Adil İsgəndər oğlu Əsədov (1 oktyabr 1958, Quba) — Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor, Fəlsəfi Maarifçilik Assosiasiyasının İdarə Heyətinin sədri
| Adil Əsədov | |
|---|---|
| Adil İsgəndər oğlu Əsədov | |
| |
| Doğum tarixi | 1 oktyabr 1958 (67 yaş) |
| Doğum yeri | |
| Milliyyəti | azərbaycanlı |
| Elm sahəsi | fəlsəfə |
| Elmi dərəcəsi |
|
| Elmi adı | |
| İş yeri |
|
| Üzvlüyü |
|
Həyatı
Adil Əsədov 1 oktyabr 1958-ci ildə Quba şəhərində anadan olmuşdur. 1994-cü ildə "Təfəkkür tipləri dinamikası "cəmiyyət və təbiət" sistemi kontekstində" mövzusunda dissertasiyanı müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır.
2005-ci ildə Fəlsəfi Maarifçilik Assosiasiyasını təsis etmişdir. Assosiasiyanın xətti ilə dünya fəlsəfi irsinin Azərbaycan dilinə tərcümə olunmasında və təbliğində iştirak etmişdir.
2011-ci ilin yanvarından Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Estetika şöbəsinin müdiri vəzifəsində çalışır. İnstitutun Elmi Şurasının üzvüdür.
Elmi fəaliyyəti

Azərbaycan, rus, ingilis və alman dillərində çap olunan 170-dən artıq elmi məqalənin müəllifidir.
Bir çox beynəlxalq konfransların iştirakçisı və məruzəçisi olmuşdur. Bakıda, Moskvada, Minskdə, Tbilisidə, Belqorodda, Bratislavada, Afinada, Sankt-Peterburqda, Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində, İtaliya Respublikasının paytaxtı Roma şəhərində və Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Sosial elmlər üzrə İkinci Ümumavropa Konfransında (13 – 18 iyun, 1998) Azərbaycanı təmsil etmişdir. "Moslem World and Europe" adlı məruzəsi 1999-cu ildə Parisdə çap olunmuşdur. Postsovet məkanının ən nüfuzlu fəlsəfi jurnalı olan "Вопросы философиии" jurnalında 20 illik fasilədən sonra (2011) çap olunan ilk Azərbaycan müəllifidir.
Dünya fəlsəfi irsindən irihəcmli tərcümələri vardır. Alman filosofu Artur Şopenhauerin Dünya iradə və təsəvvür kimi (əsər) adlı əsərini, Norveç filosofları Gunnar Skirbekkin və Nils Gilyenin "Fəlsəfə tarixi" əsərini və Amerika filosofu Uill Dürantın "Fəlsəfi hekayətlər: dünya fəlsəfəsinin ən görkəmli nümayəndələrinin həyat və baxışları" əsərini Azərbaycan dilinə tərcümə etmişdir.
Onun elmi fəaliyyətinin əsasını Fəlsəfi Pentalogiya adlandırdığı beş hissədən ibarət fəlsəfi sistemin yaradılması təşkil edir. Bu sistem formaca pentalogiya şəklində təqdim olunur və məzmununa görə müəllif tərəfindən spiritualist aristokratizm fəlsəfəsi adlandırılır. Fəlsəfi Pentalogiyanın tərkib hissələri aşağıdakılardır: Gözəlliyin fəlsəfəsi, Varlığın fəlsəfəsi, Təfəkkürün fəlsəfəsi, Əxlaqın fəlsəfəsi və Siyasətin fəlsəfəsi. Adil Əsədovun irəli sürdüyü və Fəlsəfi Pentalogiya formatında təqdim etdiyi spiritualist aristokratizm fəlsəfəsinin müxtəlif aspektləri müəllifin Bakıda, Moskvada, Tbilisidə, Parisdə çap etdirdiyi əsərlərində əks olunmuşdur.
Monoqrafiyaları
- Əsədov, Adil. İnsan təfəkkürü: qaynaqları, tarixi tipləri, perspektivləri. Bakı: Elm. 1992. 154.
- Əsədov, Adil. Təfəkkürün fəlsəfəsi: epoxal təfəkkür cəmiyyətin və təbiətin qarşılıqlı münasibətləri kontekstində. Bakı: Qanun. 1997. 284.
- Əsədov, Adil. Siyasətin fəlsəfəsi: dövlət və onun inkişaf mərhələləri siyasi aristokratizmin təkamül dinamikası işığında. Bakı: Nafta-press. 2001. 307.
- Асадов, Адиль. Типы мышления и техника: роль инженерной деятельности в генезисе способов мышления (rus). Баку: Нафта-пресс. 2002. 130.
- Əsədov, Adil. Gözəlliyin fəlsəfəsi: mahiyyət və onun cismani təcəssümü spiritualist aristokratizm işığında. Bakı: Nurlan. 2005. 500.
- Əsədov, Adil. Fəlsəfə tarixindən etüdlər: ideal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkanları. Bakı: Təknur. 2007. 116.
- Əsədov, Adil. Yunan fəlsəfəsindən etüdlər: yunan fəlsəfəsində idealin və reallığın münasibətlərinə dair. Ön sözün müəllifi: Tahirə Allahyarova. Bakı: Təknur. 2008. 92.
- Əsədov, Adil. Anqlo-amerikan fəlsəfəsindən etüdlər: anqlo-amerikan fəlsəfəsində idealin və reallığın münasibətlərinə dair. Ön sözün müəllifi: Tahirə Allahyarova. Bakı: Təknur. 2008. 52.
- Асадов, Адиль. Мышление. Творчество. Эпоха: мыслительная и предметная формы деятельности, их взаимообусловленность и исторические типы в контексте общей теории потребностей (rus). Баку: Текнур. 2009. 159.
- Əsədov, Adil. Siyasətin fəlsəfəsi: mahiyyətin gerçəkləşməsinə yönələn iradə və onun tarixi taleyi spiritualist aristokratizm fəlsəfəsi işığında. Bakı: Təknur. 2010. 416.
- Əsədov, Adil. Kainat və onun inkişaf mərhələləri (İkinci, genişləndirilmiş nəşr). Bakı: Avropa. 2019. 240.
- Əsədov, Adil. Teatr və prototeatr. Bakı: Elm. 2023. 440.
- Əsədov, Adil. Fəlsəfi pentalogiya: Birinci bölüm - Gözəlliyin fəlsəfəsi. Kitab 1. // Ön sözün müəllifi - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli. Bakı, Elm, 2024. 576 s. ISBN: 978-9952-569-78-0
- Əsədov, Adil. Fəlsəfi pentalogiya: Birinci bölüm - Gözəlliyin fəlsəfəsi. Kitab 2. Bakı, Elm, 2024. 566s. ISBN: 978-9952-569-78-0
- Əsədov, Adil. Fəlsəfi pentalogiya: Birinci bölüm - Gözəlliyin fəlsəfəsi. Kitab 3. Bakı, Elm, 2024. 668 s. ISBN: 978-9952-569-78-0
- Əsədov, Adil. Fəlsəfi pentalogiya: İkinci bölüm - Varlığın fəlsəfəsi. Kitab 1. Bakı, Elm, 2025. 468 s. ISBN: 978-9952-601-57-2
Tərcümələri
- Durant, Will. Fəlsəfi hekayətlər: dünya fəlsəfəsinin ən görkəmli nümayəndələrinin həyat və baxışları. Bakı: Zəkioğlu. 2006. 576.
- Skirbekk, Gunnar; Gilje, Nils. Fəlsəfə tarixi (PDF). Bakı: Zəkioğlu. 2007. 749.
- Schopenhauer, Arthur. Dünya iradə və təsəvvür kimi. Bakı: Təknur. 2011. 367.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adil Əsədov haqqında məlumat. Adil Əsədov nədir? Adil Əsədov nə deməkdir?
