Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adapter (ing. adapter,lat. adapto — uyğunlaşdıran,uyğunlaşdırıcı ) — hər hansı sonuncu qurğunu və ya detalı, başqa birləşmə yolu olmadığından əvvəlki ilə əlaqəl

Adapter

  • Ana Səhifə
  • Vikipediya
  • Adapter

Adapter (ing. adapter,lat. adapto — uyğunlaşdıran,uyğunlaşdırıcı ) — hər hansı sonuncu qurğunu və ya detalı, başqa birləşmə yolu olmadığından əvvəlki ilə əlaqələndirmək üçün nəzərdə tutulmuş qurğu. Bəziləri güc və ya siqnal atributlarını dəyişdirir, digərləri isə sadəcə bir konnektorun fiziki formasını digərinə uyğunlaşdırır. Avropa ilə əlaqəli bir çox ölkələr müxtəlif dəyişən cərəyan üçün taxıc yuvalarından 230 volt, 50 Hz AC şəbəkə gərginliyindən istifadə edir.

Şəbəkə adapteri
A "enerji kub" tipli AC adapter

Ümumi məlumat

Hesablama texnikasında – kompyuterin kənar qurğularla (çap qurğusu, displey, skaner və s.) əlaqəsini uzlaşdıran qurğu. Məs., displeyin ekranına simvollarla işarələnən və ya qrafik informasiyanı çıxarmaq üçün işlədilən Adapter rəqəmi siqnalı analoq siqnala çevirir. Elektron sxem və ya mikrosxem şəklində düzəldilir, əməli yaddaşa, ixtisaslaşdırılmış prosessora malikdir.

Elektrotexnikada – dəyişən cərəyan (220 V) şəbəkəsinin gərginliyini sabit gərginliyə (1,5–15 V) çevirən qurğu; pleyerlərin, mobil telefonların, rəqəmli ölçmə cihazlarının, daşınan radioqəbuledicilərin və s. akkumulyatorlarının yüklənməsi üçündür.

Fotoaparat üçün əlavə kaset; fotoaparatın konstruksiyasında nəzərdə tutulmamış başqa formatlı və müxtəlif icralı işığahəssas materiallardan istifadəyə imkan verir.

Qeyri-standart sağanaqlı dəyişdirilən obyektivləri fotokameraya birləşdirmək üçün istifadə edilən qurğu (oymaq, halqa və ya bilərzik).

qrafik adapter - (ing. graphics adapter, ru. графический адаптер – ekranda hərf-rəqəm verilənləri ilə yanaşı qrafik görüntüləri də əks etdirə bilən videoadapter. Hazırda geniş tətbiq olunan videoadapterlərin, demək olar ki, hamısı qrafikdir; ən gözəçarpan istisna IBM MDA (MONOCHROME DISPLAY ADAPTER) adapteridir.

Y adapter – bir ucunda bir ucluq, ikinci ucunda isə Y hərfinə bənzər iki ucluq olan kabel. Belə quruluş bir porta iki qurğu qoşmağa imkan verir, ancaq Y-adapterlərdən yalnız müəyyən tip qurğular üçün istifadə etmək olur.

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, adapter sözünün mənası, adapter haqqında məlumat. adapter nədir? adapter nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Soqdianalılar

  • Fevral 28, 2026

    Dağ keçisi

  • Mart 01, 2026

    Vsevolod Qarşin

  • Mart 06, 2026

    Orduspor

  • Mart 06, 2026

    Qoturbulaq

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst