yayınmağa çalışırlar. Danışıqların təfərrüatları qaranlıq qalsa da, bir çox ərəb mənbələrində Əli daha Zübeyrə uşaqlıq illərində Məhəmməd peyğəmbərin onların arasında ədalətsiz bir döyüş olacağı haqqında bir hədisi xatırladır.

    Danışıqlarda Aişə, Təlhə və Zübeyr Əlinin istefasını və xəlifəni seçmək üçün seçilmiş şuranın təşkilini tələb edirlər. Osmanın qatillərini təslim etmək istəməməkdə ona qarşı ittihamlarına cavab olaraq, Əli Təlhə və Zübeyrəyə üçüncü xəlifənin xilası üçün göstərdikləri səyləri xatırlatdır. Aişə və Təlhəni ona qarşı çıxmaqda ittiham edir. Bir çox mənbələr həm təmkinliyə çağıran Əlinin səylərini, həm də Təlhə və Aişənin Osmanla müxalifətdə aparıcı rolunu qeyd edirlər. Danışıqların başlamasından üç gün sonra heç bir nəticə əldə olunmur və hər iki tərəfin döyüşün başlamasına hazırlaşmaqdan başqa çarəsi qalmır.

    Döyüş

    Döyüş 656-cı il dekabrın 8-də günorta saatlarında başlayır. Aişə zirehli çardaq olan qırmızı dəvənin üstündə döyüş meydanından çıxarıldı. Məhz bu heyvanın şərəfinə döyüş öz adını almışdır. Döyüş Aişə və onun tərəfdarlarının məğlubiyyəti ilə bitir. Döyüş Təlhə ibn Ubeydullah və Zübeyr ibn Əvvam öldürülməsi ilə bitir. Əməvilər sülaləsindən olan dördüncü ərəb xəlifəsi Mərvan ibn Həkəm isə əsr götürülür. Döyüş bitdikdən sonra Aişə qardaşı Məhəmməd ibn Əbu Bəkr tərəfindən Mədinəyə aparılır.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəməl döyüşü haqqında məlumat. Cəməl döyüşü nədir? Cəməl döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 11, 2026

      Şərq

    • Fevral 24, 2026

      Tehran şəhristanı

    • Fevral 25, 2026

      Edip kompleksi

    • Fevral 27, 2026

      Talk

    • Fevral 25, 2026

      Zaza dili

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 24, 2026

      Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst