Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adi zirə (lat. Carum carvi) — bitkilər aləminin kərəvizçiçəklilər dəstəsinin kərəvizkimilər fəsiləsinin zirə cinsinə aid bitki növü.

Adi zirə

  • Ana Səhifə
  • Vikipediya
  • Adi zirə

Adi zirə (lat. Carum carvi) — bitkilər aləminin kərəvizçiçəklilər dəstəsinin kərəvizkimilər fəsiləsinin zirə cinsinə aid bitki növü.

Adi zirə
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Kampanulidlər
Dəstə:
Kərəvizçiçəklilər
Fəsilə:
Kərəvizkimilər
Yarımfəsilə:
Kərəvizkimilər
Triba:
Careae
Cins:
Zirə
Növ:
Adi zirə
Beynəlxalq elmi adı
  • Carum carvi L., 1753
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  29610
NCBI  48032
EOL  581712

Yoğun köklərə malikdir. Yerüstü gövdəsi şırımlıdır, yuxarı hissəsi budaqlıdır. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi dənəcikdən ibarətdir. Azərbaycanda bu cins 3 növlə təmsil olunmuşdur, onların biri dərman bitkisidir.

Mündəricat

Botaniki təsviri

Hündürlüyü 30-60 sm olan ikiillik ot bitkisidir, gövdəsi düz, budaqlıdır. Yarpaqları uzunsov lansetvari, iki və ya üçqat hissələrə ayrılıb lələkvari bölünmüşdür. Xırda, ağ (bəzən çəhrayı) çiçəkləri mürəkkəb çətir formasında birləşmişlər. Meyvəsi iki tərəfdən sıxılmış uzunsov formalıdır, yetişdikdə 2 toxuma ayrılır. Özünəməxsus güclü ətirli iyə, acı, yandıran ədviyyalı dada malikdir. İyun-iyul aylarında çiçəkləyərək iyul-avqust aylarında meyvə verir.

Mənşəyi və yayılması

Adi zirə boreal coğrafi tipinin palearktik sinfinin palearktik-dağ qrupuna aiddir. Avropa, Şimali Afrika, İran, Yeni Zelandiya, Monqolustan, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Qiymətli bitki olduğu üçün Azərbaycanın əksər rayonlarında çoxdan bəri becərilir. Azərbaycanda Böyük və Kiçik Qafqazın bütün rayonlarında , Naxçıvanın və Talışın dağlıq hissələrində, orta dağ qurşağından alp qurşağına kimi (dəniz səviyyəsindən 800–3200 m-ə hündürlükdə) rast gəlinir. Əsasən, meşələrdə, çay kənarlarında, subalp və alp çəmənliklərində rast gəlinir.

Elmi təbabətdə zirənin meyvəsindən istifadə olunur. Belə ki, meyvələri yetişənə az qalan vaxtda bitkinin yerüstü hissəsi çin və ya oraqla biçilib yığılır, sonra dərz bağlanır və bir müddət açıq havada qurudulub, tədarük məntəqəsinə göndərirlər. Burada qurudulmuş zirə otundan meyvələrini xırmanda döymək yolu ilə və ya xüsusi maşın vasitəsilə ayırıb təmizləyir, torbalara doldurub, aptek anbarlarına göndərirlər.

Ekoloji qrup və bitdiyi yerlər

Kseromezofitdir, meşə-çəmən bitkilik tipində rast gəlir. Əsasən meşələrdə, çay kənarlarında, subalp və alp çəmənliklərində qrup şəklində bitir, müxtəlifotlu senozların komponentidir.

Tərkibi

Zirə meyvəsinin tərkibində dərman əhəmiyyətli bir sıra maddələr vardır. Bunlardan başlıcasına efir yağıdır. Meyvələrində efir yağının miqdarı 3-6%-ə qədər olur. Zirənin efir yağı son dərəcə xoş ətirli iyə malik olub, tərkibcə karbon ketonundan və terpen-limonendən ibarətdir. Bundan başqa, meyvələrində 20 %-ə qədər piyli yağ 22 % zülal maddəsi vardır. Bu son illərdə zirə meyvələrində müalicə əhəmiyyətli flavonoidli maddələr – kversetin, kempferol və s. tapılmışdır.

Təsiri və tətbiqi

Adi zirə farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, eksperimental, Tibet, Çin, Hind və xalq təbabətində, habelə baytarlıqda geniş tətbiq edilir. Əsasən mədə-bağırsaq, qaraciyər, nəfəs yolları, böyrək, sidik kisəsi, göz, nevroz, vərəm və s. xəstəliklərə qarşı istifadə olunur. Antibakterial, antihelmint, işlədici, sidikqovucu, qansaxlayıcı və digər təsirlərə malikdir.

Zirə meyvələrindən təbabətdə dəmləmə, poroşok, ətirli su və efir yağı hazırlanır və onlardan xroniki mədə-bağırsaq xəstəliyində mədənin həzmolma prosesini yaxşılaşdıran, köpolmanın qarşısını alan, eləcə də bağırsaqlarda əmələ gələn iltihabı aradan qaldıran dərman kimi istifadə edilir. Ümumiyyətlə, xroniki mədə-bağırsaq xəstəliklərinin müalicəsində zirə faydalı dərman hesab olunur.

Zirə meyvələri xalq təbabətində də geniş istifadə edilir. Meyvələrini poroşok halına salıb, ondan 1 xörək qaşığı 1 stəkan qaynar suda çay kimi dəmləyib, mədə ağrılarında içirlər. Bundan başqa poroşokun çayından iştahartıran, həzmolmanı yaxşılaşdıran və mədə-bağırsaqda əmələ gələn iltihabı aradan qaldıran dərman kimi qəbul edirlər.

Zirə meyvəsinin çayından böyrək xəstəliklərində sidikqovucu vasitə kimi də işlədilir. Bundan əlavə meyvələrindən alınan efir yağından bir çox yeyinti məmulatlarının tərkibində ətirli ədviyyat kimi də işlədilir.

Yuxarıda qeyd edilənlərdən göründüyü kimi zirə çox qiymətli və xoş ətirli dərman bitkisidir. Onun Azərbaycanın subtropik rayonlarında daha geniş becərilməsi vacibdir. Bitki iyun-iyul aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. Azərbaycanda yabanı halda Böyük Qafqazın şərq və qərb zonalarında Quba-Qusar rayonlarında və Kiçik Qafqazın mərkəzində, Naxçıvanda, Lənkəranda yayılmışdır.

Əks təsirləri

Hamilə qadınların qidasında zirə istifadə edilməməlidir.

İstifadə olunan hissələri və İstifadə formaları

Müalicə məqsədi ilə bitkinin meyvələri istifadə edilir. Cövhər və efir yağı kimi istifadə edilir.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

Adi zirənin meyvələri yeyinti və qənnadı, habelə ətriyyat sənayelərində istifadə olunur. Xoş ətrə malik olduğuna görə çörək, kəsmik, pendir və kolbasaların aromatizasiyasında geniş istifadə edilir. Şorabalara, souslara və ətə ədviyyə kimi əlavə olunur. Baytarlıqda heyvanlara qarın köpləri və bağırsaqda qıcqırma prosesləri olduqda verilir. Meyvələrindən alınan efir yağı sabun və spirtli içkilərin istehsalında isifadə olunur.

Yayılması

Böyük Qafqazın qərbində, şərqində, Quba ərazisində orta dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Meşələrdə, çay kənarlarında, subalp və alp çəmənliklərində qrup şəklində bitir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adi zirə haqqında məlumat. Adi zirə nədir? Adi zirə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Orta Qərvənd

  • Fevral 27, 2026

    Kələm yarpaqyeyəni

  • Fevral 27, 2026

    Qızdırma

  • Fevral 27, 2026

    Mesxeti prinsliyi

  • Fevral 27, 2026

    Biznes

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst